Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-737/2022 10.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada 1676.95 manat əsas borc, 249.55 manat faiz borcu, 78.85 manat peniya, cəmi 2005.35 manatın, həmçinin və 40.06 manat ödənilmiş dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə bağlanmış 023CASA200430009 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə illik 23% ödəmək şərti ilə 3000 manat nağd pul şəklində kredit verildiyini, Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 023FİZAM80323301 saylı xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən onun kredit müqaviləsi üzrə öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərinə götürdüyünü, cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görmədiyini, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etmədiklərini bildirərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada 1676.95 manat əsas borc, 249.55 manat faiz borcu, 78.85 manat peniya, cəmi 2005.35 manatın, həmçinin və 40.06 manat ödənilmiş dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildirişlər cavaddehlərin ünvanına göndərilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş materiallarında olan mobil nömrələrinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. İş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 023CASA200430009 saylı “kredit müqaviləsi”ndən aydın olur ki, həqiqətən Cavabdeh1 ilə İddiaçı ASC-nin Bakıxanov filialı arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqaviləsinin 1-ci maddəsinə əsasən “Kreditverən” 0 ay güzəşt olmaqla 3000 manat məbləğdə və müqavilənin 2.03 (a) bəndində göstərilən faizlə Borcalanın istifadəsinə krediti təqdim etməyi, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Kreditverənə qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 2-ci maddəsinin a bəndinə əsasən kredit “Borcalan”a Fərdi mikro kredit məqsədilə verilir. Həmin Müqavilənin 2.03-cü maddəsinin a bəndinə əsasən Borcalan alınmış kredit üçün illik 23 faiz ödəməlidir. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 25.1 %-dir. Həmin Müqavilənin 2.04-cü maddəsinə əsasən verilən kreditin “Kreditverən”ə qaytarılması üçün son müddət tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2021-ci il müəyyən edilir. Bu müqavilə “Borcalan”ın “Kreditverən” qarşısında bu müqavilə üzrə yaranan öhdəliklərinin tam şəkildə icrası tarixinədək qüvvədədir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 023FİZAM80323301 saylı “Zamin”lik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC-nin Bakıxanov filialı arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqavilə Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün Zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu kredit və borclu Cavabdeh1 arasında bağlanmış məbləği 3000 (üç min) manat, illik faiz dərəcəsi 23 (iyirmi üç), müddəti 18 (on səkkiz) ay olan 023CASA200430009 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi ilə müəyyən olunur. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən əsas müqavilə üzrə tələb edilə biləcək borc 3000 (üç min) manat kredit, hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən zamin xarici valyutada götürülmüş kredit üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda zamin kimi xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi risqini öz üzərinə götürür və məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 023CASA200430009 saylı “kredit müqaviləsi”nə ödəniş cədvəlinə əsasən, Cavabdeh1 aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 – xx.xx.2021 tarixləri ərzində 200.23 manat, xx.xx.2021-ci il tarixdə isə 200.31 manat, cəmi 3604.22 manat pulu Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli CHWL**********43 nömrəli X2 surətindən görünür ki, Bank tərəfindən Cavabdeh1 imza etdirilməklə üç min manat kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 23091***-*******01 nömrəli Restrukturizasiya razılaşmasından görünür ki, xx.xx.2020-ci il tarixli 023CASA200430009 saylı “kredit müqaviləsiüzrə tərəflər arasında Restrukturizasiya razılaşması bağlamışdır. Həmin razılaşmanın 1-ci bəndinə əsasən tərəflər arasında bağlanmış 023CASA200430009 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən “Kreditverən” “Borcalana” 18 (on səkkiz) ay müddətinə illik 23 faiz dərəcəsi ilə 3000 (üç min) (AZN) məbləğində kredit (borc) verilməsinə razılığa gəlmişlər. Həmin razılaşmanın 2-ci bəndinə əsasən bu Restrukturizasiya Razılaşmasının imzalanması tarixində “Borcalan”ın həmin kredit (borc) üzrə 2129.44 (iki min bir yüz iyirmi doqquz tam yüzdə qırx dörd) AZN məbləğdə əsas borc və 0 (sıfır) AZN məbləğdə faiz borcu mövcuddur. Həmin razılaşmanın 3-cü bəndinə əsasən bu razılaşmanın 2-ci bəndində qeyd edilən kredit (borc) üzrə faiz dərəcəsi 23 faiz və kreditin son icra müddəti xx.xx.2022-ci il müəyyən edilir. Həmin razılaşmanın 4-cü bəndinə əsasən “Borcalan” bu restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən bu restrukturizasiya razılaşması üzrə ödənişləri vaxtında və lazımi qaydada “Kreditverən”in xeyrinə icra etməyi öz öhdəsinə götürür. Həmin razılaşmanın 5-ci bəndinə əsasən “Kreditverən” tərəfindən bu razılaşmanın 2-ci bəndində qeyd edilmiş borcun ödənilməsi ilə bağlı güzəşt müddəti verilə bilər. Bu zaman güzəşt müddətinin dövrü və güzəşt müddəti ərzində icra edilməli olan öhdəlik bu restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi hesab edilən Ödəniş cədvəlində qeyd ediləcəkdir. Həmin razılaşmanın 6-cı bəndinə əsasən “Borcalan”ın bu razılaşmanın 5-ci bəndinə uyğun olaraq müəyyən edilmiş güzəşt müddəti ərzində ödənişlərin vaxtında və tam şəkildə həyata keçirilməməsinə görə hər gecikdirilən gün üçün 0.1 AZN məbləğdə cərimə ödəməyi öhdəsinə götürür. Həmin razılaşmanın 7-ci bəndinə əsasən “Borcalan” tərəfindən ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə “Kreditverən” verilmiş kredit üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsinə illik 23 (iyirmi üç) % üstəgəl 5 % gecikdirmə faizi ilə hesablanmaq hüququna malikdir. Ödəniş cədvəlində qeyd edilmiş kreditin (borcun) son icra müddətində “Borcalan” kredit və faizləri “Kreditverən”ə ödəmədikdə “Borcalan” “Kreditverən”ə gecikdirilmiş borc məbləğinin 40 (qırx) % məbləğində cəriməni ödəməlidir. Həmin razılaşmanın 8-ci bəndinə əsasən bu razılaşma imzalandığı gündən qüvvəyə minir. Bu razılaşma 3 (üç) nüsxədə tərtib olunur və hər nüsxə eyni hüquqi qüvvəyə malikdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 23091***-*******01 nömrəli Restrukturizasiya razılaşması üzrə ödəniş cədvəlinə əsasən, Cavabdeh1 aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 – xx.xx.2022 tarixləri ərzində aylıq ödənişlər şəklində olmaqla, cəmi 2649.78 manat pulu Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 023FİZAM80323301 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC-nin Bakıxanov filialı arasında Restrukturizasiya razılaşması üzrə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020 – xx.xx.2022-ci il tarixli hesab üzrə çıxarışlardan görünür ki, Cavabdeh1 kreditin verilməsi təmin edilmiş və o, onun adına açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020 – xx.xx.2022-ci il tarixli hesab üzrə çıxarışlardan görünür ki, xx.xx.2020-ci il tarixdə Restrukturizasiya razılaşmasına əsasən Cavabdeh1 2129.44AZN kreditin verilməsi təmin edilmiş və o, onun adına açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda əməliyyatlar aparmışdır. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Borcalanın Banka 1676.95 manat əsas borc, 249.55 manat faiz borcu, 78.85 manat cərimə, cəmi 2005.35 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş məhkəmədə iddia qaldırılması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə İddiaçı ASC tərəfindən ********* nömrəli qəbzlə dövlət büdcəsinə 40.06 manat (qırx manat altı qəpik) dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş bildirişin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 banka olan borcun ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli bildirişdə müqavilə üzrə öhdəliklərinin kobud şəkildə pozulması ilə əlaqədar İddiaçı ASC həmin müqavilə üzrə olan borc məbləğinin 3 iş günü ərzində qaytarılmasını və ödənilməsini tələb etmiş, əks halda kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə iş materialları hazırlanıb aidiyyatı üzrə məhkəməyə göndəriləcəyi, həmçinin məhkəmədə iddia qaldırılması məqsədiləçəkilən məhkəmə və dövlət rüsumunun ondan tulacağı barədə xəbərdarlıq etməsinə baxmayaraq cavabdehlər tərəfindən borcun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı ASC-nin Bakıxanov filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 023CASA200430009 saylı “kredit müqaviləsi”nə əsasən "xxxx" ASC-nin Bakıxanov filialı tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 23% ödəmək şərti ilə 3000 manat nağd pul şəklində kredit vermiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə birlikdə xx.xx.2020 – xx.xx.2021 tarixləri ərzində 200.23 manat, xx.xx.2021-ci il tarixdə isə 200.31 manat, cəmi 3604.22 manat məbləği “Banka” ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2020-ci il tarixli 023FİZAM180323301 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Kreditverən qarşısında borclu ilə eyni həcmdə, yəni birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Sonradan tərəflər öz aralarında xx.xx.2020-ci il tarixli 023CASA200430009 saylı “kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 23091***-*******01 nömrəli Restrukturizasiya razılaşması bağlayaraq “Borcalan”ın əvvəlki borcu Restrukturizasiya olunaraq ona yenidən 2194.44 manat kreditin verilməsi “Kreditverən” tərəfindən təmin edilmişdir. Restrukturizasiya razılaşması üzrə ödəniş cədvəlinə əsasən Cavabdeh1 aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 – xx.xx.2022 tarixləri ərzində aylıq ödənişlər şəklində olmaqla, cəmi 2649.78 manat pulu “Kreditverən”ə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Cavabdeh2 da həmin tarixdə yenidən zaminlik müqaviləsi bağlayaraq borclu ilə eyni həcmdə, yəni birgə məsuliyyət daşıyacağı barədə yenidən öhdəlik götürmüşdür. Lakin “Borcalan” istifadə etdiyi krediti və həmin kreditə görə nəzərdə tutulmuş faizləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” və “Zamin” risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, onlar öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu müştərək qaydada kreditverənə ödəməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Həmçinin Kredit müqaviləsinin təminatı kimi zamin Cavabdeh2 Borcalan Cavabdeh1 Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh2 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Zamin” də kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün zaminlik müqaviləsi ilə “Kreditverən” qarşısında “Borcalan” ilə eyni həcmdə, yəni birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürdüyündən, “Kreditverən” borcun tutulması ilə bağlı “Borcalan” Cavabdeh1 və “Zamin” Cavabdeh2 qarşı birgə borclular kimi məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1676.95 (bir min altı yüz yetmiş altı manat doxsan beş qəpik) manat, faiz borcu üzrə 249.55 (iki yüz qırx doqquz manat əlli beş qəpik) manat, cərimə olaraq 78.85 (yetmiş səkkiz manat səksən beş qəpik) manat olmaqla, cəmi 2005.35 (iki min beş manat otuz beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi məqsədilə ödənilmiş 40.06 (qırx manat altı qəpik) manat dövlət rüsumunun əvəzidə də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1676.95 (bir min altı yüz yetmiş altı manat doxsan beş qəpik) manat, faiz borcu üzrə 249.55 (iki yüz qırx doqquz manat əlli beş qəpik) manat, cərimə olaraq 78.85 (yetmiş səkkiz manat səksən beş qəpik) manat, cəmi 2005.35 (iki min beş manat otuz beş qəpik) manat borc və 40.06 (qırx manat altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2045.41 (iki min qırx beş manat qırx bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-737/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-737/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver