Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-64/2025 08.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh lizinq obyekti olan “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 7579.53 manat pulun və ödənilmiş 95.80 manat dövlət rüsumu tutularaq Azərmaş” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində bildirmişdir ki, "xxxx" MMC ilə bağlanmış MAS-4188 saylı "Daxili lizing" müqaviləsi əsasında Cavabdeh müvəqqəti istifadə və sahibliyinə "Khazar LX" markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Cavabdeh "Daxili lizing" müqaviləsı və "Ödəniş cədvəlinin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmış və "xxxx" MMC borclu Cavabdeh qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan MR Şərur rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 11 iyul 2024-cü il tarixli e- 2(110)-605/2024 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin iddası qismən təmin edilərək "Khazar LX" markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçısı "xxxx" MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 2003.28 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan "Khazar LX" markalı, 77- PB-785 dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 09 sentyabr 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 7579.53 manat ziyan vurulduğu müəyyən edilmişdir. İddiaçı "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş, lakin xx.xx.2025cİ il tarixdə “Elektron məhkəmə” informasiya vasitəsilə məhkəməyə ərizə göndərərək icraatınızda olan e-2(110)-64/2025 saylı mülki işə iştirakları olmadan baxıb, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2023-cü il tarixli MAS-4188 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən müəyyən edilir ki, X1 xx.xx.2021-ci il tarixli, MAS-4188 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən müəyyən edilmiş öhdəlikləri Cavabdeh ötürmüşdür. Müqaviləsinin 1.1-ci bəndinə əsasən İddiaçı MMC-nin “Öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4188 saylı X4 (bundan sonra Lizinq Müqaviləsi adlandırılacaq) üzrə Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında qarşısında götürdüyü bütün öhədilkəri Öhdəlikləri qəbul edənə ötürür, Öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri Öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. - xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən X1 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermişdir. - Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(110)-605/2024 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 2021-ci il buraxışlı, "Khazar LX" minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçisi "xxxx" MMC-yə qaytarılması, Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4188 saylı "Daxili lizinq" müqaviləsinə əsasən 1379,62 manat gecikdirilmiş əsas, 453,26 manat gecikdirilmiş mükafat və 70 manat dəbbə pulu, ümumilikdə 1902,88 (bir min doqquz yüz iki manat səksən səkkiz qəpik) manat borc va 100,4 (bir yüz manat qırx qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. - xx.xx.2024-cü il tarixli Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, "xxxx" MMC şirkətinə məxsus olan “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin evakuator vasitəsilə duracağa gətirilərək təhvil-təslimi aparılmış, nəqliyyat maşınının əzilmiş hissələri: kapot, sağ və sol arxa qapılar, sağ və sol dal qabaq qanadlar əzilmiş cızılmış hissələri arxa qabaq, nəqliyyat vasitəsinə aid olan komplektlər: bufer təmir olunub, rəngə ehtiyac var, sağ sol dumanın işıqlar, qapıların obitkası beyni yoxdu, kondisoner, komperessor yoxdur, avtomobil yarı sökülüdür. - “X6” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Qüsur aktından görünür ki, Samand LX markalı, **-PB-*** dövlət nömrə nişanlı minik avtomobilinə ümumi xidmət haqqı 3090.00 manat, ehtiyat hissələrin ümumu dəyəri 3333.33 manat, ƏDV olaraq 1156.20 mpanat olmaqla, ümumilikdə 7579.53 manat maddi ziyan dəymişdir. - nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Khazar LX minik markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC - dir; - xx.xx.2024-cü il tarixli xəbərdarlıq məzmunundan görünür ki, ondan tələb edilən borcu 7 gün ərzində ödəmədiyi təqdirdə borc tələbi ilə bağlı məhkməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; - xx.xx.2024-cü il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, Azərmaş” MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinə 95.80 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli MAS-4188 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X1 (lizinq alan) İddiaçı MMC mülkiyyətində olan “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil Lizinq alan Cavabdeh müvəqqəti istifadə və sahibliyinə vermiş, lakin o, “X4” və Ödəniş cədvəli”nin şərtlərinə əməl etməmişdir. İddiaçı MMC-nin müraciəti əsasında Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(110)- 605/2024 nömrəli qətnaməsilə 2021-ci il buraxışlı, "Khazar LX" minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin Cavabdeh alınaraq mülkiyyətçisi "xxxx" MMC-yə qaytarılması, Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4188 saylı "Daxili lizinq" müqaviləsinə əsasən 1379,62 manat gecikdirilmiş əsas, 453,26 manat gecikdirilmiş mükafat və 70 manat dəbbə pulu, ümumilikdə 1902,88 (bir min doqquz yüz iki manat səksən səkkiz qəpik) manat borcun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Eyni zamanda iş materialında olan xx.xx.2024-cü il tarixli Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, "xxxx" MMC şirkətinə məxsus olan “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin evakuator vasitəsilə duracağa gətirilərək təhvil-təslimi aparılarkən avtomobildə xeyli sayda qüsurların olması aşkar edilmişdir. “X6” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Qüsur aktından görünür ki, **-PB-*** dövlət nömrə nişanlı minik avtomobilinə ümumi xidmət haqqı 3090.0 manat, ehtiyat hissələrin ümumu dəyəri 3333.33 manat, ƏDV olaraq 1156.20 mpanat olmaqla, ümumilikdə 7579.53 manat maddi ziyan dəymişdir. Beləliklə də məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraəciət edərək, ona məxsus olan “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın cavabdehdən alınaraq ona ödənilməsi tələbində haqlıdır. Eyni zamanda məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb еtmək hüququnа mаlik оlаn şəхs оnа vurlulmuş zərərin əvəzinin tаm ödənilməsini tələb еdə bilər, bu şərtlə ki, qаnundа və yа müqаvilədə zərərin əvəzinin dаhа аz miqdаrdа ödənilməsi nəzərdə tutulmаsın; - 21.2-ci mаddəsinə əsаsən zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququnu bərpа еtmək üçün çəkdiyi və yа çəkməli оlduğu хərclər, əmlаkındаn məhrum оlmаsı və yа əmlаkının zədələnməsi (rеаl zərər), hаbеlə hüququ pоzulmаsаydı, həmin şəхsin аdi mülki dövriyyə şərаitində əldə еdəcəyi gəlirlər (əldən çıхmış fаydа) bаşа düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. -1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğundan iddia tələbi üzrə 95.80 (doxsan beş manat səksən qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin edilməli, Cavabdeh 7579.53 (yeddi min beş yüz yetmiş doqquz manat əlli üç qəpik) manat borc və 95.80 (doxsan beş manat səksən qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 7675.33 (yeddi min altı yüz yetmiş beş manat otuz üç qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 7579.53 (yeddi min beş yüz yetmiş doqquz manat əlli üç qəpik) manat borc və 95.80 (doxsan beş manat səksən qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 7675.33 (yeddi min altı yüz yetmiş beş manat otuz üç qəpik) manat məbləğində pul alınaraq İddiaçı MM-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-64/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-64/2025
08.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver