Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-634/2022 03.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh “Kapital Bank“ ASC-nin xeyrinə 1536.62 AZN əsas, 238.15 AZN faiz, cəmi 1774.77 AZN borcun və 37.74 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli GTGK2084796A133 saylı Kredit müqaviləsinə əsasən isə 35 ay müddətinə illik 26.9 faiz dərəcəsi ilə 3400 AZN kredit verildiyini, kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, cavabdehin xx.xx.2022-ci il tarixə 1536.62 AZN əsas, 238.15 AZN faiz, cəmi 1774.77 AZN borcu yarandığını, Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılmasının təmin edilmədiyini qeyd edərək, Cavabdeh “Kapital Bank“ ASC-nin xeyrinə 1536.62 AZN əsas, 238.15 AZN faiz, cəmi 1774.77 AZN borcun və 54.1 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. İş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlirəm ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli GTGK2084796A133 saylı Kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxx" ASC-in Şərur filialı arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1.1, 1.1.2, 1.1.3 və 1.1.4-cü maddələrinə əsasən “Bank” “Müştəriyəgündəlik tələbat məqsədilə 35 ay müddətinə illik 26.9 faiz dərəcəsi ilə 3400 manat məbləğində kredit vermişdir; Həmin Müqavilənin 1.1.5-ci bəndinə əsasən kreditdən qaytarılması bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödənilir; Həmin Müqavilənin 1.1.6-cı bəndinə əsasən 34 manat xidmət (komisyon) haqqı tutulmuşdur; Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin verildiyi (cari hesaba köçürüldüyü) gündən qaytarıldığı günədək, istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablannır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli GTGK2084796A133 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh 35 ay müddətinə illik 26.9 faiz dərəcəsi ilə 3400 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 – xx.xx.2023 tarixləri ərzində ayda 141.22 manat, xx.xx.2023 tarixində isə 143.88 manat olmaqla, cəmi 4945.36 manat pulu “Kapital Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Kassa məxaric orderinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh imza etməklə Bankdan 3400 (üç min dörd yüz) manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli GTGK2084796A133 saylı Kredit müqaviləsinə əsasən 1536.62 AZN əsas, 238.15 AZN faiz, cəmi 1774.77 AZN borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ********* nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabına 37.74 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olur ki, öhdəliklərinin dərhal yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə "xxxx" ASC borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" ASC Şərur filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GTGK2084796A133 saylı Kredit müqaviləsinə əsasən “Bank” “Müştəri”yə 35 ay müddətinə illik 26.9 faiz dərəcəsi ilə 3400 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 – xx.xx.2023 tarixləri ərzində ayda 141.22 manat, xx.xx.2023 tarixində isə 143.88 manat olmaqla, cəmi 4945.36 manat pulu “Kapital Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Müştəri” kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Bank”ın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, “Bank”ın “Müştəri”dən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli GTGK2084796A133 saylı Kredit müqaviləsinə əsasən əsas borc üzrə 1536.62 (bir min beş yüz otuz altı manat altmış iki qəpik) manat, faiz borcu üzrə 238.15 (iki yüz otuz səkkiz manat on beş qəpik) manat olmaqla, cəmi 1774.77 (bir min yeddi yüz yetmiş dörd manat yetmiş yeddi qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 37.74 (otuz yeddi manat yetmiş dörd qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli GTGK2084796A133 saylı Kredit müqaviləsinə əsasən əsas borc üzrə 1536.62 (bir min beş yüz otuz altı manat altmış iki qəpik) manat, faiz borcu üzrə 238.15 (iki yüz otuz səkkiz manat on beş qəpik) manat, cəmi 1774.77 (bir min yeddi yüz yetmiş dörd manat yetmiş yeddi qəpik) manat məbləğində borc və 37.74 (otuz yeddi manat yetmiş dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1812.51 (bir min səkkiz yüz on iki manat əlli bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-634/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-634/2022
03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver