Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-595/2024 12.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 22 yanvar 2024cü il tarixli, NZNPU-09879 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 7000 (yeddi min manat 00 qəpik) manat, faiz borcuna görə 547,5 (beş yüz qırx yeddi manat 50 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 7547,5 (yeddi min beş yüz qırx yeddi manat 50 qəpik) manat məbləğində pulun və 95.48 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC-nin Nizami filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 22 Yanvar 2024-cü il tarixli, NZNPU-09879 saylı kredit müqaviləsinə əsasən illik 22,5 % (iyirmi üç) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 7000 (yeddi min) manat məbləğində cavabdehə kredit verildiyini, 22 yanvar 2024-cü il tarixli, NZNPU-09879 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etmədiyini, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayındığını, tərəflər arasında bağlanmış 22 yanvar 2024-cü il tarixli, NZNPU-09879 saylı kredit müqaviləsinə görə, cavabdehin kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 22-dan gec olmayaraq hər ay 269,15 (iki yüz altmış doqquz manat 15 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etmədiyini, təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 22 yanvar 2024-cü il tarixli, NZNPU-09879 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 7000 (yeddi min manat 00 qəpik) manat, faiz borcuna görə 547,5 (beş yüz qırx yeddi manat 50 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 7547,5 (yeddi min beş yüz qırx yeddi manat 50 qəpik) manat təşkil etdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə xx.xx.2024-cü ildə saat 15:30-da keçiriləcək e-2(110)-595/2024 saylı mülki işin məhkəmə prosesində iştirak edə bilməmələrinin nəzərə alınmasını, işə iştirakları olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmiş, mülki işlə əlaqədar əlavə heç bir vəsatətlərinin olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 22 yanvar 2024-cü il tarixli NZNPU-09879 saylı Fiziki şəxslərə Bank Xidmətinin göstərilməsinə dair Müştəri ilə Bank arasında bağlanan X2 üzrə Nağd Pul kreditinin götürülmüsinə dair Əsas şərtlər – Razılaşmadan aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC-nin Nizami filialı arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən “Bank” “Müştəri”yə 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 22.5 faiz dərəcəsi ilə 7000 (yeddi min) manat kreditin verilməsini təmin etmişdir; Həmin Müqavilənin 2-ci bəndinə əsasən Tərəflər təsdiq edirlər ki, E-Bankçılıq xidmətlərindən istifadə, Kredit götürülməsi ilə bağlı Tərəflər arasında yaranan münasibətlər Müqavilə (bu Əsas Şərtlər, X2 və Müqavilənin digər ayrılmaaz tərkib hissələri də daxil olmaqla) ilə tənzimlənir. Müştəri İddiaçı ASC-də xx.xx.2022-ci il tarixində təsdiq edilmiş Müqavilənin hazırki tarixə qüvvədə olan və Bankın (https://www.rabitabank.com/yuklemeler-ve-destek) İnternet Səhifəsində dərc olunan Ümumi Şərtlərini yüklədiyini, həmin Şərtlərlə diqqətlə tanış olduğunu, onlarla razılaşdığını və qəbul etdiyini bu Razılaşmanı imzalamaqla təsdiq edir və bu Razılaşmanın imzalanması nəticəsində həmin Ümumi Şərtlərin gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. Müştəri X2nə müvqafiq QR-kod vasitəsilə də keçid əldə edə bilər; Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Müştəri kredit üzrə ödənişləri bu Razılaşmaya əlavə edilən Kreditin Ödəniş Cədvəli əsasında annyitet qaydada aylıq olaraq ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən bu razılaşma üztə verilmiş kreditin ödənişlərinin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin gecikmə faizi müqavilənin 1.7-ci bəndində qeyd olunan faiz dərəcəsi nəzərə alınmaqla gündəlik hesablanır. İş materiallarına əlavə olunmuş 22 yanvar 2024-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 22 yanvar 2024-cü il tarixdə Cavabdeh Bankdan tərəfindən 7000 (yeddi min) manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş 22 yanvar 2024-cü il tarixli NZNPU-09879 saylı kredit müqaviləsində nəzərdə tutulmuş ödəniş cədvəlindən görünür ki, Kredit alan illik 22.5 % dərəcəsi olmaqla 36 ay müddətinə 7000 (yeddi min manat 00 qəpik) manat krediti xx.xx.2024 – xx.xx.2026 tarixləri ərzində ayda 269.15 manat, xx.xx.2027 tarixində isə 269.55 manat olmaqla, cəmi 9689.80 manat pulu Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh Banka 7000 (yeddi min) manat əsas borc, 547.5 (beş yüz qırx yeddi manat əlli qəpik) manat məbləğində faiz borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ********** nömrəli Mədaxil Qəbzindən görünür ki, Rabitəbank” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB**********360201133 xəzinə hesabına 96 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü Rabitəbank” ASC Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2024-cü il tarixli NZNPU-09879 saylı Fiziki şəxslərə Bank Xidmətinin göstərilməsinə dair Müştəri ilə Bank arasında bağlanan X2 üzrə Nağd Pul kreditinin götürülmüsinə dair Əsas şərtlər – Razılaşmaya əsasən Bank tərəfindən Müştəriyə 36 ay müddətinə illik 22.5 faiz ödəmək şərtilə 7000 manat məbləğində kredit verilmişdir. Lakin Borc alana kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Borc verənin bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, Borc verənin Borc alandan ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, iddiaçı məhkəməyə müraciət edərkən dövlət büdcəsinə 96 (doxsan altı) manat dövlət rüsumu ödəsədə, iddia tələbində cavabdehdən 95.48 (doxsan beş manat qırx səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını tələb etdiyindən, 95.48 (doxsan beş manat qırx səkkiz qəpik) manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdeh alınaraq iddiaçıya ödənilməlidir Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki Cavabdeh 7000 (yeddi min) manat əsas borc, 547.5 (beş yüz qırx yeddi manat əlli qəpik) manat məbləğində faiz borcu, cəmi 7547.5 (yeddi min beş yüz qırx yeddi manat beş qəpik) manat borc və 95.48 (doxsan beş manat qırx səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 7642.98 (yeddi min altı yüz qırx iki manat doxsan səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. . Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 22 yanvar 2024-cü il tarixli NZNPU-09879 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh 7000 (yeddi min) manat əsas borc, 547.5 (beş yüz qırx yeddi manat əlli qəpik) manat məbləğində faiz borcu, cəmi 7547.5 (yeddi min beş yüz qırx yeddi manat beş qəpik) manat borc və 95.48 (doxsan beş manat qırx səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 7642.98 (yeddi min altı yüz qırx iki manat doxsan səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-595/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-595/2024
12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver