Məhkəmə qərarları › İş №e-2(110)-777/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-777/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-777/2021 27.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən Şərur rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu , İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsində cavabdehdən müqavilə üzrə 245 manat məbləğində qalıq borcu və 147.74 manat cərimə borcu olmaqla cəmi 392.74 manat borcun həmçinin ərizə verilməsi tərəflərindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsində iddiaçı ilə borclu arasında bağlanmış 16.05.2019-cu il tarixli SQK05048 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 449 manat (borclu tərəfindən ödənilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satıldığını, məhsulun borcluya təhvil verildiyini, müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilmədiyini, borcun vaxtında qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onun öhdəliyi yerinə yetirmədiyini, müqavilənin 6.1 bəndi və 6.1.1 yarımbəndini əsasən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə kreditor mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malik olduğunu, cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcunun 245 manat təşkil etdiyini, müqavilənin 5.6–cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə, hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 faizi həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdehin öhdəsinə götürdüyünü cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcunun 492.45 manat təşkil etdiyini hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 30%-ni ödəməyi borcludan tələb etdiklərini, belə olan halda hesablanmış cərimə məbləğinin 30%-i 147.74 manat təşkil etdiyini qeyd edərək cavabdehdən müqavilə üzrə 245 manat məbləğində qalıq borcu və 147.74 manat cərimə borcu olmaqla cəmi 392.74 manat borcun həmçinin ərizə verilməsi tərəflərindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdeh X1 ünvanına göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən 15 oktyabr 2021-ci il tarixdə onun mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. İş materiallarında olan 16.05.2019-cu il tarixli SQK05048 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müavilə bağlanmış və tərəflər üzərlərinə bir sıra öhəliklər götürmüşlər. Həmin müqavilənin 3-cü bəndinə əsasən “Satıcı” “Alıcıya” siyahısı təhvil-təslim aktında (Əlavə 2) göstərilən Mal(lar)ı satır, Alıcı isəhəmin Mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada Mal(lar)ın qiymətini “Satıcıya” ödəyir. Həmin müqavilənin 5.6-cı bəndinə əsasən Borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % həcmində cərimə (dəbbə pulu) ödəməlidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən “Alıcıya” Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə “Satıcı” öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu, nisyə malın “Satıcı”ya qaytarılmasını (qaytarılmış malın razılaşdırılmış qiyməti borcu tam ödəmədikdə qalıq borcu ümumi qaydada ödəmək şərti ilə) dərhal tələb edə bilər. İş materiallarında olan 16.05.2019-cu il tarixli SQK05048 saylı nisyə alqı-satqı müqaviləsinə Əlavə 1-də Cavabdeh dəyəri 449 manat olan Samsung J530GOLD markalı mobil telefonu nisyə alaraq 16.05.2019-cu il tarixdə ilkin olaraq 29 manat ödədikdən sonra qalan məbləği 12 ay müddətinə 16.06.2019 – 16.05.2020-ci il tarixlərində isə aylıq 35 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16.05.2019-cu il tarixli təhvil-təslim aktındn görünür ki, Cavabdeh Samsung J530GOLD markalı mobil telefon qüsursuz halda təhvil verilmişdir. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş 16.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16.05.2019-cu il tarixli SQK05048 saylı müqaviləyə əsasən İddiaçı MMC-yə 245 (iki yüz qırx beş) manat məbləğində qalıq, 147.74 (bir yüz qırx yeddi manat yetmiş dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 392.74 (üç yüz doxsan iki manat yetmiş dörd) manat borcu vardır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16.05.2019-cu il tarixli SQK05048 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh İddiaçı MMC-dən alış qiyməti 449 (dörd yüz qırx doqquz) manat olan, Samsung J530GOLD model mobil telefon üçün ilkin ödəniş olaraq 29 manat ödəyərək, qalan məbləği 12 (on iki) ay müddətinə - 16.06.2019 – 16.05.2020-ci il tarixlərində aylıq 35 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmişdir. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqavilənin 5.6-cı bəndinə əsasən Borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % həcmində cərimə (dəbbə pulu) ödəməlidir. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən, hal-hazırda cavabdehin iddiaçıya 245 manat məbləğində qalıq borcu və 147.74 manat cərimə borcu olmaqla cəmi 392.74 manat borcu müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 245 manat qalıq borc, 147.74 manat məbləğində cərimə borcu olmaqla cəmi 392.74 manat borc pul tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi də cavabdehdən Cavabdeh alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284- 5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh 16.05.2019-cu il tarixli SQK05048 saylı Kredit Müqaviləsi üzrə 245 manat qalıq borc, 147.74 manat məbləğində cərimə borcu olmaqla cəmi 392.74 manat borc pul və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 412.74 (dörd yüz on iki manat yetmiş dörd) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar