Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-795/2024 16.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Kapital BankASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, 1. Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-cı il tarixli İK ******* saylı Kredit müqaviləsinə əsasən 7404,29 AZN əsas, 368,34 AZN faiz borcu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, 2. Cavabdeh2 ilə İddiaçı ASC arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-cı il tarixli GTKR8292790A299 saylı Kredit müqaviləsinə əsasən 3004,02 AZN əsas, 374,98 AZN faiz borcu Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi, 3. Hər iki kreditin cəmi üzrə ödənilmiş dövlət rüsmunun 97,73 manatı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 25,72 manatı isə yalnız Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi, 4. Yuxarıda qeyd olunan hər iki iddia tələblərinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində bildirmişdir ki, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-cı il tarixli İK ******* saylı Kredit müqaviləsinə əsasən ona illik 17 faiz dərəcəsi ilə 48 ay müddətinə 10000 AZN məbləğində kredit verilmişdir. 2023-cü ilin noyabr ayında isə "xxxx" ASC-nin Kredit portfeli müqavilə əsasında İddiaçı ASC-yə ötürülmüşdür (müqavilə iddiaya qoşma olunub). Bu səbəbdən də bu iş üzrə iddiaçı qismində İddiaçı ASC iştirak edir. Qeyd olunan kreditin təminatı kimi "xxxx" ASC Cavabdeh1 ilə xx.xx.2022-cı il tarixli Zaminlik müqaviləsi bağlamışdır. Bu müqavilənin 5.1-ci bəndinə əsasən zamin şəxs kredit öhdəliyi vaxtlı-vaxtında icra edilmədikdə borcalanın əvəzinə onu dərhal icra etməlidir. Bundan əlavə, Cavabdeh2 ilə İddiaçı ASC arasındaelektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-cı il tarixli GTKR8292790A299 saylı Kredit müqaviləsinə əsasən onun kartına illik faiz dərəcəsi 28, məbləği 3781 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, borcalanın elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öz üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. Brcalanın xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə İK ******* saylı Kredit müqaviləsinə əsasən 7404,29 AZN əsas; 368,34 AZN faiz; GTKR8292790A299 saylı Kredit müqaviləsinə əsasən isə 3004,02 AZN əsas; 374,98 AZN faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər Kredit müqaviləsi, Zaminlik müqaviləsi, əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, cari hesabdan çıxarış, pul vəsaitinin cavabdehə nəğd qaydada verilməsini təsdiq edən Xəzinə Məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində qeyd etmişdir ki, İddiaçı ASC-i cavabdehə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İddiaçı tərəf kimi bildiririk ki, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılması mümkündür. Hesab edirik ki, iddia ərizəmiz tam əsaslı və qanunidir. Yuxarıda göstərilənləri, iddia ərizəsində qeyd etdiklərimizi, nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edirik. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddianı qəbul etdiklərini etiraf etmişlər. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarına əlavə olunmuş 21 noyabr 2022-ci il tarixli, İK ******* saylı Kredit müaviləsinin surətindən aydın olur ki, "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında müqavilə bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bank Borcalana istehlak məqsədilə illik 17% dərəcəsi ilə 48 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən öhdəliyin icrasının Borcalanın aylıq gəliri hesabına həyata keçiriləcəkdir. Öhdəliyin icrası təminatı Zamin, Borcalan və Bank arasında bağlanan Zaminlik müqaviləsi olacaqdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən müqavilə üzrə verilmiş kredit və ona hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq Borcalan tərəfindən Banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Borcalan tərəfindən bank hesabının açılması üzrə xidmət haqqı olaraq 5 manat, kreditin nağdılaşdırılması üzrə xidmət haqqı olaraq kreditin 0.9 % həcmində ödəniş etməlidir. İş materiallarına əlavə edilmiş 21 noyabr 2022-ci il tarixli və 22 noyabr 2022-ci il tarixli Xəzinə məxaric orderlərinin surətindən görünür ki, müvafiq xidmət haqqları tutulduqdan sonra Cavabdeh2 ümumilikdə 9925.0 manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş 21 noyabr 2022-ci il tarixli, İK ******* saylı Kredit Müqaviləsinə Əlavədən görünür ki, "xxxx" ASC Cavabdeh2 illik 17% dərəcəsi ilə 48ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2022 xx.xx.2026 tarixləri ərzində ayda 288.55 manat, xx.xx.2026 tarixində isə 288.57 manat olmaqla, cəmi 13850.42 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 21 noyabr 2022-ci il tarixli Zaminlik müqaviləsinin surətindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli, İK ******* saylı Kredit müaviləsi üzrə Borcalana illik 17% dərəcəsi ilə 48 ay müddətinə 10000 (on min) manat məbləğində kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş "xxxx" ASC - hüquq əldə edən ilə "xxxx" ASC - hüquq sahibi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hüquq sahibi müştərilərlə bağladığı kreditlə bağlı müqavilələr üzrə bütün hüquqları, tələbləri, təminatları və üstünlükləri hüquq əldə edənə ötürməklə güzəşt etməyə, hüquq əldə edən isə bunun müqabilində güzəşt edilmiş hüquqlar müqabilində razılaşdırılmış ödənişi hüuquq sahibinə ödəməyi öhdələrinə götürürlər. Kredit Protfeli hüquq əldə edənə ötürüldükdən sonra müştərilər bütün öhdəliklərini hüquq əldə edən qarşısında daşıyacaqdır. Həmçinin İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli GTKR8292790A299 saylı Kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh2 ilə "xxxx" ASC-nin pərakəndə satış departamenti arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş elektron poçt ünvanından çıxarışdan görünür ki, kreditin verilməsi üçün zəruri sənədlər Cavabdeh2 elektron poçt ünvanına göndərilmiş, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 tərəfindən həmin sənədlər elektron qaydada imzalanmışdır. Həmin Müqavilənin 1.1, 1.2, 1.4 və 1.5-ci bənlərdinə əsasən “Kreditor” bu müqavilənin şərtlərinə uyğun olaraq “Borcalana müəyyən müddətə məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə gündəlik tələbat məqsədilə 48 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 3781 manat məbləğində kredit verilməsini öhdəsinə götürür, Borcalan isə 37.81 manat xidmət haqqı ödəməklə aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür; Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən kreditdən istifadəyə görə Borcalan illik 28% ödəyir. Borcalan əsas və faiz borcunu bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödəyir. Həmin Müqavilənin 2.3 bəndinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin verildiyi gündən qaytarıldığı günədək, istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. Həmin Müqavilənin 4.5-ci bəndinə əsasən müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə ATM, ödəniş terminalı vəya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrlə (bundan sonra sonra texnoloji vasitələr) müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Həmin Müqavilənin 4.6-cı bəndinə əsasən Tərəflər razılaşır ki, Bankın 11 noyabr 2016-cı il tarixli “Pərakəndə Bankçılıq üzrə standart Şərtlər” (bundan sonra “şərtlər) bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Müştəri bu müqaviləni imzalamaqla razılığını bildirir və təsdiq edir ki, şərtlərlə tanış olmuşdur və şərtlərdə o cümlədən bu müqavilədə qeyd edilən məsələlərlə bağlı Bank tərəfindən ona izahat da verilmişdir. Habelə şərtlərdə və bu bu müqavilədə qeyd edilənlərə dair etirzı yoxdur. Həmin Şərtlərin 2-ci - əsas anlayışlar bölməsinde qeyd edilmişdir ki, Müqavilə dedikdə Bank və Müştərinin yazılı və ya elektron imzası vasitəsilə və yaxud ATM (bankomat) vasitəsilə və yaxud da Tərəflərdən birinin digər Tərəfə SMS-lə (telefon nömrəsinə göndərilən məktub-mesaj) göndərdiyi şərtlərə müvafiq Tərəfin razılığının SMS-lə bildirilməsi vasitəsi ilə təsdiqlənən, yəni imzalanan, Bank və Müştəri arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən, dəyişdirən və ya xitam edən razılaşma başa düşülür. Müqavilə dedikdə onun ayrılmaz tərkib hissələri olan Əlavələr də nəzərdə tutulur, Müqaviləyə istinad eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan Əlavələrə də istinaddır. Hazırkı Standart şərtlər və Müştərinin imzaladığı Xüsusi şərtlər də birlikdə Müqavilə hesab olunur. Həmçinin Şərtlərin 2-ci - əsas anlayışlar bölməsinde qeyd edilmişdir ki, X1 digər və ya yeni, dəyişilən şərtlərini müəyyən edən və yaxud Müqaviləyə və ya onun bir hissəsinə xitam verən razılaşmadır. Əlavə Müqavilənin ayrılmaz tərkib hissəsidir. Əlavə Bank və Müştərinin yazılı və ya elektron imzası vasitəsilə və yaxud ATM (bankomat) vasitəsilə və yaxud da Tərəflərdən birinin digər Tərəfə SMS-lə göndərdiyi şərtlərə müvafiq Tərəfin razılığının SMS-lə bildirilməsi vasitəsi ilə təsdiqlənir, yəni imzalanir. Bankın internet səhifəsində və Bankın filiallarında (o cümlədən şöbə və nümayəndəliklərində) yerləşdirilərək Müqavilənin ayrılmaz tərkib hissəsinə çevrilən hazırkı Standart şərtlər də Əlavədir. İş materiallarına əlavə edilmiş xx.xx.2021 - xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 kreditin verilməsi təmin edilmiş və o, banka olan kredit borcu ilə əlaqədar müxtəlif vaxtlarda ödəmələr həyata keçirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından məlum olur ki, 21 noyabr 2022-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2024-cü il tarixə Banka 7404.9 manat əsas borc, 368.34 manat faiz borcu, GTKR8292790A299 saylı kredit müqaviləsinə əsasən isə 3004.02 manat əsas borc, 374.98 manat faiz borcu mövcuddur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, Kapital Bank” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 123.45 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Banka olan əsas və ona hesablanmış faiz borcunun ödənilməsi ödəmədiyi təqdirdə məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışlar. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 illik 17% dərəcəsi ilə 48 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2022 - xx.xx.2026 tarixləri ərzində ayda 288.55 manat, xx.xx.2026 tarixində isə 288.57 manat olmaqla, cəmi 13850.42 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh1 "xxxx" ASC ilə Zaminlik müqaviləsi bağlayaraq “Borcalan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Borcalan” ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Həmçinin xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin müştərilərlə bağladığı kreditlə bağlı müqavilələr üzrə bütün hüquqları "xxxx" ASC-nə ötürülmüşdür. Eyni zamanda "xxxx" ASC-nin pərakəndə satış departamenti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTKR8292790A299 saylı Kredit müqaviləsinə əsasən “Kreditor” tərəfindən “Borcalan”a müəyyən müddətə məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə gündəlik tələbat məqsədilə 48 ay müddətinə illik 28% dərəcəsi ilə 3871 manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə “Kapital Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Kreditor”un bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, “Kreditor”un “Borcalan”dan ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda verilmiş kreditin təminatı kimi Zamin Cavabdeh1 “Borcalan”nın götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün “Borcalan”nın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh2 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, Zamin Cavabdeh1 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün hər iki kreditin cəmi üzrə ödənilmiş 123.45 manat dövlət rüsumunun 97.73 manatı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 25.72 manatı isə yalnız Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Borcalanhər iki müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Borcalan” və “Zamin”ə qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-cı il tarixli İK ******* saylı Kredit müqaviləsinə əsasən 7404.29 (yeddi min dörd yüz dörd manat, iyirmi doqquz qəpik) manat əsas borc, 368.34 (üç yüz altmış səkkiz manat otuz dörd qəpik) manat faiz borcu, cəmi 7772.63 (yeddi min yeddi yüz yetmiş iki manat altmış üç qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, həmçinin Cavabdeh2 ilə İddiaçı ASC arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-cı il tarixli GTKR8292790A299 saylı Kredit müqaviləsinə əsasən 3004.02 (üç min dörd manat, iki qəpik) manat əsas borc, 374.98 (üç yüz yetmiş dörd manat doxsan səkkiz qəpik) manat faiz borcu, cəmi 3379 (üç min üç yüz yetmiş doqquz) manat məbləğində pul Cavabdeh2 alınaraq İddiaçı ASC-nə ödənilməlidir. Həmçinin hər iki kreditin cəmi üzrə ödənilmiş dövlət rüsmunun 97.73 manatı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 25.72 manatı isə yalnız Cavabdeh2 alınaraq İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-cı il tarixli İK ******* saylı Kredit müqaviləsinə əsasən 7404.29 (yeddi min dörd yüz dörd manat, iyirmi doqquz qəpik) manat əsas borc, 368.34 (üç yüz altmış səkkiz manat otuz dörd qəpik) manat faiz borcu, cəmi 7772.63 (yeddi min yeddi yüz yetmiş iki manat altmış üç qəpik) manat məbləində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-nə ödənilsin. Cavabdeh2 ilə İddiaçı ASC arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-cı il tarixli GTKR8292790A299 saylı Kredit müqaviləsinə əsasən 3004.02 (üç min dörd manat, iki qəpik) manat əsas, 374.98 (üç yüz yetmiş dörd manat doxsan səkkiz qəpik) manat faiz borcu, cəmi 3379 (üç min üç yüz yetmiş doqquz) manat məbləində pul Cavabdeh2 alınaraq İddiaçı ASC-nə ödənilsin. Hər iki kreditin cəmi üzrə ödənilmiş dövlət rüsmunun 97.73 manatı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 25.72 manatı isə yalnız Cavabdeh2 alınaraq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-795/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-795/2024
16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver