Məhkəmə qərarları › İş №e-2(110)-684/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-684/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-684/2025 28.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X2 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələb:

1. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19166,39 AZN əsas borc, 1020,86 AZN faiz borcu olmaqla, ümumilikdə 20187,25 AZN məbləğində vəsaitin və ödənilmiş 150,56 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli Kredit müqaviləsinə əsasən ona illik 17,25 faiz dərəcəsi ilə 83 ay müddətinə 19289,11 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASCyə yuxarıda qeyd olunan Kredit müqaviləsinə əsasən 19166,39 AZN əsas; 1020,86 AZN faiz; cəmi 20187,25 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavablandırarkən iddia tələbini qəbul etdiyini, iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir.

4. İddia tərəfinə məhkəmə iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər.

5. İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron qaydada ərizə göndərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddia tərəfinin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. xx.xx.2024-cü il tarixli, RGTK1948685C189 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 17,25 % dərəcəsi ilə 83 ay müddətinə 19289,11 manat məbləğində kredit verilmişdir.

9. xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 19289,11 manat pul vəsaiti təhvil verilmişdir. Tərəflər bu faktı öz imzaları ilə təsdiq etmişlər.

10. xx.xx.2025-ci il tarixli 15/01528 nömrəli maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2025-ci il tarixə 19166,39 manat əsas, 1020,86 manat faiz borcu olmaqla, ümumilikdə 20187,25 manat borcu vardır.

11. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2031-ci il tarixədək hər ay 399,46 manat, sonuncu ay isə yəni xx.xx.2031-ci il tarixdə 411,55 manat ödəməlidir. Qeyd olunan ödəniş cədvəli də cavabdeh tərəfindən imzalanmışdır.

12. xx.xx.2024-cü il tarixli, RGTK1948685C189 saylı kredit müqaviləsinin 3.1.4 və 3.1.4.1 bəndlərindən görünür ki, müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) borcalan tərəfindən əsas borc yaxud onun bir hissəsinin ödəniş qrafiki üzrə ödənilməsi vaxtında ödənilməsi müddətləri pozulduqda, kreditor borcalandan vaxtından əvvəl qaytarılmasını tələb edə bilər.

13. xx.xx.2025-ci il tarixli, 16/MH15184 nömrəli pretenziya məktubundan görünür ki, Cavabdehnın müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməməsi və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə xəbərdarlıq göndərilmişdir.

14. Cavabdeh tərəfindən məhkəməyə ünvnlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, iddia tələbini tamamilə qəbul edir, özünün iddiaçıya əsas borc olaraq 19166,39 AZN, faiz borcu olaraq 1020,86 AZN borcunun olduğunu etiraf edir və iddianın təmin olunmasına heç bir etirazı yoxdur.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir.

17. Belə ki, mülki iş üzrə məhkəmə iclasında cavabdeh iddianın etirafı barədə ərizəsini məhkəməyə təqdim edərək, iddianı qəbul etdiyini, iddianın təmin olunmasına heç bir etirazının olmadığını bildirmişdir.

18. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur.

Məhkəmə baxışının hədləri:

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

20. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 150.6 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Nəticə:

21. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli, RGTK1948685C189 saylı kredit müqaviləsi üzrə 19166,39 manat əsas, 1020,86 manat faiz borcu olmaqla, ümumilikdə 20187,25 manat (iyirmi min bir yüz səksən yeddi manat, iyirmi beş qəpik) məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

22. Həmçinin iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 150,56 manat (bir yüz əlli manat, əlli altı qəpik) məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir.

23. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli, RGTK1948685C189 saylı kredit müqaviləsi üzrə 19166,39 manat əsas, 1020,86 manat faiz borcu olmaqla, ümumilikdə 20187,25 manat (iyirmi min yüz səksən yeddi manat, iyirmi beş qəpik) məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 150,56 manat (bir yüz əlli manat, əlli altı qəpik) miqdarında dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar