Məhkəmə qərarları › İş №e-2(110)-626/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-626/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-626/2022 28.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh Zeynalabdin qızına qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh Zeynalabdin qızından “Kapital Bank“ ASC-nin xeyrinə BRED3265177A133 saylı Kart Kredit müqaviləsinə əsasən 778.78 AZN əsas, 230.49 AZN faiz; GTKR3265175A133 saylı Kredit müqaviləsinə əsasən 1946.37 AZN əsas, 454.85 AZN faiz borcunun və 54.1 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh Zeynalabdin qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli BRED3265177A133 saylı Kart Krediti müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 1000 AZN kredit xətti ayrıldığını, xx.xx.2020-ci il tarixli GTKR3265175A133 saylı Kredit müqaviləsinə əsasən isə 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2400 AZN kredit verildiyini, kredit müqavilələrinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, BRED3265177A133 saylı Kart Kredit müqaviləsinə əsasən 778.78 AZN əsas, 230.49 AZN faiz; GTKR3265175A133 saylı Kredit müqaviləsinə əsasən 1946.37 AZN əsas, 454.85 AZN faiz borcu yarandığını, Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılmasının təmin edilmədiyini qeyd edərək, Cavabdeh Zeynalabdin qızından “Kapital Bank“ ASC-nin xeyrinə BRED3265177A133 saylı Kart Kredit müqaviləsinə əsasən 778.78 AZN əsas, 230.49 AZN faiz; GTKR3265175A133 saylı Kredit müqaviləsinə əsasən 1946.37 AZN əsas, 454.85 AZN faiz borcunun və 54.1 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh Zeynalabdin qızının zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Hesab kart, kredit üzrə Kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh Zeynalabdin qızı ilə "xxxx" ASC-in Şərur filialı arasında Krediti müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 2-ci bəndinə əsasən bu müqaviləyə görə Bank müştəriyə “Birkart“ ödəniş kartı verir, həmin karta bağlı bu Müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır və xəttin istifadəsilə bağlı müvafiq hesablar açır, Müştəri isə həmin kredit xətdindən istifadə edir və yaranmış borclarını (əsas, faiz borcu, xidmət haqqı, dəbbə pulu və.s) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. Həmin Müqavilənin 4.1, 4.3 və 4.5.1-ci maddələrinə əsasən “Bank” “Müştəriyə” şəxsi istehlak məqsədilə qeyri-taksit əməlliyyatları üzrə illik 25 faiz, taksit əməliyyatları üzrə isə 0% dərəcəsi ilə hesablanan və açılmış kredit xətti üzrə ilkin olaraq 1000 manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 4.6-cı bəndinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin verildiyi gündən faktiki qaytarıldığı günədək, kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə gündəlik olaraq əsas borcun qalıq məbləğinə hesablanır. Həmin Müqavilənin 4.8.2.1-ci bəndində qeyd olunmuşdur ki, nağdsız ödənişlər üzrə istifadə edilmiş pul vəsaiti güzəşt müddəti ərzində tam olaraq ödənildikdə, istifadə edilmiş məbləğə faiz hesablanmır. İstifadə edilmiş məbləğ güzəşt müddəti ərzində natamam ödənildikdə və ya ümumiyyətlə ödənilmədikdə istifadə edilmiş məbləğə və ya ödənilməmiş hissəsinə bu müqavilə ilə müəyyən olunmuş illik kredit faiz dərəcəsi ilə gündəlik faizlər hesablanır... Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən 15 manat xidmət (komisyon) haqqı tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Balansdan kənar kassa məxaric orderinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh Zeynalabdin qızı imza etməklə Bankdan 1 ədəd plastik kart verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş Hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh Zeynalabdin qızı ona təqdim olunmuş kartı vasitəsilə pulu götürmüş, eyni zamanda kredit kartı üzrə açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparılmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli GTKR3265175A133 saylı Kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh Zeynalabdin qızı ilə "xxxx" ASC-in Şərur filialı arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1.1, 1.1.2, 1.1.3 və 1.1.4-cü maddələrinə əsasən “Bank” Müştəriyə gündəlik tələbat məqsədilə 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2400 manat məbləğində kredit vermişdir; Həmin Müqavilənin 1.1.5-ci bəndinə əsasən kreditdən qaytarılması bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödənilir; Həmin Müqavilənin 1.1.6-cı bəndinə əsasən 24 manat xidmət (komisyon) haqqı tutulmuşdur; Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin verildiyi (cari hesaba köçürüldüyü) gündən qaytarıldığı günədək, istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablannır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, GTKR3265175A133 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh Zeynalabdin qızına 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2400 manat məbləğində kredit verilmiş, Cavabdeh Zeynalabdin qızı isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 – xx.xx.2023 tarixləri ərzində ayda 99.81 manat, xx.xx.2023 tarixində isə 103.68 manat olmaqla, cəmi 3497.22 manat pulu “Kapital Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Kassa məxaric orderinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh Zeynalabdin qızı imza etməklə Bankdan 2400 (iki min dörd yüz) manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh Zeynalabdin qızının xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə BRED3265177A133 saylı Kart Kredit müqaviləsinə əsasən 778.78 AZN əsas, 230.49 AZN faiz; GTKR3265175A133 saylı Kredit müqaviləsinə əsasən 1946.37 AZN əsas, 454.85 AZN faiz borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ********* nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabına 54.1 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Zeynalabdin qızına ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişdən müəyyən olur ki, öhdəliklərinin dərhal yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə "xxxx" ASC borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" ASC Şərur filialı ilə Cavabdeh Zeynalabdin qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli BRED3265177A133 saylı Hesab kart, kredit üzrə Kredit müqaviləsinə əsasən Bank” “Müştəriyə” şəxsi istehlak məqsədilə qeyri-taksit əməlliyyatları üzrə illik 25 faiz, taksit əməliyyatları üzrə isə 0% dərəcəsi ilə hesablanan və açılmış kredit xətti üzrə ilkin olaraq 1000 manat məbləğində kredit kartının, xx.xx.2020-ci il tarixli GTKR3265175A133 saylı Kredit müqaviləsinə əsasən “Bank” “Müştəri”yə 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2400 manat məbləğində kreditin verilməsini təmin etmişdir. xx.xx.2020-ci il tarixli BRED3265177A133 saylı Hesab kart, kredit üzrə Kredit müqaviləsinə əsasən “Bank” “Müştəri”yə istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır və xəttin istifadəsilə bağlı müvafiq hesablar açır, Müştəri isə həmin kredit xətdindən istifadə edir və yaranmış borclarını (əsas, faiz borcu, xidmət haqqı, dəbbə pulu və.s) Müqavilə ilə müəyyən edilmiş qaydada, xx.xx.2020-ci il tarixli GTKR3265175A133 saylı Kredit müqaviləsinə əsasən isə “Müştəri” aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 – xx.xx.2023 tarixləri ərzində ayda 99.81 manat, xx.xx.2023 tarixində isə 103.68 manat olmaqla, cəmi 3497.22 manat pulu “Kapital Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Müştəri” kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Bank”ın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, “Bank”ın “Müştəri”dən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,“kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə “Bank” qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh Zeynalabdin qızından xx.xx.2020-ci il tarixli, BRED3265177A133 saylı Hesab kart, kredit üzrə Kredit müqaviləsinə əsasən əsas borc üzrə 778.78 (yeddi yüz yetmiş səkkiz manat yetmiş səkkiz qəpik) manat, faiz borcu üzrə 230.49 (iki yüz otuz manat qırx doqquz qəpik) manat, xx.xx.2020-ci il tarixli, GTKR3265175A133 saylı Kredit müqaviləsinə əsasən əsas borc üzrə 1946.37 (bir min doqquz yüz qırx altı manat otuz yeddi qəpik) manat, faiz borcu üzrə 454.85 (dörd yüz əlli dörd manat səksən beş qəpik) manat, cəmi 3410.49 (üç min dörd yüz on manat qırx doqquz qəpik) manat məbləöində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 54.1 (əlli dörd manat on qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh Zeynalabdin qızından xx.xx.2020-ci il tarixli, BRED3265177A133 saylı Hesab kart, kredit üzrə Kredit müqaviləsinə əsasən əsas borc üzrə 778.78 (yeddi yüz yetmiş səkkiz manat yetmiş səkkiz qəpik) manat, faiz borcu üzrə 230.49 (iki yüz otuz manat qırx doqquz qəpik) manat, xx.xx.2020-ci il tarixli, GTKR3265175A133 saylı Kredit müqaviləsinə əsasən əsas borc üzrə 1946.37 (bir min doqquz yüz qırx altı manat otuz yeddi qəpik) manat, faiz borcu üzrə 454.85 (dörd yüz əlli dörd manat səksən beş qəpik) manat, cəmi 3410.49 (üç min dörd yüz on manat qırx doqquz qəpik) manat və 54.1 (əlli dörd manat on qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3464.59 (üç min dörd yüz altmış dörd manat əlli doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar