Məhkəmə qərarları › İş №e-2(110)-645/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-645/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-645/2022 12.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında 23 sentyabr 2020-ci il tarixli, 305141-1-36132 saylı “Nağd pul krediti müqaviləsi” əsasən xx.xx.2022-ci il tarixinə banka borclu olduğu 1267.28 AZN məbləğində əsas borc, 48.47 AZN məbləğində faiz borcu, 22.40 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1338.15 azn pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 33.38 AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilatın nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə “elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində icratınızda İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair e-2(110)-645/2022 saylı mülki işin olduğunu, hazırki mülki iş ilə bağlı tərəflər arasında olan razılıq üzrə əldə olunan nəticəyə əsasən ərizənin baxılmamış saxlanılması barədə ərizə ilə müraciət olunması qərarına gəlindiyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, ərizənin baxılmamış saxlanıldığını, odur ki, qeyd edilənlərə əsasən və qüvvədə olan qanunvericiliyin tələblərinə istinadən, məhkəmədən İddiaçı ASCnin Cavabdeh qarşı “Nağd pul krediti müqaviləsi” üzrə borcun tutulması tələbinə dair e-2(110)- 645/2022 saylı mülki iş üzrə ərizəni baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizənin baxılmamış saxlanılması barədə xahişini nəzərə alaraq qeyd edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; - 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı- Hökümət Ödəniş portalı vasitəsilə xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 33.38 (otuz üç manat otuz səkkiz qəpik) manat dövlət rüsumu ona qaytarılsın. İddiaçı ASC-yə izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-in 13, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı- Hökümət Ödəniş portalı vasitəsilə xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 33.38 (otuz üç manat otuz səkkiz qəpik) manat dövlət rüsumu ona qaytarılsın. İddiaçı ASC-yə izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar