Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-681/2023 21.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 1066/f-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini, cavabdehdən 1954,82 manat əsas, 23,50 manat faiz borcu, 4,30 manat cərimə borcu olmaqla, cəmi 1982,62 manat borcun və 39,83 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-in xeyrinə ödənilməsi, borcun Cavabdeh məxsus 1 ədəd üzərindəki qaşların çəkisi 0.1 qr olmaqla ümumi çəkisi 1.7 qr olmaqla 583 əyarlıq üzük, 2 ədəd ümumi çəkisi 2.6 qr olmaqla 583 əyarlıq sırğa, 2 ədəd ümumi çəkisi 4.2 qr olmaqla 750 əyarlıq sırğa, 1 ədəd ümumi çəkisi 24.9 qr olmaqla 583 əyarlıq boyunbağı, 1 ədəd ümumi çəkisi 8.6 qr olmaqla 583 əyarlıq qolbaq və 1 ədəd üzərindəki qaşların çəkisi 0.1 qr olmaqla ümumi çəkisi 5.5 qr olmaqla 583 əyarlıq üzükdən ibarət qızıl-zinət əşyalarının açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək cavabdehlə borcun ödənilməsi barədə razılığın əldə olunduğundan iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə iddiaçının ərizəsini və cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini nəzərə alaraq iş üzrə ərizənin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizənin baxılmamış saxlanılması iddiaçı tərəfindən eyni məsələ ilə bağlı yenidən məhkəmədə iddia qaldırılmasına mane olmur. Məhkəmə ərizəni baxılmamış saxlayarkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən Mərkəzi Bank vasitəsilə X1 ödədiyi 39,83 manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçının nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən Mərkəzi Bank vasitəsilə X1 ödədiyi 39,83 manat (otuz doqquz manat səksən üç qəpik) dövlət rüsumu geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-681/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-681/2023
21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver