Məhkəmə qərarları › İş №e-2(110)-611/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-611/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-611/2022 20.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 500 (beş yüz) manat əsas borc, 126.24 (bir yüz iyirmi altı manat iyirmi dörd qəpik) manat məbləğində faiz, 5.18 manat cərimə, 0.26 (iyirmi altı qəpik) manat komsiyon haqqı olmaqla, cəmi 631.68 (altı yüz otuz bir manat altmış səkkiz qəpik) manat borc və 30.40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 167sMDK/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% olmaqla 10000 manat məbləğində kredit limiti ayrıldığını, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verdiyini və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin kredit alanın müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozduğunu, tərəflər arasında yaranan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini, və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək hüququndan istifadə etmək qərarına gəldiyini qeyd edərək, Cavabdeh 500 (beş yüz) manat əsas borc, 126.24 (bir yüz iyirmi altı manat iyirmi dörd qəpik) manat məbləğində faiz, 5.18 manat cərimə, 0.26 (iyirmi altı qəpik) manat komsiyon haqqı olmaqla, cəmi 631.68 (altı yüz otuz bir manat altmış səkkiz qəpik) manat borc pulun və 30.40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ərizəsində, cavabdeh - Cavabdeh müştərək qaydada 500 AZN əsas, 126.24 AZN faiz və 0.26 AZN cərimə olmaqla cəmi 631.68 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarmaqlarını xahiş etdiklərini, tərəflərindən məhkəməyə müraciət edilərkən iddia tələblərini texniki olaraq dolğun ifadə etmədiklərini, bu səbəbdən də AR MPM-in 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələblərini dəqiqləşdirərək cavabdeh – Cavabdeh müştərək qaydada 500 AZN əsas, 126.24 AZN faiz və 0.26 AZN cərimə olmaqla cəmi 631.68 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin və dövlət rüsumunun köçürülməsi üçün ödənilmiş 0.40 AZN xidmət haqqının "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə 2(110)-611/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadla müllki işə dəqiqləşdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. İş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 167sMDK/21 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı "xxxx" KB ASC arasında qeyd olunan Kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) illik 10000 (on min) AZN məbləğində kredit xətti limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir. “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu “Bank”a qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 1.1-ci bəndinin 2-ci abasına əsasən, kredit xəddindən istifadəyə görə minimum 1%, maksimum 5%, nağdsız əməliyyatlar üzrə isə 0% komissiya haqqı hesablanır və nəvbəti ödəniş zamanı müştəri tərəfindən əlavə olaraq ödənilir... Həmin Müqavilənin 1.3-cü bəndinin 2-ci abzasına əsasən... Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minumum 29%, maksimum 40 % təşkil edir və kredit istehlak məqsədi ilə verilir. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən “Bank” “Borcalan”nın bu müqavilənin 4.2.14 bəndində qeyd olunmuş mobil nömrəsinə daxili təlimatlara əsaslanaraq müəyyən edilmiş və ayrılmış kredit xəttinin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və kredit xəttinin açılması ilə əlaqədar kredit prosedurlarınavə nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği barədə sms göndərir. Müştəri tərəfindən əldə olunmuş sms-dən sonra razılıq bildirən cavab sms-i tələb olunmur. Bu müqaviləni imzalamaqla Müştəri bütün şərtləri qəbul etmiş sayılır. Müştəri kart vasitəsilə kredit xəttindən istifadə etdiyi təqdirdə üzərinə öhdəlik götürmüş sayılır. Kredit xəttindən istifadə etdikdən sonra krerdit xəttinin məbləği, müddəti, illik faiz dərəcəsi, aylıq ödənişi ilə razılaşmadığı barədə Banka qarşı heç bir tələb irəli sürə bilməz. Həmin Müqavilənin 4.2.14-cü bəndinə əsasən bu müqavilənin 4.2.13-cü bəndində göstərilən “Borcalan”ın bankda qeyd edilmiş mobil nömrəsinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və aylıq ödənişi barədə məlumatlar əks olunmaqla yeni kredit təklifi barədə sms göndərir. “Borcalan” tərəfindən yeni təklifin qəbul olunması barədə təsdiqedici sms aldıqda təklif olunmuş şərtlərlə yeni kredit məbləğini “Borcalan”a məxsus kart hesabına köçürərək onun mülkiyyətinə verir, bu müqavilənin müddətini yeni kreditin müddətinin sonunadək uzadır... Həmin Müqavilənin 3.8 ci bəndinə əsasən “Borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Müştəri”nin maliyyə vəziyyətində bu müqavilənin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və bazarın mövcud vəziyyəti “Müştəri”nin fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda, “Müştəri”nin maliyyə vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə və bu hal “Bank”a yalnız müqavilə bağlanbdıqdan sonra məlum olduqda və.s hallarda "Bank" bu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutlmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “Borcalan”dan tələb edə bilər. Həmin Müqavilənin 8.3-cü maddəsinə əsasən "Borcalan" kredit üzrə faizləri bu Müqavilədə nəzərdə tutlmuş ödəmə müddətində və qaydada ödəmədikdə faizlərin gecikdirildiyi hər gün üçün əsas borc məbləğinin qalığına illik 40 (qırx) % miqdarında cərimə tətbiq edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli EF6987 nömrəli Balansdankənar məxaric orderinin surətindən görünür ki, 1 ədəd MC Kredit Albalı P2 World Contactless 2 kartı Cavabdeh imza etdirilməklə təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş kredit sms-dən görünür ki, Cavabdeh bankda qeydiyyatda olan ********** moibil nömrəsinə xx.xx.2021-ci il tarixdə Bank tərəfindən Albalı plus kartına 60 aylıq, illik 29.5%-lə 500 AZN kredit təklif edilmiş, bu şərtləri qəbul etdiyi təqdirdə 8117 nömrəsinə SMS göndərilməsi bildirilmişdir. xx.xx.2021-ci il tarixdə isə onun həmin nömrəsinə həmin kreditin onun kartına köçürüldüyü barədə SMS vasitəsilə məlumat verilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh Banka 500 (beş yüz) manat əsas borc, 126.24 (bir yüz iyirmi altı manat iyirmi dörd qəpik) manat məbləğində faiz, 5.18 (beş manat on səkkiz qəpik) manat cərimə, 0.26 (iyirmi altı qəpik) manat komsiyon haqqı olmaqla, cəmi 631.68 (altı yüz otuz bir manat altmış səkkiz qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2021 - xx.xx.2021-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına pulun köçürülməsi təmin edilmiş və o ayrı-ayrı vaxtlarda kartdan istifadə edərək müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, ********* nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar X1 vasitəsi ilə Dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabına 30 (otuz manat) rüsum, 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh 3 iş günü müddətində banka olan bütün borclarını ödənilməsi, əks təqdirdə vaxtından əvvəl bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı Bankla “Borcalan”arasında bağlanmış xx.xx.2021-ci il tarixli 167sMDK/21 saylı kredit müqaviləsinə əsasən Bank” “Borcalan” 60 ay müddətinə illik 29% olmaqla 10000 (on min) AZN məbləğində kredit xətti limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir. İş materiallarına əlavə olunmuş kredit sms-dən görünür ki, Cavabdeh bankda qeydiyyatda olan ********** moibil nömrəsinə xx.xx.2021-ci il tarixdə Bank tərəfindən Albalı plus kartına 60 aylıq, illik 29.5%-lə 500 AZN kredit təklif edilmiş, bu şərtləri qəbul etdiyi təqdirdə 8117 nömrəsinə SMS göndərilməsi bildirilmişdir. xx.xx.2021-ci il tarixdə isə onun həmin nömrəsinə həmin kreditin onun kartına köçürüldüyü barədə SMS vasitəsilə məlumat verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən “Borcalan” həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit məbləği üzrə ödənişi “Banka” qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhədliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı Banka 500 (beş yüz) manat əsas borc, 126.24 (bir yüz iyirmi altı manat iyirmi dörd qəpik) manat məbləğində faiz, 5.18 manat cərimə, 0.26 (iyirmi altı qəpik) manat komsiyon haqqı olmaqla, cəmi 631.68 (altı yüz otuz bir manat altmış səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" KB ASC belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” Cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" KB ASC-yə olan borcunu ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmçinin, məhkəmə iddia tələbinin müqavilədə nəzərdə tutulmuş komisyon haqqı üzrə borc məbləğinin tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında bağlanılmış müvafiq kredit müqaviləsi üzrə komisyon xərclərinin də ödənilməsinə dair iddiaçı bank qarşısında öhdəlik götürmüşdür. Bu halda məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulmuş komisyon üzrə borcun tutulmasının tərəflərin qarşılıqlı razılığı əsasında bağlanılmış kredit müqaviləsi ilə şərtləndirildiyindən, iddia tələbi bu hissədə də əsaslı olmaqla təmin edilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə Unibank” KB ASC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" KB ASC Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli Cavabdeh 500 (beş yüz) manat əsas borc, 126.24 (bir yüz iyirmi altı manat iyirmi dörd qəpik) manat məbləğində faiz borcu, 5.18 manat cərimə, 0.26 (iyirmi altı qəpik) manat komsiyon haqqı olmaqla, cəmi 631.68 (altı yüz otuz bir manat altmış səkkiz qəpik) manat məbləğində pul alınaraq "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçının tələb etdiyi 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 167sMDK/21 saylı Kredit müqaviləsi üzrə 500 (beş yüz) manat əsas borc, 126.24 (bir yüz iyirmi altı manat iyirmi dörd qəpik) manat məbləğində faiz borcu, 5.18 manat cərimə, 0.26 (iyirmi altı qəpik) manat komsiyon haqqı, cəmi 631.68 (altı yüz otuz bir manat altmış səkkiz qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 662.08 (altı yüz altmış iki manat, səkkiz qəpik) manat pul alınaraq "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar