Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-588/2024 19.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Firodvsi oğluna qarşı “pul” tələbinə dair Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “Rabitəbank ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, Cavabdeh 18 Oktyabr 2022-ci il tarixli, YSNPU-07575 saylı kredit müqaviləsi üzrəəsas borcuna görə 10989,48 (onmin doqquz yüzsəksən doqquzmanat 48 qəpik) manat, faiz borcuna görə 680,53 (altı yüzsəksən manat 53 qəpik) manat, dəbbə borcuna görə 533,36 (beş yüz otuz üç manat 36 qəpik) manat, cəmi 12203,37 (on iki min iki yüz üç manat 37 qəpik) manat məbləğində pulun və 127 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinətutulmasına dair qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı “RabitəbankASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə Şərur Rayon Məhkəməsinə ərizə ünvanlayaraq, icraatda olan İddiaçı ASC-nin Cavabdeh Firodvsi oğluna qarşı pul tələbinə dair iddia ərizəsi əsasında başlanılmış e-2(110)-588/2024 saylı mülki iş üzrə cavabdehin qrafikə düşdüyünə idda ərizəsinin baxılmamış saxlanılması və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar keçirilən məhkəmə iclaslarında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və cavabdehlərin məhkəmə baxışı iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanıldığından İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə ********* nömrəli qəbzlə Hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Firodvsi oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə baxılmamış saxlanıldığından İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə ********* nömrəli qəbzlə Hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı ASC-yə izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-588/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-588/2024
19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver