Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-740/2025 23.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Zeynalov İlkin Cəlal oğlu İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı X1-Bank Kredit Təşkilatı Şərur Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək iddianın təmin olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********1881 saylı kredit müqaviləsi üzrə borcun məbləği 414.00 AZN əsas, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 414.00 (dörd yüz on dörd manat,sıfır qəpik) AZN, həmçinin, **********1891 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1877.58 AZN əsas, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1877.58 (min səkkiz yüz yetmiş yeddi manat, əlli səkkiz qəpik) AZN və ödənilmiş 42.92 manat məbləğində dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında **********1881 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 557.78 AZN (beş yüz əlli yeddi manat, yetmiş səkkiz qəpik), həmçinin eyni tarixli, **********1891 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 2237.25 AZN (iki min iki yüz otuz yeddi manat, iyirmi beş qəpik), qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********1881 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.48 AZN, dörd il müddətində isə hər ay 11.86 AZN olmaqla və **********1891 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 1.93 AZN, dörd il müddətində isə hər ay 47.58 AZN bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1881 – ******* saylı və Dövlət rüsumunun ödənilməsi haqqında məlumat **********1891 – ******* saylı Zaminlik müqavilələri ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqavilələrinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, Kredit Alan Müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərə.lər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərə.indən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 oğlunun **********1881 saylı kredit müqaviləsi üzrə borcun məbləği 414.00 AZN əsas, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 414.00 dröd) yüz on dörd manat,sıfır qəpik) AZN təşkil edir. Həmçinin, **********1891 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1877.58 AZN əsas, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1877.58 (min səkkiz yüz yetmiş yeddi manat, əllisəkkiz qəpik) AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. İddiaçı MM QBKT-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq ərizəsində bildirmişdir ki, iddiaçı "xxxx" MM QBKT, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət etmişdir və həmin iddia ərizəsi üzrə 2(110)-740/2025 saylı mülki iş məhkəmənin icraatındadır. Hal-hazırda isə iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, zamin qismində cavabdeh olan Cavabdeh1 ölməsi halı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Sizdən xahiş edirik ki, İddianın təmin edilməsi, Cavabdeh2 **********1881 saylı kredit müqaviləsi üzrə borcun məbləği 414.00 AZN əsas, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 414.00 (dörd yüz on dörd manat, sıfır qəpik) AZN; Həmçinin, **********1891 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1877.58 AZN əsas, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1877.58 (min səkkiz yüz yetmiş yeddi manat, əlli səkkiz qəpik) AZN və ödənilmiş 42.92 manat məbləğində dövlət rüsumunun "xxxx" MM QBKT-nın xeyrinə tutulmasına dair qətnamə çıxarasınız. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********1881 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 557.78 AZN (beş yüz əlli yeddi manat, yetmiş səkkiz qəpik), həmçinin eyni tarixli, **********1891 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 2237.25 AZN (iki min iki yüz otuz yeddi manat, iyirmi beş qəpik), qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********1881 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.48 AZN, dörd il müddətində isə hər ay 11.86 AZN olmaqla və **********1891 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 1.93 AZN, dörd il müddətində isə hər ay 47.58 AZN bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1881 – ******* saylı və Dövlət rüsumunun ödənilməsi haqqında məlumat **********1891 – ******* saylı Zaminlik müqavilələri ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqavilələrinin tərəfi olmuşdur. Ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli **********1881 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun qalıq qalan hissəsi 414.00 AZN (dörd yüz on dörd manat, sıfır qəpik), həmçinin eyni tarixli, **********1891 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi ilə kredit borcunun qalıq qalan hissəsi 1877.58 AZN (min səkkiz yüz yetmiş yeddi manat, əlli səkkiz qəpik) borcu mövcuddur. **********1881 saylı Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh2 həmin müqavilə üzrə vaxtı keçmiş kredit borcunun məbləğini xx.xx.2019-cü ildən başlayaraq xx.xx.2024-cü ilədək bir il güzəşt müddətində hər ay 0.48 AZN, dörd il müddətinə isə hər ay 11.86 AZN , **********1891 saylı Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən isə xx.xx.2019-cü ildən başlayaraq xx.xx.2024-cü ilədək bir il güzəşt müddətində hər ay 1.93 AZN, dörd il müddətinə isə hər ay 47.58 AZN ödəməli olduğu, ödənişin son tarixinin xx.xx.2024-cü il olduğu aydın olur və qeyd olunan ödəniş cədvəli cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli **********48 nömrəli Mədaxil Qəbzindən görünür ki, İddiaçı MM QBKT tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 42.92 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Cavabdeh2 hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Rəsmi qaydada təqdim olunmuş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 (iş) günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Məhkəmənin əsaslandırması Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı borcun (kreditin) geri qaytarılması ilə bağlı tələb hüququ vardır. Belə ki, iş materiallarından belə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə İddiaçı X1- Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında **********1881 saylı, xx.xx.2019-cu il tarixdə isə **********1891 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi bağlanılmış, beləliklə də tərəflər arasında bu müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflər arasındakı **********1881 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) müqaviləsinin tələblərinə əsasən Bank öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, cavabdehə illik 1.00 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 557.78 manat məbləğində güzəştli kredit, **********1891 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) müqaviləsinin tələblərinə əsasən cavabdehə illik 1.00 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 2237.25 manat vermişdir. Cavabdeh pul vəsaitini qəbul etmiş və iddiaçıya kreditin bütün məbləğini, əsas borcu, kreditdən istifadəyə görə bu müqavilələrə əsasən hesablanmış faizləri, dəbbə pulunu, borcların yığılması ilə əlaqədar digər xərclərin ödənilməsini öhdəsinə götürmüş, lakin sonradan Cavabdeh2 müqavilə üzrə müəyyən məbləğində ödəniş etmiş, müqavilə üzrə qalan borcunu ödəməmiş, beləliklə də müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmişdir. Bank tərəfindən rəsmi bildiriş göndərilməsinə baxmayaraq, borcun qaytarılması Cavabdeh2 tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd etmək lazımdır ki, müqavilədən yaranan öhdəliklərin növlərindən biri kredit müqaviləsindən əmələ gələn öhdəliklərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından, müvafiq müqavilə imzalandığı andan və müqavilə üzrə müvafiq kredit məbləği borcverən tərəfindən borcalana verildiyi və borcalanın həmin məbləğə dair sərəncam hüququnun yarandığı andan, borcalan- Cavabdeh2 kredit müqaviləsinin predmeti olan pul vəsaitini müqavilədə qeyd olunan şərtlərlə borcverən- İddiaçı MM QBKT-yə kaödəmək öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə də, məhəkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə xx.xx.2019-cu il tarixli **********1881 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən 414.00 manat əsas borc, 0 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 414.00 manat məbləğində, **********1891 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən 1877.58 manat əsas borc, 0 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 1877.58 manat məbləğində borc cavabdeh - Cavabdeh2 tutularaq İddiaçı MM QBKT-yə ödənilməlidir. Həmçinin məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 42.92 manat (qırx iki manat doxsan iki qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Şərur rayonunun Axaməd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh2 xx.xx.2019-cu il tarixli **********1881 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) kredit müqaviləsi üzrə 414.00 manat (dörd yüz on dörd manat sıfır qəpik) əsas borc, 0 (sıfır) manat faiz borcu, 0 (sıfır) manat cərimə borcu, cəmi 414.00 manat (dörd yüz on dörd manat sıfır qəpik), 0xx.xx.2019-cu il tarixli **********1891 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) kredit müqaviləsi üzrə isə 1877.58 manat (bir min səkkiz yüz yetmiş yeddi manat əlli səkkiz qəpik) əsas borc, 0 (sıfır) manat faiz borcu, 0 (sıfır) manat cərimə borcu, cəmi 1877.58 manat (bir min səkkiz yüz yetmiş yeddi manat əlli səkkiz qəpik) məbləğində pul tutularaq İddiaçı MM QBKT-yə verilsin. İddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 42.92 manat (qırx iki manat doxsan iki qəpik) məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq iş üzrə İddiaçı MM QBKT-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №e-2(110)-740/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-740/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver