Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-743/2023 21.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn 3150 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 320 manatın, ümumilikdə 3470 (üç min dörd yüz yetmiş) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 54.6 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə qaytarılması qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində bildirmişdir ki, İddiaçı MMC-nin təsisçisi, mən Nümayəndə Cavabdeh ilə 27 oktyabr 2020-ci il tarixində 31 nömrəli kredit-satış müqaviləsi, bundan əlavə 10 fevral 2021-ci il tarixində 46 nömrəli kredit-satış müqaviləsi və 27 oktyabr 2022-ci il tarixində 61 nömrəli kredit-satış müqaviləsi bağlamışıq. 27 oktyabr 2020-ci il tarixində 31 nömrəli kredit-satış müqaviləsinə əsasən Cavabdeh “iphone 12 pro max ”markalı telefonu 6 aylıq kreditlə 3200 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 1700 manat ödənilmiş, lakin hazırda qalan 1500 manat borcu, bundan əlavə 10 fevral 2021-ci il tarixində 46 nömrəli kredit-satış müqaviləsinə əsasən əsasən Cavabdeh “redmi not 8 pro ”markalı telefonu 6 aylıq kreditlə 920 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 625 manat ödənilmiş, lakin hazırda qalan 295 manat borcu və 27 oktyabr 2022-ci il tarixində 61 nömrəli kredit-satış müqaviləsinə əsasən Cavabdeh “iphone 14 pro max ”markalı telefonu 6 aylıq kreditlə 4200 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 2845 manat ödənilmiş, lakin hazırda qalan 1355 manat borcunu ödməkdən imtina edir. Beləliklə üç müqavilədən yaranan borc 3150 manat təşkil edir. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyirəm ki, mən Nümayəndə telefon satışı ilə məşğul olaraq özüm üçün maddi qazanc əldə edirəm və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Yəni vaxtında ödənilməyən ödənişlər mənim üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığım telefonun vaxtında ödənilməyən pulları mənim maddi itkilərə məruz qalmağıma səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydım mən Nümayəndə maddi itkilərlə qarşılaşmayacaqdım. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfimizdən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. Mən buna görə ciddi maddi itkilərlə qarşılaşmışam. Həmçinin onu da qeyd edim ki, mən Quliyev X1 şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınıram. Mənim geniş müştəri dairəm vardır. Mən müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikəm. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydiməsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 27 oktyabr 2020-ci il tarixli 31 nömrəli müqavilələrdən yaranan 1500 manat əsas borc bunanan əlavə 10 fevral 2021-ci il tarixli 46 nömrəli müqavilələrdən yaranan 295 manat əsas borc və 27 oktyabr 2022-ci il tarixli 61 nömrəli müqavilələrdən yaranan 1355 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 320 manat peniya və 54.6 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildirişCavabdeh ünvanına göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilələrdən aydın olur ki, həqiqətən də Cavabdeh ilə İddiaçı MMC arasında 27 oktyabr 2020-ci il tarixli 31 saylı, 10 fevral 2021-ci il tarixli 46 saylı və 27 oktyabr 2022-ci il tarixli 61 saylı Malların nisyə alqı-satqı (kredit-satış müqaviləsi) müqavilələri bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış 27 oktyabr 2020-ci il tarixli 31 saylı Malların nisyə alqı-satqısı kredit-satış Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Mal (habelə ismin cəm halında “Mallar”) müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə-1”də qeyd olunmuş “Mallar”ı “Müqavilə” üzrə “Satıcı” tərəfindən “Alıcı”nın mülkiyyətinə verilən və adı, çeşidi “Əlavə-1”də göstərilən əmtəədir. “Mal” “Satıcı”nın mülkiyyətindədir və üçüncü şəxslərin hüquqları ilə yüklü deyildir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Mal”ın, (“Mallar”ın) təhvil verilməsi əgər təklifdə fərqli qeyd-şərt yoxdursa “Mal”ın “Satıcı”nın ünvanında “Alıcı”ya “Tərəflər”in imzaları və möhürləri ilə təsdiq olunmuş “Təhvil-təslim aktı” və digər sənədlər əsasında “Alıcı”ya təhvil verilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı” “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan “Əlavə-1”də göstərilən “Mallar”ı verməyi (satmağı) “Alıcı” isə müvafiq olaraq həmin ”Mal”ı qəbul etdikdən sonra “Müqavilə”də göstərilən “Mal”ın ümumi məbləğini bu “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan “Əlavə-2 ödəniş cədvəlində” göstərilən qaydada ödəməyi öhdəsinə göstərilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən “Mallar”ın qiyməti “Mallar”ın ümumi dəyəri 3200 AZN təşkil edir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan “Əlavə-2 ödəniş cədvəlində” müəyyən olunmuş qaydada ödəniş həyata keçirilməzsə “Alıcı” müvafiq olaraq hər ay üçün gecikdirilmiş məbləğdən “Müqavilə”yə görə ödənilməli olduğu gündən ödənildiyi günədək 5% məbləğində ödənişi “Satıcı”ya ödəməlidir. İş materiallarında olan Əlavə nömrə 1 – malın və məlumatın təsdiq edilməsi protokoluna əsasən “Alıcı” İddiaçı MMC-dən dəyəri 3200 manat olan “İphone 12 pro max ” telefonu “Satıcı” tərəfindən “Alıcı”ya təhvil verilmişdir. İş materiallarında olan Əlavə nömrə 2 – malın müqavilə üzrə dəyərinin ödənilmə qaydası – Ödəniş Cədvəli protokoluna əsasən “Alıcı” İddiaçı MMC-dən dəyəri 3200 manat olan “İphone 12 pro max ” telefonu razılaşaraq 6 ay müddətinə kreditlə alır. “Alıcı” Alınan malın 200 manatını nağd qaydada ödəyərək, qalan 3000 manatı xx.xx.2020-ci il – xx.xx.2021-ci il tarixlərdə hər ay 500 manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 10 fevral 2021-ci il tarixli 46 saylı Malların nisyə alqı-satqısı kreditsatış Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Mal (habelə ismin cəm halında “Mallar”) müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə-1”də qeyd olunmuş “Mallar”ı “Müqavilə” üzrə “Satıcı” tərəfindən “Alıcı”nın mülkiyyətinə verilən və adı, çeşidi “Əlavə-1”də göstərilən əmtəədir. “Mal” “Satıcı”nın mülkiyyətindədir və üçüncü şəxslərin hüquqları ilə yüklü deyildir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Mal”ın, (“Mallar”ın) təhvil verilməsi əgər təklifdə fərqli qeyd-şərt yoxdursa “Mal”ın “Satıcı”nın ünvanında “Alıcı”ya “Tərəflər”in imzaları və möhürləri ilə təsdiq olunmuş “Təhvil-təslim aktı” və digər sənədlər əsasında “Alıcı”yatəhvil verilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı” “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan “Əlavə-1”də göstərilən “Mallar”ı verməyi (satmağı) “Alıcı” isə müvafiq olaraq həmin ”Mal”ı qəbul etdikdən sonra “Müqavilə”də göstərilən “Mal”ın ümumi məbləğini bu “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan “Əlavə-2 ödəniş cədvəlində” göstərilən qaydada ödəməyi öhdəsinə göstərilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən “Mallar”ın qiyməti “Mallar”ın ümumi dəyəri 3200 AZN təşkil edir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan “Əlavə-2 ödəniş cədvəlində” müəyyən olunmuş qaydada ödəniş həyata keçirilməzsə “Alıcı” müvafiq olaraq hər ay üçün gecikdirilmiş məbləğdən “Müqavilə”yə görə ödənilməli olduğu gündən ödənildiyi günədək 5% məbləğində ödənişi “Satıcı”ya ödəməlidir. İş materiallarında olan Əlavə nömrə 1 – malın və məlumatın təsdiq edilməsi protokoluna əsasən “Alıcı” İddiaçı MMC-dən dəyəri 920 manat olan “Redmi not 8 pro” telefonu “Satıcı” tərəfindən “Alıcı”ya təhvil verilmişdir. İş materiallarında olan Əlavə nömrə 2 – malın müqavilə üzrə dəyərinin ödənilmə qaydası – Ödəniş Cədvəli protokoluna əsasən “Alıcı” İddiaçı MMC-dən dəyəri 920 manat olan “Redmi not 8 pro” telefonu razılaşaraq 6 ay müddətinə kreditlə alır. “Alıcı” Alınan malın 120 manatını nağd qaydada ödəyərək, qalan 800 manatı xx.xx.2021-ci il – xx.xx.2021-ci il tarixlərdə hər ay 135 manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 27 oktyabr 2022-ci il tarixli 61 saylı Malların nisyə alqı-satqısı kredit-satış Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Mal (habelə ismin cəm halında “Mallar”) müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə-1”də qeyd olunmuş “Mallar”ı “Müqavilə” üzrə “Satıcı” tərəfindən “Alıcı”nın mülkiyyətinə verilən və adı, çeşidi “Əlavə-1”də göstərilən əmtəədir. “Mal” “Satıcı”nın mülkiyyətindədir və üçüncü şəxslərin hüquqları ilə yüklü deyildir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Mal”ın, (“Mallar”ın) təhvil verilməsi əgər təklifdə fərqli qeyd-şərt yoxdursa “Mal”ın “Satıcı”nın ünvanında “Alıcı”ya “Tərəflər”in imzaları və möhürləri ilə təsdiq olunmuş “Təhvil-təslim aktı” və digər sənədlər əsasında “Alıcı”yatəhvil verilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı” “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan “Əlavə-1”də göstərilən “Mallar”ı verməyi (satmağı) “Alıcı” isə müvafiq olaraq həmin ”Mal”ı qəbul etdikdən sonra “Müqavilə”də göstərilən “Mal”ın ümumi məbləğini bu “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan “Əlavə-2 ödəniş cədvəlində” göstərilən qaydada ödəməyi öhdəsinə göstərilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən “Mallar”ın qiyməti “Mallar”ın ümumi dəyəri 3200 AZN təşkil edir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan “Əlavə-2 ödəniş cədvəlində” müəyyən olunmuş qaydada ödəniş həyata keçirilməzsə “Alıcı” müvafiq olaraq hər ay üçün gecikdirilmiş məbləğdən “Müqavilə”yə görə ödənilməli olduğu gündən ödənildiyi günədək 5% məbləğində ödənişi “Satıcı”ya ödəməlidir. İş materiallarında olan Əlavə nömrə 2 – malın müqavilə üzrə dəyərinin ödənilmə qaydası – Ödəniş Cədvəli protokoluna əsasən “Alıcı” İddiaçı MMC-dən dəyəri 4200 manat olan “İphone 14 pro max ” telefonu razılaşaraq 6 ay müddətinə kreditlə alır. “Alıcı” Alınan malın 800 manatını nağd qaydada ödəyərək, qalan 3400 manatı xx.xx.2022-ci il – xx.xx.2023-cü il tarixlərdə hər ay 600 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 54.6 manat rüsum ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli iddiaçının vəkili-nümayəndəsi tərəfindən cavabdehə ünvanlanmış ərizənin surətindən görünür ki, 3150 (üç min bir yüz əlli) manat borcu ərizəni aldığı gündən 5 gün ərzində Nümayəndə ödənilməsi, əks təqdirdə həmin pulun və gecikdirilmiş hər gün üçün 10 manat peniyanın, bundan əlavə vəkil üçün ödənilmiş məbləğlərində ondan alınması məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, 27 oktyabr 2020-ci il tarixində 31 nömrəli kredit-satış müqaviləsinə əsasən Cavabdeh “iphone 12 pro max ”markalı telefonu 6 aylıq kreditlə 3200 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 1700 manat ödənilmiş, lakin hazırda qalan 1500 manat borcu, bundan əlavə 10 fevral 2021-ci il tarixində 46 nömrəli kredit-satış müqaviləsinə əsasən əsasən Cavabdeh “redmi not 8 pro ”markalı telefonu 6 aylıq kreditlə 920 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 625 manat ödənilmiş, lakin hazırda qalan 295 manat borcu və 27 oktyabr 2022-ci il tarixində 61 nömrəli kredit-satış müqaviləsinə əsasən Cavabdeh “iphone 14 pro max ”markalı telefonu 6 aylıq kreditlə 4200 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 2845 manat ödənilmiş, lakin hazırda qalan 1355 manat borcunu ödməkdən imtina edir. Beləliklə üç müqavilədən yaranan borc 3150 manat təşkil edir. Bundan əlavə gecikdirilmiş peniya pulu olan 320 manatın nəticə etibarı ilə ümumilikdə 3470 (üç min dörd yüz yetmiş) manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı Malların nisyə alqı-satqısı MMC ilə Cavabdeh arasında bağlanmış 27 oktyabr 2020-ci il tarixli 31 saylı, Kredit-satış müqaviləsinə əsasən alıcı Cavabdeh İddiaçı MMC-dən qiyməti 3200 manat olan “İphone 12 pro max” telefonu razılaşaraq 6 ay müddətinə kreditlə alır. “Alıcı” Alınan malın 200 manatını nağd qaydada ödəyərək, qalan 3000 manatı xx.xx.2020-ci il – xx.xx.2021-ci il tarixlərdə hər ay 500 manat ödəməyi, 10 fevral 2021-ci il tarixli 46 saylı Kredit-satış müqaviləsinə əsasən alıcı Cavabdeh İddiaçı MMC-dən qiyməti 920 manat olan “Redmi not 8 pro” telefonu razılaşaraq 6 ay müddətinə kreditlə alır. “Alıcı” Alınan malın 120 manatını nağd qaydada ödəyərək, qalan 800 manatı xx.xx.2021-ci il – xx.xx.2021-ci il tarixlərdə hər ay 135 manat ödəməyi, 27 oktyabr 2022-ci il tarixli 61 Kredit-satış müqaviləsinə əsasən alıcı Cavabdeh İddiaçı MMC-dən qiyməti 4200 manat olan “İphone 14 pro max ” telefonu razılaşaraq 6 ay müddətinə kreditlə alır. “Alıcı” Alınan malın 800 manatını nağd qaydada ödəyərək, qalan 3400 manatı xx.xx.2022-ci il – xx.xx.2023-cü il tarixlərdə hər ay 600 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmişdir. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqavilənin 4-cü bəndinə əsasən Alıcı borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcmində dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınmışdır. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də öhdəlik yerinə yetirilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Borcalan onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq İNTERNET-2007” MMC-yə olan borcunu ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə qeyd edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas borcun ödənilməmiş hissəsini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə hesablanmış 320 (üç yüz iyirmi) manat dəbbə pulunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər... ; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Məhkəmə Müqavilə üzrə ödənilməmiş pulun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, Müqavilə üzrə hesablanmış 320 (üç yüz iyirmi) manat dəbbə pulu məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan dəbbə pulunun 100 (bir yüz) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Alıcı” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Satıcı” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Satıcı” “Alıcı”ya qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, Cavabdeh əsas borc üzrə 3150 (üç min bir yüz əlli) manat, peniya (cərimə) olaraq 100 (bir yüz) manat, ümumilikdə 3250 (üç min iki yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş ödənilmiş 54.6 (əlli dörd manat altmış qəpik) mant dövlət rüsumunun 3.60 manatı iddiaçıya aid edilməli, 51 (əlli bir) manatı isə Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 284-1-284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 27 oktyabr 2020-ci il tarixli 31 saylı, 10 fevral 2021-ci il tarixli 46 saylı və 27 oktyabr 2022-ci il tarixli 61 saylı Malların nisyə alqı-satqı (kredit-satış müqaviləsi) müqavilələrinə əsasən Cavabdeh əsas borc üzrə 3150 (üç min bir yüz əlli) manat, peniya (cərimə) olaraq 100 (bir yüz) manat, cəmi 3250 (üç min iki yüz əlli) manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş ödənilmiş 54.6 (əlli dörd manat altmış qəpik) manat dövlət rüsumunun 51 (əlli bir) manatı olmaqla, ümumilikdə 3301 (üç min üç yüz bir) manat məbləğində pul alınaraq İNTERNET-2007” MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-743/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-743/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver