Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-744/2023 21.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, cəmi 2 895,62 manat olmaqla – 2695,52 manat əsas, kredit müqaviləsi üzrə hesablanmış 40,62 manat faiz borcunun, 35,53 manat cərimə borcunun, 123,95 manat geckdirilmiş vaxt üçün hesablanmış 5% borcunun və iş üzrə ödənilmiş 49,40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, LM102000291 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh2 2 695,52 manat məbləğində kredit borcu 18 ay müddətinə illik 1% dərəcəsi ilə restrukturizasiya edilmişdir. Borclu Cavabdeh2 ilə Restrukturizasiya müqaviləsi bağlanılan zamanı Cavabdeh1ilə Bank arasında eyni tarixli, Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxs restrukturizasiya müqaviləsinə əsasən borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Restrukturizasiya müqaviləsinin 4.4.1-ci bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Cavabdeh2 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 2 895,62 manat təşkil edir. Bundan 2 695,52 manat əsas, 40,62 kredit müqaviləsi üzrə hesablanmış manat faiz borcu, 35,53 manat cərimə borcu, 123,95 manat gecikdirilmiş vaxt üçün hesablanmış 5%borcu təşkil edir. Restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehlərin iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazlarını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildirişlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı ünvanlara göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 08 oktyabr 2020-ci il tarixli, LM102000291 nömrəli saylı Restrukturzasiya Müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh2 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Restrukturzasiya Müqaviləsinin 2.1-ci bəndinə əsasən ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 466 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2695 (iki min altı yüz doxsan beş) manat 52 (əlli iki) qəpik məbləği restrukturzasiya olunur və borclu by müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür.. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən faizlər restrukturzasiya olunan tarixdən güzəştli kredit banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1% olmaqla hesablanır. Həmin Müqavilənin 3.8-ci bəndinə əsasən restrukturzasiya müqaviləsi 18 ay müddətinə bağlanılır. Borcun ödənilməli olduğu son tarix 08 aprel 2022-ci ildir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh2 aylıq 1 faiz dərəcəsi ilə 18 ay müddətinə 2695.52 manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə1 il güzəşt müddəti tətbiq olunmaqla xx.xx.2020 - xx.xx.2022-ci il tarixləri ərzində hər ay 150.94 manat olmaqla İddiaçı ASC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 08 oktyabr 2020-ci il tarixli, LM102000291 saylı Zaminlik Müqaviləsindən aydın olur ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Ləğv prosesində olan bank”la “Boclu” arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM102000291 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən 18 ay müddətinə verilmiş 2695 (iki min altı yüz doxsan beş) 52 (əlli iki) qəpik manat borc məbləğinin və ona hesablanmış faizlərin restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişləin qaytarılmasının təminatı kimi “Zamin” və Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə “Ləğv prosesində olan bank” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş 31 mart 2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh2 13 mart 2023-cü il tarixə Banka 2695,52 manat əsas borc, 40,62 manat faiz borcu, 35,53 cərimə borcu, 123,95 manat geckdirilmiş vaxt üçün hesablanmış 5% borcu olmaqla cəmi 2895.62 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli bilridişdən müəyyən olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcun 5 gün ərzində ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışlar. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, Kredobank” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 49 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. İş materialında olan sənədlərdən də göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli, LM102000291 nömrəli Restrukturzasiya Müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh2 vaxtı keçmiş kredit borclarının restrukturizasiya məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 18 (on səkkiz) ay müddətinə 2695.62 (iki min altı yüz doxsan beş manat altmış iki qəpik) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 - xx.xx.2022-ci il tarixləri ərzində hər ay 150.94 manat olmaqla İddiaçı ASC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 08 oktyabr 2020-ci il tarixli, LM102000291 saylı Zaminlik Müqaviləsindən aydın olur ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Zamin Kreditoru qarşısında Borclunun 08 oktyabr 2020-ci il tarixli, LM102000291 saylı Restrukturzasiya Müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. X1 Müqaviləsinə əsasən üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, Bankın Müştəri və Zamindən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaranmış borcun borclu Cavabdeh2 ilə yanaşı, zamin Cavabdeh1 da müştərək qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə bu tələblə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, işin faktiki hallarından və Restrukturzasiya Müqaviləsinin müddəalarından görünür ki, kredit müqaviləsi 08 oktyabr 2020-ci il tarixində 18 ay müddətinə bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti əsas öhəliyin icra olunma vaxtının çatdığı günlə müəyyələnləşdirilmişdir ki, belə olan halda məhkəmə belə qənaətə gələrək hesab edir ki, mülki qanunvericilikdə nəzərdə tutulan 1 illik tələb etmə müddəti kreditor tərəfindən ötürülmüşdür. Göründüyü kimi kredit müqaviləsində göstərilən zaminin üzərinə götürdüyü öhdəliyin müddəti keçmişdir. İşin faktiki hallarını, kredit müqaviləsinin müddəalarını və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, zaminin üzərinə götürdüyü öhdəliyin icra edilməsi müddəti başa çatdığından iddia tələbinin zamin Cavabdeh1 qarşı hissədə əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi olmaqla 123.95 (bir yüz iyirmi üç manat doxsan beş qəpik) manat məbləğində əldən çıxmış fayda qismində borcun tutulması hissəsində də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi nəzərə alınmaqla 123.95 (bir yüz iyirmi üç manat doxsan beş qəpik) manat məbləğində əldən çıxmış fayda qismində pulun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh2 08 oktyabr 2020-ci il tarixli, LM102000291 saylı Restrukturzasiya Müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borcun, ona hesablanmış faiz borcunun, cərimə və əldən çıxmış fayda qismində pulun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Ona görə də iddia tələbi təmin edilməklə 08 oktyabr 2020-ci il tarixli, LM102000291 saylı Restrukturzasiya Müqaviləsinə əsasən Cavabdeh2 2695.52 (iki min altı yüz doxsan beş manat əlli iki qəpik) manat əsas borc, kredit müqaviləsi üzrə hesablanmış 40.62 (qırx manat altmış iki qəpik) manat faiz borcu, 35.53 (otuz beş manat əlli üç qəpik) manat cərimə borcu, 123.95 (bir yüz iyirmi üç manat doxsan beş qəpik) manat geckdirilmiş vaxt üçün hesablanmış 5% borc olmaqla, ümumilikdə 2895.62 (iki min səkkiz yüz doxsan beş manat altmış iki qəpik) manat pul alınaraq İddiaçı ASC - yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 49 manat dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. 08 oktyabr 2020-ci il tarixli, LM102000291 saylı Restrukturzasiya Müqaviləsinə əsasən Cavabdeh2 2695.52 (iki min altı yüz doxsan beş manat əlli iki qəpik) manat əsas borc, kredit müqaviləsi üzrə hesablanmış 40.62 (qırx manat altmış iki qəpik) manat faiz borcu, 35.53 (otuz beş manat əlli üç qəpik) manat cərimə borcu, 123.95 (bir yüz iyirmi üç manat doxsan beş qəpik) manat geckdirilmiş vaxt üçün hesablanmış 5% borc və 49 (qırx doqquz) manat dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 2945.02 (iki min doqquz yüz qırx beş manat iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-744/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-744/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver