Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-798/2023 25.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, cavabdeh – Cavabdeh 27 may 2022-ci il tarixli, İK1012898 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 10640.02 (on min altı yüz qırx manat 02 qəpik) manat əsas borc, 79.30 (yetmiş doqquz manat 30 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10719.32 (on min yeddi yüz on doqquz manat 32 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 122.16 (bir yüz iyirmi iki manat 16 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq Borcalanın "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şərur filialı tərəfindən Cavabdeh tərəflər arasında bağlanmış 27 may 2022-ci il tarixli, İK1012898 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 48 ay müddətinə 12500 (on iki min beş yüz) manat məbləğində istehlak krediti verildiyini, borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu, bu səbəbdən tərəfimizdən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanıldığını, Borcalana xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrasını tələb edildiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair 2(110)-798/2023 saylı mülki işə məhkəmə tərəfindən baxıldığını, iş üzrə məhkəmə baxışı iclasının xx.xx.2023-cü il tarixə saat 14:30-a təyin edildiyini, iddia tələblərini müdafiə etdiklərini, işlərinin çoxluğunu nəzərə alaraq xx.xx.2023-cü il tarixə saat 14:30-a təyin edilmiş məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və müvafiq məhkəmə qərarının çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsində qeyd etdiklərinə, eyni zamanda iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarına əlavə olunmuş 27 may 2022-ci il tarixli, İK1012898 saylı Kredit müaviləsinin surətindən aydın olur ki, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında müqavilə bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bank Borcalana istehlak məqsədilə illik 17% dərəcəsi ilə 48 ay müddətinə 12500 (on iki min beş yüz) manat məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən öhdəliyin icrasının Borcalanın aylıq gəliri hesabına həyata keçiriləcəkdir... Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən müqavilə üzrə verilmiş kredit və ona hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq Borcalan tərəfindən Banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır... Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Borcalan tərəfindən nağdılaşdırılması üzrə xidmət haqqı olaraq kreditin 0 – 1.5 % həcmində ödəniş etməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli məxaric orderinin surətindən görünür ki, müvafiq xidmət haqqları tutulduqdan sonra Cavabdeh 12406 manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş 27 may 2022-ci il tarixli, İK1012898 saylı Kredit Müqaviləsinə Əlavədən-ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC Cavabdeh illik 17% dərəcəsi ilə 48 ay müddətinə 12500 (on iki min beş yüz) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2022 - xx.xx.2026 tarixləri ərzində ayda 360.69 manat, xx.xx.2026 tarixində isə 360.53 manat olmaqla, cəmi 17312.96 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, 27 may 2022-ci il tarixli, İK1012898 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh həmin tarixə Banka 10640.02 (on min altı yüz qırx manat 02 qəpik) manat əsas borc, 79.30 (yetmiş doqquz manat 30 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10719.32 (on min yeddi yüz on doqquz manat 32 qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 122.16 (bir yüz iyirmi iki manat 16 qəpik) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh illik 17% dərəcəsi ilə 48 ay müddətinə 12500 (on iki min beş yüz) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2022 - xx.xx.2026 tarixləri ərzində ayda 360.69 manat, xx.xx.2026 tarixində isə 360.53 manat olmaqla, cəmi 17312.96 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. “Borcalan” öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" ASC “Borcalan”a qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kreditor” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kreditor” “Borcalan” və Zaminə qarşı qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, 27 may 2022-ci il tarixli, İK1012898 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 10640.02 (on min altı yüz qırx manat iki qəpik) manat əsas borc, 79.30 (yetmiş doqquz manat otuz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10719.32 (on min yeddi yüz on doqquz manat otuz iki qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün ərizə üzrə ödənilmiş 122.16 (bir yüz iyirmi iki manat on altı qəpik) manat dövlət rüsumu cavabdehdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. 27 may 2022-ci il tarixli, İK1012898 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 10640.02 (on min altı yüz qırx manat iki qəpik) manat əsas borc, 79.30 (yetmiş doqquz manat otuz qəpik) manat faiz borcu, cəmi 10719.32 (on min yeddi yüz on doqquz manat otuz iki qəpik) manat borc və 122.16 (bir yüz iyirmi iki manat 16 qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 10841.48 (on min səkkiz yüz qırx bir manat qırx səkkiz qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-798/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-798/2023
25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver