Məhkəmə qərarları › İş №e-2(110)-736/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-736/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-736/2022 13.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 9420,15 manat məbləğində əsas borcun,1827,03 manat məbləğində faiz borcunun və 748,82 manat məbləğində cərimə borcunun, cəmi 11996 manat borcun və 127 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək cavabdehlərin iddaçıya olan ödənişlərini ödəniş cədvəlinə uyğun olaraq bərpa etdiklərini, xx.xx.2022-ci il tarixə gecikmələrinin olmadığını, iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə iddiaçının ərizəsini və cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini nəzərə alaraq iş üzrə ərizənin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizənin baxılmamış saxlanılması iddiaçı tərəfindən eyni məsələ ilə bağlı yenidən məhkəmədə iddia qaldırılmasına mane olmur. Məhkəmə ərizəni baxılmamış saxlayarkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli 98078403 nömrəli qəbzə əsasən Mərkəzi Bank vasitəsilə X1 ödədiyi 127 manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçının nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixli 98078403 nömrəli qəbzə əsasən Mərkəzi Bank vasitəsilə X1 ödədiyi 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar