Məhkəmə qərarları › İş №e-2(110)-783/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-783/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-783/2023 30.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı “X1 Azərbaycan” QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə 3498.11 AZN (üç min dörd yüz doxsan səkkiz manat on bir qəpik), faiz borcu üzrə 355.73 AZN (üç yüz əlli beş manat yetmiş üç qəpik), cərimə borcu üzrə 54.16 AZN (əlli dörd manat on altı qəpik), cəmi borc üzrə 3908 AZN (üç min doqquz yüz səkkiz) manat məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 55 AZN (əlli beş) məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində xx.xx.2022-ci il tarixdə “X1 Azərbaycan” QSC və Cavabdeh arasında kredit müqaviləsinin bağlandığını, kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 3580 (üç min beş yüz səksən) manat məbləğində pul ayrıldığını və 36 ay müddətində kreditin əsas məbləği və ona illik 20% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli olduğunu, “X1 Azərbaycan”QSC-nin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icta etsə də Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirdiyini, borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsada onun öhdəliyi icra etmədiyini və bu günədək borcu ödəmədiyini qeyd edərək Cavabdeh 3498.11 AZN (üç min dörd yüz doxsan səkkiz manat on bir qəpik) əsas borc, 355.73 AZN (üç yüz əlli beş manat yetmiş üç qəpik) məbləğində faiz borcu, 54.16 AZN (əlli dörd manat on altı qəpik) cərimə borcu, cəmi 3908 AZN (üç min doqquz yüz səkkiz) məbləğində kredit borcunun və ərizə üçün dövlət büdcəsinə köçürülmüş 55 AZN (əlli beş) dövlət rüsumunun “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 283715 nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı “X1 Azərbaycan” QSC-nin Memar Əcəmi filialı arasında həmin Kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1, 1.2, 1.3-ci bəndinə əsasən, “Borcverən” “Borcalan”a şəxsi istehlak məqsədi 36 ay müddətinə illik 20% dərəcəsi ilə 3580 (üç min beş yüz səksən) manat məbləğində kredit verir. “Borcalan” isə kredit üzrə almış olduğu bütün borc pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətdə “Borcverənə” qaytarılmasını öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə alınmış kredit “Borcalan” tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 500 AZN (beş yüz Azərbaycan manatı) məbləği kredit kartı və xx.xx.2022-ci il tarixli 3100 AZN (üç min yüz Azərbaycan manatı) məbləği kredit müqaviləsi üzrə qalıq borcun tam bağlanması (məqsəd və təyinat) üçün istifadə ediləcəkdir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən Borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və /və ya şərtlərini pozduqda gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 283715 nömrəli kredit müqaviləsi üzrə Kreditin qaytarılması qrafikinin (ödəniş cədvəlinin) surətindən görünür ki, “Borcverən” Cavabdeh 36 ay müddətinə illik 20% dərəcəsi ilə 3580 (üç min beş yüz səksən) manat məbləğində kredit verilmiş və o, aldığı krediti xx.xx.2022 - xx.xx.2025-ci il tarixləri ərzində ayda 141.56 manat, xx.xx.2025-ci il tarixdə isə 158.42 manat olmaqla, ümumilikdə 4875.29 manat pulu “Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Borcalanın Banka 3498.11 (üç min dörd yüz doxsan səkkiz manat on bir qəpik) manat əsas borc, 355.73 (üç yüz əlli beş manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu, 54.16 (əlli dörd manat on altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 3908 (üç min doqquz yüz səkkiz) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş hesaabdan çıxarışdan görünür ki, Cavabdeh sözügedən kredit müqaviləsi üzrə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə ödənişlər etmişdir. İş materiallarına əlavə olunmuş məhkəmədə iddia qaldırılması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə “X1 Azərbaycan” QSC tərəfindən ********** nömrəli qəbzlə dövlət büdcəsinə 55 (əlli beş) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli bildiriş - xəbərdalığın surətindən görünür ki, Cavabdeh banka olan borcunun ödənilməsi ilə bağlı bildirişdə (pretenziya) Qarışıq müqavilə üzrə öhdəliklərinin kobud şəkildə pozulması ilə əlaqədar “X1 Azərbaycan” QSC həmin müqavilə üzrə olan borc məbləğinin məhkəmədən kənar qaydada 5 iş günü ərzində qaytarılmasını və ödənilməsini tələb etmiş, əks halda “X1 Azərbaycan” QSC yaranmış tam borcun ödənilməsi üçün məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edəcəyi barədə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 283715 nömrəli kredit müqaviləsinə əsasən, “X1 Azərbaycan” QSC-nin Memar Əcəmi filialı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 20% dərəcəsi ilə 3580 (üç min beş yüz səksən) manat məbləğində kredit verilmiş və o, aldığı krediti xx.xx.2022 - xx.xx.2025-ci il tarixləri ərzində ayda 141.56 manat, xx.xx.2025-ci il tarixdə isə 158.42 manat olmaqla, ümumilikdə 4875.29 manat pulu “Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtında” və lazımi qaydada icra etməmiş, nəticədə onun kreditora borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kreditor” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kreditor” “Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməklə, Cavabdeh 3498.11 (üç min dörd yüz doxsan səkkiz manat on bir qəpik) manat əsas borc, 355.73 (üç yüz əlli beş manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu, 54.16 (əlli dörd manat on altı qəpik) manat cərimə olmaqla, cəmi 3908 (üç min doqquz yüz səkkiz) manat məbləğində pul alınaraq “X1 Azərbaycan” QSC-yə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, 283715 nömrəli Kredit Müqaviləsi üzrə Cavabdeh 3498.11 (üç min dörd yüz doxsan səkkiz manat on bir qəpik) manat əsas borc, 355.73 (üç yüz əlli beş manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu, 54.16 (əlli dörd manat on altı qəpik) manat cərimə, cəmi 3908 (üç min doqquz yüz səkkiz) manat məbləğində kredit borcu və 55 (əlli beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3963 (üç min doqquz yüz altmış üç) manat pul alınaraq “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar