Məhkəmə qərarları › İş №e-2(110)-652/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-652/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-652/2022 06.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" X1 Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 667.09 (altı yüz altmış yeddi manat doqquz qəpik) manat əsas, 161.83 (bir yüz altmış bir manat səksən üç qəpik) manat faiz, 5.3 (beş manat otuz qəpik) manat cərimə olmaqla, cəmi 834.22 (səkkiz yüz otuz dörd manat iyirmi iki qəpik) manat borcun dövlət rüsumu olaraq ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat məbləğində vəsaitin tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 2965sSTB2/21 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% olmaqla 10000 manat məbləğində kredit limiti ayrıldığını, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verdiyini və borcalanın isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin kredit alanın müqavilənin şərtlərinə əmal etməyərək öhdəliklərini pozduğunu, tərəflər arasında yaranan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini, və kreditor “Unibank" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək hüququndan istifadə etmək qərarına gəldiyini qeyd edərək, Cavabdeh 667.09 (altı yüz altmış yeddi manat doqquz qəpik) manat əsas, 161.83 (bir yüz altmış bir manat səksən üç qəpik) manat faiz, 5.3 (beş manat otuz qəpik) manat cərimə olmaqla, cəmi 834.22 (səkkiz yüz otuz dörd manat iyirmi iki qəpik) manat borcun dövlət rüsumu olaraq ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat məbləğində vəsaitin tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ərizəsində, cavabdeh - Cavabdeh 667.09 AZN əsas, 161.83 AZN faiz və 5.30 AZN cərimə olmaqla cəmi 834.22 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarmaqlarını xahiş etdiklərini, tərəflərindən məhkəməyə müraciət edilərkən iddia tələblərini texniki olaraq dolğun ifadə etmədiklərini, bu səbəbdən də AR MPM-in 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələblərini dəqiqləşdirərək cavabdeh – Cavabdeh 667.09 AZN əsas, 161.83 AZN faiz və 5.30 AZN cərimə olmaqla cəmi 834.22 borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin və dövlət rüsumunun köçürülməsi üçün ödənilmiş 0.40 AZN xidmət haqqının "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə 2(110)-652/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadla müllki işə dəqiqləşdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. İş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 2965sSTB2/21 saylı Kredit Müqaviləsindən aydın olur ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 60 ay müddətinə illik 29% olmaqla 10000 (on min) AZN məbləğində kredit xətti limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu “Bank”a qaytarmağı öhdəsinə götürür... Həmin Müqavilənin 1.1-ci bəndinin 3-cü abasına əsasən, kredit xəddindən istifadəyə görə minimum 1%, maksimum 5%, nağdsız əməliyyatlar üzrə isə 0% komissiya haqqı hesablanır və nəvbəti ödəniş zamanı müştəri tərəfindən əlavə olaraq ödənilir... Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən kredit xətti 36 (otuz altı) ay müddətinə (kredit xəttindən istifadə müddəti) illik 36 ay (otuz altı) % dək olmaq şərtilə ayrılır. Kredit xəttindən istifadə müddətində kredit üzrə hər ay minumum borclar ödənilməlidir. Kredit xəttindən istifadəyə görə komissiya, hesablanmış fazi borcu, taksitli alış verişlər üzrə cari ayın taksit borcu və kredit xəttindən nağdlaşdırılan məbləğin 5 %-i (min 10 AZN), kredit xəttinin müddəti bitdikdən sonra, növbəti ilki 12 (on iki) ay müddətində 36-cı ay müddətinə təsadüf edən kredit xəttindən istifadə olunan məbləğin 5%-i, taksitli alış veriş üzrə isə taksit ödənişləri həyata keçirilir, növbəti 12 (on iki) ay isə “Borclalan” tərəfindən qalıq borc məbləğinin ödənilməsi annuitet cədvəli əsasında (aylıq ödəniş məbləği minumum 20 AZN olmaq şərtilə) həyata keçirilir və bu zaman Bank bu müqavilə üzrə nəzərdə tutulmuş illik faiz dərəcəsini 40 (qırx) faizədək artıra bilər. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minumum 29%, maksimum 40% təşkil edir. Kreditin məqsədli təyinatı; İstehlak. Həmin Müqavilənin 1.8-ci bəndinə əsasən “Bank” “Borcalan”ın bankda qeydiyyatda olan mobil nömrəsinə daxili təlimatlara əsaslanaraq müəyyən edilmiş və ayrılmış kredit xəttinin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və kredit xəttinin açılması ilə əlaqədar kredit prosedurlarınavə nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği barədə sms göndərir. Həmin Müqavilənin 1.8.1-ci bəndinə “Borcalan” tərəfindən əldə olunmuş sms-dən sonra razılıq bildirən cavab sms-i tələb olunmur. Bu müqaviləni imzalamaqla Müştəri bütün şərtləri qəbul etmiş sayılır. Müştəri kart vasitəsilə kredit xəttindən istifadə etdiyi təqdirdə üzərinə öhdəlik götürmüş sayılır. Kredit xəttindən istifadə etdikdən sonra krerdit xəttinin məbləği, müddəti, illik faiz dərəcəsi, aylıq ödənişi ilə razılaşmadığı barədə Banka qarşı heç bir tələb irəli sürə bilməz. Həmin Müqavilənin 2.8-ci bəndinə əsasən “Müştəri” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Müştəri”nin maliyyə vəziyyətində bu müqavilənin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və bazarın mövcud vəziyyəti “Müştəri”nin fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda, “Müştəri”nin maliyyə vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə və bu hal “Bank”a yalnız müqavilə bağlanbdıqdan sonra məlum olduqda və.s hallarda Bank bu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutlmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “Borcalan”dan tələb edə bilər. Həmin Müqavilənin 2.10-cu maddəsinə əsasən “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə tətbiq edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli PC1747 nömrəli Balansdankənar məxaric orderinin surətindən görünür ki, 1 ədəd Albalı kartı Cavabdeh imza etdirilməklə təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş kredit sms-dən görünür ki, Cavabdeh bankda qeydiyyatda olan ********* mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə Bank tərəfindən Bank tərəfindən onun Albalı plus kartına 60 aylıq, illik 29 %-lə 1000 AZN kredit xətti açmağı təklif edilmiş, bu şərtləri qəbul etdiyi təqdirdə 8117 nömrəsinə SMS göndərilməsi bildirilmişdir. Həmin tarixdə tarixdə onun nömrəsinə həmin kreditin onun kartına köçürüldüyü, vəsaiti növbəti iş günü 10:00-dan sonra "xxxx" bankomatlarından nağdılaşdıra biləcəyi barədə SMS vasitəsilə məlumat verilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh Banka 667.09 (altı yüz altmış yeddi manat doqquz qəpik) manat əsas, 161.83 (bir yüz altmış bir manat səksən üç qəpik) manat faiz, 5.3 (beş manat otuz qəpik) manat cərimə olmaqla, cəmi 834.22 (səkkiz yüz otuz dörd manat iyirmi iki qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2021 – xx.xx.2021-ci il dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına pulun köçürülməsi təmin edilmiş, və o ayrı-ayrı vaxtlarda kartdan istifadə edərək müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli, Mədaxil Qəbzindən görünür ki, “Unibank” KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh 3 iş günü müddətində banka olan bütün borclarının ödənilməsi, əks təqdirdə vaxtından əvvəl bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında xx.xx.2021-ci il tarixli 2965sSTB2/21 saylı Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 60 ay müddətinə illik 29% olmaqla 10000 (on min) AZN məbləğində kredit xətti limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir. İş materiallarına əlavə olunmuş kredit sms-dən görünür ki, Cavabdeh bankda qeydiyyatda olan ********* mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə Bank tərəfindən Bank tərəfindən onun Albalı plus kartına 60 aylıq, illik 29 %-lə 1000 AZN kredit xətti açmağı təklif edilmiş, bu şərtləri qəbul etdiyi təqdirdə 8117 nömrəsinə SMS göndərilməsi bildirilmişdir. Həmin tarixdə tarixdə onun nömrəsinə həmin kreditin onun kartına köçürüldüyü, vəsaiti növbəti iş günü 10:00-dan sonra "xxxx" bankomatlarından nağdılaşdıra biləcəyi barədə SMS vasitəsilə məlumat verilmişdir. Lakin “Borcalan” müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtında“ və lazımi qaydada icra etməmiş, nəticədə onun “Bank”a 667.09 (altı yüz altmış yeddi manat doqquz qəpik) manat əsas, 161.83 (bir yüz altmış bir manat səksən üç qəpik) manat faiz, 5.3 (beş manat otuz qəpik) manat cərimə olmaqla, cəmi 834.22 (səkkiz yüz otuz dörd manat iyirmi iki qəpik) manat borcu yaranmışdır. Ona görə də "xxxx" KB ASC belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” Cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" KB ASC-yə olan borcunu ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: -741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;“ - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə Unibank” KB ASC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" KB ASC Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli Cavabdeh xx.xx.2021-ci il tarixli 2965sSTB2/21 saylı Kredit Müqaviləsinə əsasən əsas borc üzrə 667.09 (altı yüz altmış yeddi manat doqquz qəpik) manat, faiz borcu üzrə 161.83 (bir yüz altmış bir manat səksən üç qəpik) manat, cərimə olaraq 5.3 (beş manat otuz qəpik) manat, cəmi 834.22 (səkkiz yüz otuz dörd manat iyirmi iki qəpik) manat borc pul tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 manat xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 2965sSTB2/21 saylı Kredit Müqaviləsi əsasən əsas borc üzrə 667.09 (altı yüz altmış yeddi manat doqquz qəpik) manat, faiz borcu üzrə 161.83 (bir yüz altmış bir manat səksən üç qəpik) manat, cərimə olaraq 5.3 (beş manat otuz qəpik) manat, cəmi 834.22 (səkkiz yüz otuz dörd manat iyirmi iki qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumunun, 0.40 manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 864.62 (səkkiz yüz altmış dörd manat altmış iki qəpik) manat məbləğində pul tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar