Məhkəmə qərarları › İş №e-2(110)-785/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-785/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-785/2023 30.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 09 Dekabr 2021-ci il tarixli, NSKRK-02221 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 499,33 (dörd yüz doxsan doqquz manat 33 qəpik) manat, faiz borcuna görə 28,76 (iyirmi səkkiz manat 76 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 528,09 (beş yüz iyirmi səkkiz manat 09 qəpik) manat məbləğində pulun və 41.54 (qırx bir manat əlli dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 09 Dekabr 2021-ci il tarixli, NSKRK-02221 saylı kredit müqaviləsinə əsasən illi 22.19328 faiz olmaqla 24 ay müddətinə 500 (beş yüz) manat məbləğində cavabdehə kredit verildiyini,(kredit müqaviləsinin 2.1; 2.3; 2.4 bəndləri 09 Dekabr 2021-ci il tarixli, NSKRK-02221 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbədar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayındığını, tərəflər arasında bağlanmış 09 Dekabr 2021-ci il tarixli, NSKRK-02221 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında , hər ayın 9-dan gec olmayaraq hər ay 25.99 (iyirmi beş manat 99 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etmədiyini, təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 09 Dekabr 2021-ci il tarixli, NSKRK-02221 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 499,33 (dörd yüz doxsan doqquz manat 33 qəpik) manat, faiz borcuna görə 28,76 (iyirmi səkkiz manat 76 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 528,09 (beş yüz iyirmi səkkiz manat 09 qəpik) manat pul tutulmalı olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 09 Dekabr 2021-ci il tarixli, NSKRK-02221 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC-nin Nəsimi filialı arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetini bank tərəfindən müştəriyə cari hesabın (bundan sonra “Kartmane hesabı” adlandırılacaq) açılması, həmin hesaba bağlı kartın (bundan sonra “Kartmane hesabı” adlandırılacaq) verilməsi, təyinatı şəxsi istehlak olan (bərpa olunan/bərpa olunmayan) kredit xəttinin ayrılması və bu müqavilədə nəzərdə tutulan digər bank xidmətlərinin göstərilməsi, müştəri tərəfindən isə ona ayrılmış kredit üzrə borcun, ona hesablanan faizlərin banka geri ödənilməsi və bank xidmətləri üzrə bankın daxili tariflərinə əsasən müəyyən edilən xidmət haqqı/komissiyaların ödənilməsi üzrə münasibətlərin tənzimlənməsi təşkil edir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə xx.xx.2026 tarixədək bağlanılır. Bu müddət başa çatdıqda müqavilənin müddəti həmin tarixə bankda “Kartmane” məhsulu üzrə mövcud olan şərtlər (illik faiz dərəcəsi, müddət, nağd çıxarılmada tətbiq edilən komissiya/xidmət haqqı, kartın qalıq məbləğinin dəyişdirilməsi və s.) şamil olunmaqla bank tərəfindən birtərəfli qaydada uzadıla bilər. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən bank tərəfindən müştəriyə kartmane 24 (iyirmi dörd) ay müddətinə 500 (beş yüz) manat məbləğdə kredit xətti (kredit) ayrılır; Həmin Müqavilənin 2.3.2-ci bəndinə əsasən əməliyyat nağdsız qaydada aparıldığı təqdirdə əməliyyatın həyata keçirildiyi tarixdən növbəti üçüncü ayın 10-dək (maksimum 102 (yüz iki) gün ərzində) güzəşt müddəti tətbiq olunur və güzəşt müddəti ərzində 0 (sıfır) faiz dərəcəsi ilə illik faiz hesablanır. Nağd əməliyyatlara güzəşt müddəti tətbiq olunmur və gündəlik olaraq faiz hesablanır; Həmin Müqavilənin 2.3.3-cü bəndinə əsasən müqavilənin müddəti bitdikdən sonra borc tam ödənilənədək illik 36 (otuz altı) % dərəcəsi ilə faiz hesablanır; Həmin Müqavilənin 2.3.4-cü müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 25 % təşkil edir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində müəyyən edilən limitdən artıq istifadə edilən məbləğ (“Overdraft”) üzrə Overdraft yaranan gündən etibarən Overdraft üzrə borc tam ödənilən günədək illik 36 (otuz altı) % dərəcəsilə faiz hesablanır. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, 09 Dekabr 2021-ci il tarixli, NSKRK-02221 saylı müqavilə üzrə 26 iyul 2023-cü il tarixinə Cavabdeh Banka 499,33 (dörd yüz doxsan doqquz manat 33 qəpik) manat əsas borc, 28,76 (iyirmi səkkiz manat 76 qəpik) manat məbləğində faiz borcu, 0 (sıfır) dəbbə borcu olmaqla, cəmi 528,09 (beş yüz iyirmi səkkiz manat 09 qəpik) manat kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabina 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli RB/13 nömrəli bildirişdən aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun 3 iş günü müddətində banka ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü “Rabitəbank” ASC Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 09 Dekabr 2021-ci il tarixli, NSKRK-02221 saylı Kredit müqaviləsinə əsasən Borc verən tərəfindən Borc alana 24 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. Lakin Borc alana kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Borc verənin bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, Borc verənin Borc alandan ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edirəm ki, cavabdeh Borc alan Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə Borc verən qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli,Cavabdeh əsas borc üzrə 499,33 (dörd yüz doxsan doqquz manat otuz üç qəpik) manat, faiz borcu üzrə 28.76 (iyirmi səkkiz manat yetmiş altı qəpik) manat olmaqla, cəmi 528.09 (beş yüz iyirmi səkkiz manat doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. 09 dekabr 2021-ci il tarixli, NSKRK-02221 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 499.33 (dörd yüz doxsan doqquz manat otuz üç qəpik) manat, faiz borcu üzrə 28.76 (iyirmi səkkiz manat yetmiş altı qəpik) manat, cəmi 528.09 (beş yüz iyirmi səkkiz manat doqquz qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 558.09 (beş yüz əlli səkkiz manat, doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar