Məhkəmə qərarları › İş №e-2(110)-679/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-679/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-679/2022 07.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5600 AZN əsas, 1804.51 AZN faiz, cəmi 7404.51 AZN məbləğində vəsaitin və ödənilmiş 94.04 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli, BRED4052045A500 saylı Kredit müqaviləsinə əsasən ona kredit verildiyini, kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini və banka olan borcunu qaytarmadığını, nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 5600 AZN əsas, 1804.51 AZN faiz, cəmi 7404.51 AZN borcu yarandığını, bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılmasının təmin edilmədiyini qeyd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində İddiaçı ASC-i cavabdehə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İddiaçı tərəf kimi bildiririk ki, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılması mümkündür. Hesab edirik ki, iddia ərizəmiz tam əsaslı və qanunidir. Yuxarıda göstərilənləri, iddia ərizəsində qeyd etdiklərimizi, nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edirik deyə qeyd etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, BRED4052045A500 saylı, Kredit müqavilədən (hesab, kart, kredit üzrə) aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC-nin “Naxçıvan” filialı arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 2-ci bəndinə əsasən bu müqaviləyə görə Bank müştəriyə “Birkart“ ödəniş kartı verir, həmin karta bağlı bu Müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır və xəttin istifadəsilə bağlı müvafiq hesablar açır, Müştəri isə həmin kredit xətdindən istifadə edir və yaranmış borclarını (əsas, faiz borcu, xidmət haqqı, dəbbə pulu və.s) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən Müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edə biləcək məbləğ Bank tərəfində 5600 manat müəyyən olunur. Tərəflər razılığa gəlirlər ki, Mütəri bu müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonrada Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-dəgöstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın moil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonratexnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xətinin istifadə edə biləcək məbləğini 15000 manat həddində, SMS və digər Texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin müqvilənin digər şərtlərini dəyişdirə və xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvfiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən kredit xəttinin son istifadə tarixi xx.xx.2024-cü ilədəkdir. Həmin Müqavilənin 4.5.1-ci və 4.5.2-ci maddələrinə əsasən İddiaçı ASC “Naxçıvan” filialı Cavabdeh qeyri-taksit əməlliyyatları üzrə illik 25 faiz, taksit əməliyyatları üzrə isə 0% dərəcəsi ilə hesablanan kredit xətti açmaqla kredit vermişdir. Həmin Müqavilənin 4.8.2.1-ci bəndində qeyd olunmuşdur ki, nağdsız ödənişlər üzrə istifadə edilmiş pul vəsaiti güzəşt müddəti ərzində tam olaraq ödənildikdə, istifadə edilmiş məbləğə faiz hesablanmır. İstifadə edilmiş məbləğ güzəşt müddəti ərzində natamam ödənildikdə və ya ümumiyyətlə ödənilmədikdə istifadə edilmiş məbləğə və ya ödənilməmiş hissəsinə bu müqavilə ilə müəyyən olunmuş illik kredit faiz dərəcəsi ilə gündəlik faizlər hesablanır... İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, BRED4052045A500 saylı nömrəli Balansdankənar Məxaric orderinin surətindən görünür ki, Cavabdeh Contract Ref nömrəsi BRED4052045A500 olan bir ədəd BirKart Red təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş kredit müqaviləsi üzrə çxarışdan görünür ki, Cavabdeh kredit kartından istifadə etməklə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pul götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh Banka 15600 AZN əsas, 1804.51 AZN faiz, cəmi 7404.51 manat məbləğində kredit borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş poçt qəbzi və xx.xx.2022-ci il tarixli, 16/19156 nömrəli bidirişin məzmunundan görünür ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun beş təqvim günü ərzində ödənilməsi ilə bağlı bildiriş göndərmiş öhdəliklərinin dərhal yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh bu bu bildirişlə iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, ********* nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, "Kapital Bank” ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar Dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabına 94.04 manat rüsum ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı “Bank”la “Müştəri” arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BRED4052045A500 saylı "Kredit müqaviləsinə (hesab, kart, kredit üzrə) əsasən iddiaçı bank cavabdehə, qeyri-taksit əməlliyyatları üzrə illik 25 faiz, taksit əməliyyatları üzrə isə 0% ödəmək şərtilə kredit verilməsi məqsədi ilə sonuncuya bank hesabı açmış və Contract Ref nömrəsi BRED4052045A500 olan bir ədəd BirKart Red təqdim etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən “Bank” yuxarıda qeyd olunan məbləğdə krediti “Müştəri”nin mülkiyyətinə vermiş və “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit məbləği üzrə ödənişi “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Lakin “Müştəri” kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Bank”ın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, “Bank”ın “Müştəri”dən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, "Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Müştəri” yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, cavadeh Cavabdeh əsas borca görə 5600 (beş min altı yüz) manat, faiz borcuna görə 1804.51 (bir min səkkiz yüz dörd manat əlli bir qəpik) manat, cəmi 7404.51 (yeddi min dörd yüz dörd manat əlli bir qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 94.04 (doxsan dörd manat dörd qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, BRED4052045A500 saylı saylı Kredit müqaviləsi üzrə əsas borca görə 5600 (beş min altı yüz) manat, faiz borcuna görə 1804.51 (bir min səkkiz yüz dörd manat əlli bir qəpik) manat, cəmi 7404.51 (yeddi min dörd yüz dörd manat əlli bir qəpik) manat və ödənilmiş 94.04 (doxsan dörd manat dörd qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 7498.55 (yeddi min dörd yüz doxsan səkkiz manat əlli beş qəpik) manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar