Məhkəmə qərarları › İş №e-2(110)-784/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-784/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-784/2023 30.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı “X1 Azərbaycan” QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə borc 334.76 AZN (üç yüz otuz dörd manat yetmiş altı qəpik), hesablanmış və ödənilməmiş faiz borcu 27.95 AZN (iyirmi yeddi manat doxsan beş qəpik), cərimə borcu 36.51 AZN (otuz altı manat əlli bir qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2.00 AZN (iki manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 5.00 AZN (beş manat), cəmi borc 406.22 AZN (dörd yüz altı manat iyirmi iki qəpik) məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 AZN (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli bank hesabı, debet katı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlandığını, kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 400 (dörd yüz) manat kredit limiti ayrıldığını, “X1 Azərbaycan” QSC-nin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icta etsə də Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirdiyini, borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsada onun öhdəliyi icra etmədiyini və bugünədək borcu ödəmədiyini qeyd edərək Cavabdeh əsas məbləğ üzrə borc 334.76 AZN (üç yüz otuz dörd manat yetmiş altı qəpik), hesablanmış və ödənilməmiş faiz borcu 27.95 AZN (iyirmi yeddi manat doxsan beş qəpik), cərimə borcu 36.51 AZN (otuz altı manat əlli bir qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2.00 AZN (iki manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 5.00 AZN (beş manat), cəmi borc 406.22 AZN (dörd yüz altı manat iyirmi iki qəpik) məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 AZN (otuz) manat ödənilmiş dövlət rüsumunun, tutularaq “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 10 avqust 2021-ci il tarixli kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı “X1 Azərbaycan” QSC arasında qeyd olunan Bank hesabı, debet katı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra hüquq və öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış 10 avqust 2021-ci il tarixli bank hesabı, debet katı, kredit kartı və zaminlik haqqında qarışıq Müqavilənin 4.27-ci bəndinə əsasən, “Bank” 5 il müddətinə 400 (dörd yüz) manat məbləğində “kart sahibinə” kredit kartı limitini (kredit xətti) açır. “Kart sahibi” isə həmin kredit kartı limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesanblanmış faizləri, komissiyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Banka” qaytarmağı (ödəməyi) öhdəsinə götürür; Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditor borcluya cari hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair “Müştərinin” sərəncamlarını yerinə yetirməyi, “Müştəri” isə “Bank” tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqq(ları) ödəməyi öhdəsinə götürmüşdür...; Həmin Müqavilənin 4.15.1-ci bəndinə əsasən kart hesabından nağd vəsait alındığı / çıxarıldığı və ya nağd pul vəsaitlərinin istifadəsi üzrə əməliyyatların həyata keçirildiyi etibarən pul balansın (borcun) tam ödənildiyi günə qədərbu maddədə göstərilən faiz dərəcəsinə müvafiq gündəlik olaraq tətbiq edilir. Nağd pul vəsaitinin alınaması / çıxarılması faizi illik 22 % təşkil edir; Həmin Müqavilənin 4.15.2-ci bəndinin 2-ci abzasına əsasən Bankın ATM-ləri və filialları üçün nağd alınan /çıxarılan pul vəsaitinin 1%+1.5 AZN kimi olaraq, ölkədaxili və xarici digər banklar (ATM-lər) üçün nağd alınan / çıxarılan pul vəsaitinin 1%+2.5 AZN kimi nağd pul vəsaitinin alınaması / çıxarılması komissiyası tətbiq olunur; Həmin Müqavilənin 4.15.3-cü bəndinin 2-ci abzasına əsasən ... Gecikmə / cərimə faizi illik 40% təşkil edir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Borcalanın Banka 334.76 (üç yüz otuz dörd manat yetmiş altı qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu 27.95 (iyirmi yeddi manat doxsan beş qəpik) manat, cərimə borcu 36.51 (otuz altı manat əlli bir qəpik) manat cərimə borcu, 2 (iki) manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu, 5 (beş) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 406.22 (dörd yüz altı manat iyirmi iki qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş məhkəmədə iddia qaldırılması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə “X1 Azərbaycan” QSC tərəfindən ********** nömrəli qəbzlə dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş banka olan borcun ödənilməsi ilə bağlı bildirişin (pretenziyanın) göndərilməsi ilə əlaqədar 421941 nömrəli Qaimənin surətindən görünür ki, müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üçün iddiaçı tərəfindən poçt xərci olaraq 5 (beş) manat ödənilmişdir. İş materiallarına əlavə olunmuş bildirişin surətindən görünür ki, Cavabdeh banka olan borcunun ödənilməsi ilə bağlı 05 may 2023-cü il tarixli bildirişdə (pretenziya) Qarışıq müqavilə üzrə öhdəliklərinin kobud şəkildə pozulması ilə əlaqədar “X1 Azərbaycan” QSC həmin müqavilə üzrə olan borc məbləğinin məhkəmədən kənar qaydada 5 iş günü ərzində qaytarılmasını və ödənilməsini tələb etmiş, əks halda “X1 Azərbaycan” QSC yaranmış tam borcun ödənilməsi üçün məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edəcəyi barədə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında 10 avqust 2021-ci il tarixli Bank hesabı, debet katı, kredit kartı və zaminlik haqqında qarışıq Müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən, “Bank” “Müştəriyə” cari hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair 400 manat məbləğində pul vəsaitini “Müştərinin” sərəncamına verməyi, “Müştəri” isə “Bank” tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqq(ları) ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Bank” kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, “Müştəri” isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də hesab edirəm ki, “X1 Azərbaycan” QSC belə bir tələb irəli sürməkdə haqlı olmuş və Müştəri Cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq “X1 Azərbaycan” QSC -yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmçinin, məhkəmə iddia tələbinin müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc məbləğinin tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, müştəri qismində çıxış edən cavabdeh tərəflər arasında bağlanılmış müvafiq kredit müqaviləsi üzrə komisyon xərclərinin və ödənişlərinin də ödənilməsinə dair iddiaçı bank qarşısında öhdəlik götürmüşdür. Bu halda, məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun tutulmasının tərəflərin qarşılıqlı razılığı əsasında bağlanılmış kredit müqaviləsi ilə şərtləndirildiyindən, iddia tələbi bu hissədə də əsaslı olmaqla təmin edilməlidir. Eyni zamanada iş üzrə ödənilmiş müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üçün iddiaçı tərəfindən poçt xərci olaraq ödənilmiş 5 (beş) manatın əvəzi də Cavabdeh tutularaq iddiaçı “X1 Azərbaycan” Qaplı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,”kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Müştəri”yə qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, iddiaçının tələbi haqlıdır təmin edilməli və Cavabdeh 10 avqust 2021-ci il tarixli “Bank hesabı, debet katı, kredit kartı və zaminlik haqqında qarışıq Müqavilə” üzrə 334.76 (üç yüz otuz dörd manat yetmiş altı qəpik) manat əsas borcu, 27.95 (iyirmi yeddi manat doxsan beş qəpik) manat hesablanmış və ödənilməmiş faiz borcu, 36.51 (otuz altı manat əlli bir qəpik) manat cərimə borcu, 2 (iki) manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 5 (beş) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcinin əvəzi olmaqla, ümumilikdə 406.22 (dörd yüz altı manat iyirmi iki qəpik) manat pul tutularaq “X1 Azərbaycan” Qaplı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün ərizə üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 10 avqust 2021-ci il tarixli “Bank hesabı, debet katı, kredit kartı və zaminlik haqqında qarışıq Müqavilə”üzrə 334.76 (üç yüz otuz dörd manat yetmiş altı qəpik) manat əsas borcu, 27.95 (iyirmi yeddi manat doxsan beş qəpik) manat hesablanmış və ödənilməmiş faiz borcu, 36.51 (otuz altı manat əlli bir qəpik) manat cərimə, 2 (iki) manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 5 (beş) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 436.22 (dörd yüz otuz altı manat iyirmi iki qəpik) manat məbləğində pul alınaraq “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar