Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-644/2022 05.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 1699.37 AZN əsas borcun, 14.64 AZN faiz borcunun və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 37.55 AZN pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh3 bankdan xx.xx.2024-cü ilədək qaytarmaq və illik 1% ödəmək şərti ilə aldığı 3189.37 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımınca icra etmədiyini, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan borcun məbləğinin a) əsas borc üzrə 1699.37 AZN, b) faizlər üzrə 14.64 AZN, c) cərimə üzrə 00.00 AZN təşkil etdiyini, borcalan və zaminlik müqavilələrinə əsasən onun öhdəliyinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş zaminlər Cavabdeh1 və Cavabdeh2 dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini vaxtında və lazımınca icra etmədiyini bildirərək cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 1699.37 AZN əsas borcun, 14.64 AZN faiz borcunun və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 37.55 AZN pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildirişlər cavaddehlərin ünvanına göndərilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iş materiallarında olan mobil nömrələrinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. İddiaçı ASC-nin idarə heyətinin sədri X1 tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ərizəsində, İddiaçı ASC-in cavabdehlər Cavabdeh3 və digərilərinə qarşı olan mülki iş üzrə texniki səhv olaraq cavabdehlərdən müştərək qaydada bankın xeyrinə iddianın qaldırılması üçün ödənilmiş 37.15 manat məbləğində dövlət rüsumu, 37.55 manat kimi göstərildiyini qeyd edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 bankın xeyrinə müştərək qaydada kredit müqaviləsi üzrə 1699.37 manat əsas borc, 14.64 manat faiz borc və iddianın qaldırılması üçün ödənilmiş 37.15 manat məbləğində dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə 2(110)-644/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadla mülki işə dəqiqləşdirilmiş iddia tələbi çərçivəsində baxılmasını qərara almışdır. İş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 032CASA191720004 saylı “Güzəştli kredit müqaviləsi”ndən aydın olur ki, həqiqətən Cavabdeh3 ilə İddiaçı ASC-nin Nefçilər filialı arasında qeyd olunan güzəştli kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqaviləsinin 1.1-ci bəndinə əsasən Bank Müştəriyə resturuktrizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 3189.37 (üç min yüz səksən doqquz manat otuz yeddi qəpik) manat məbləğində kredit verir, Müştəri isə bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən kreditin məqsədi restruktrizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsidir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilənin bağlanması ilə kredit verilmiş sayılır. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə kredit və ona hesablanmış faizlər ödəniş cədvəlinə və kredit müqaviləsinə əsasən Banka nağd qaydada və ya köçürmə yolu ilə qaytarılır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit Banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1 % olmaqla hesablanır. Kredit verildiyi tarixdən sonrakı 1 il güzəşt müddəti hesab olunur. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 032FİZAM48668102 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə ilə İddiaçı ASC-nin Nefçilər filialı arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 032FİZAM04724608 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə ilə İddiaçı ASC-nin Nefçilər filialı arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqavilələrin 1.1-ci bəndinə əsasən bu Müqavilə Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün Zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin Müqavilələrin 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu kredit və borclu Cavabdeh3 arasında bağlanmış məbləği 3189.37 (üç min yüz səksən doqquz manat otuz yeddi qəpik) manat, illik faiz dərəcəsi 1 (bir), müddəti 60 (altmış) ay olan 023CASA191690005 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ilə müəyyən olunur. Həmin Müqavilələrin 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzadıldıqda uzadılmış müddət ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 032CASA191720004 saylı “Güzəştli kredit müqaviləsi”nə ödəniş cədvəlinə əsasən, "xxxx" ASC-nin Nefçilər filialı tərəfindən Cavabdeh3 resturuktrizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 1 il güzəşt müddəti ilə 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə 3189.37 manat məbləğində kredit verildiyi, Cavabdeh3 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2024 tarixləri ərzində cəmi 3286.83 manat pulu Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019 - xx.xx.2022-ci il tarixli hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh3 əvvəlki kredit borcunun resturuktrizasiya olunması məqsədi ilə 3189.37 manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020 - xx.xx.2022-ci il tarixli hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh3 əvvəlki kredit borcunun resturuktrizasiya olunması məqsədilə verilmiş üzrə, onun adına açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Müştərinin Banka 1699.37 manat əsas, 14.64 manat faiz borcu olmaqla, cəmi 1714.01 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş məhkəmədə iddia qaldırılması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə İddiaçı ASC tərəfindən ********* nömrəli qəbzlə dövlət büdcəsinə 37.15 (otuz yeddi manat on beş qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş bildirişin surətindən görünür ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 banka olan borcun ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli bildirişdə müqavilə üzrə öhdəliklərinin kobud şəkildə pozulması ilə əlaqədar İddiaçı ASC həmin müqavilə üzrə olan borc məbləğinin 3 iş günü ərzində qaytarılmasını və ödənilməsini tələb etmiş, əks halda kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə iş materialları hazırlanıb aidiyyatı üzrə məhkəməyə göndəriləcəyi, həmçinin məhkəmədə iddia qaldırılması məqsədiləçəkilən məhkəmə və dövlət rüsumunun ondan tutulacağı barədə xəbərdarlıq etməsinə baxmayaraq cavabdehlər tərəfindən borcun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı ASC-nin Nefçilər filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 032CASA191720004 saylı “Güzəştli kredit müqaviləsi”nə əsasən "xxxx" ASC-nin Nefçilər filialı tərəfindən Cavabdeh3 resturuktrizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 1 il güzəşt müddəti ilə 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə 3189.37 manat məbləğində kredit verildiyi, Cavabdeh3 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2024 tarixləri ərzində hissə-hissə, cəmi 3286.83 manat məbləği “Banka” ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2019-cu il tarixli 023FİZAM07384702 və 032FİZAM04724608 saylı Zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və X4 kreditor qarşısında borclu ilə eyni həcmdə, yəni birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşlər. Cavabdeh3 istifadə etdiyi krediti və həmin kreditə görə nəzərdə tutulmuş faizləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Müştəri” və “Zaminlər” risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, onlar öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu müştərək qaydada Banka ödəməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh3 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Həmçinin Kredit müqaviləsinin təminatı kimi zaminlər Cavabdeh2 və Cavabdeh1 Müştəri Cavabdeh3 Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh3 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh2 və Cavabdeh1 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh3 yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən və zaminlər də Cavabdeh3 kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün zaminlik müqavilələri ilə kreditor qarşısında borclu ilə eyni həcmdə, yəni birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürdüklərindən, iddiaçı borcun tutulması ilə bağlı “Müştəri” Cavabdeh3 və “Zamin”lər Cavabdeh2 və Cavabdeh1 qarşı birgə borclular kimi məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 032CASA191720004 saylı “Güzəştli kredit müqaviləsi” üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1699.37 (bir min altı yüz doxsan doqquz manat otuz yeddi qəpik) manat əsas, 14.64 (on dörd manat altmış dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1714.01 (bir min yeddi yüz on dörd manat bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi məqsədilə ödənilmiş 37.15 (otuz yeddi manat on beş qəpik) manat dövlət rüsumunun əvəzidə də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli 032CASA191720004 saylı “Güzəştli kredit müqaviləsi” müqaviləsinə əsasən əsas borc üzrə 1699.37 (bir min altı yüz doxsan doqquz manat otuz yeddi qəpik) manat, faiz borcu üzrə 14.64 (on dörd manat altmış dörd qəpik) manat, cəmi 1714.01 (bir min yeddi yüz on dörd manat bir qəpik) manat borc və 37.15 (otuz yeddi manat on beş qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1751.16 (bir min yeddi yüz əlli bir manat on altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-644/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-644/2022
05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver