Məhkəmə qərarları › İş №e-2(110)-784/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-784/2022

11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-784/2022 11.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "FİNCA Azerbaijan" MM QBKT-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "FİNCA Azerbaijan" MM QBKT-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh əsas borc üzrə 2294.00 AZN, faiz borcuna görə 521.85 AZN, cərimə borcuna görə 100.20 AZN, cəmi 2916.05 AZN borcun və 49.16 manat məbləğində ödənilmiş dövlət rüsumunun "FİNCA Azerbaijan" MM QBKT-nin xeyrinə tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilatın nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində bildirmişdir ki, "FİNCA Azerbaijan" MM QBKT-nin cavabdehər Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki iş Sizin icraatınızdadır. Cavabdeh tərəfindən gecikmə borcunun ödənilməsi səbəbindən icraatınızda olan 2(110)-784/2022 saylı mülki işin baxılmamış saxlanılmasını xahiş edirik. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 47.2-ci maddəsinə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək va onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barada vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qararlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Yuxarıda qeyd edilən həmin mülki işin baxılmamış saxlanılması barədə qarardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq qeyd edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; - 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddiaçı "FİNCA Azerbaijan" MM QBKT tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı- Hökümət Ödəniş portalı vasitəsilə xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 49.16 (qırx doqquz manat on altı qəpik) manat dövlət rüsumu ona qaytarılsın. İddiaçı "FİNCA Azerbaijan" MM QBKT-yə izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "FİNCA Azerbaijan" MM QBKT-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "FİNCA Azerbaijan" MM QBKT tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş portalı vasitəsilə xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 49.16 (qırx doqquz manat on altı qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı "FİNCA Azerbaijan" MM QBKT-yə izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar