Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-726/2022 02.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh “Kapital Bank“ ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 6687.45 AZN əsas borc, 801.68 AZN məbləğində faiz borcu olmaqla, cəmi 7489.13 AZN pul vəsaitinin və 94.89 AZN ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 02 dekabr 2022-ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasına iddiaçı Kapital BankASC-nin nümayəndəsi Nümayəndə məhkməyə ərizə ünvanlayaraq ərizəsində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Şərur rayon Məhkəəsinə müraciət etdiyini, məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən borc bağlandığından, məhkəməyə müraciət olunması ilə bağlı ödənilmiş rüsum cavabdeh tərəfindən ödənildiyindən, iddia ərizsini baxılmamış saxlayaraq sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və cavabdehin məhkəmə baxışı iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC-yə izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-726/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-726/2022
02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver