Məhkəmə qərarları › İş №e-2(110)-762/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-762/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-762/2023 28.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsinə dair” mülki iş üzrə iddiaçı “MUĞANBANK" ASCnin nümayəndəsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə baxaraq müəyyən etdi: İddiaçı “MUĞANBANK" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, cavabdehlər Cavabdeh və X1 müştərək qaydada əsas borc 180.86 manat, faiz borcu 424.18 manat, cəmi borcu 605.04 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı «MUĞANBANK” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “MUĞANBANK" ASC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə Şərur Rayon Məhkəməsinin elektron poçt ünvanına ərizə ünvanlayaraq, ərizəsində İddiaçı ASC Cavabdeh qarşı iddia tələbi ilə elektron məhkəmə sistemində Şərur rayon Məhkəməsinə müraciət etmiş və iş məhkəmənin icraatına qəbul edilmişdir. yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı “MUĞANBANK" ASC-nin nümayəndəsinin ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; - 152.4-cü maddəsisinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi iddiaçı "xxxx" ASC-yə geri qaytarılmalı və ərizədə qeyd edilən hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə Hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da geri qaytarılmalıdır Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-in 13, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsinə dair” iddia ərizəsi geri qaytarılsın. İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə Hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı ASC-yə izah olunsun ki, ərizədə qeyd edilən hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar