Məhkəmə qərarları › İş №e-2(110)-804/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-804/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-804/2023 08.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit üzrə borcun qaytarılması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 29 sentyabr 2021-ci il tarixli, KT2909/04 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 982.61 (doqquz yüz səksən iki manat 61 qəpik) manat əsas borcu, 125.63 (bir yüz iyirmi beş manat 63 qəpik) manat faiz borc olmaqla, ümumilikdə 1108.24 (bir min bir yüz səkkiz manat 24 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 31.08 (otuz bir manat 08 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq, "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli, KT2909/04 saylı kredit müqaviləsinə əsasən illik 15 % dərəcəsi ilə 24 ay müddətinə 2000 (iki min) manat məbləğində istehlak krediti verildiyini, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 29 sentyabr 2021-ci il tarixli, ZM2909/04 saylı zaminlik müqaviləsi bağlandığını, borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə - müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1 bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozduğunu, dəfələrlə telefon əlaqəsi saxlanıldığını və borcalan və zaminə xəbərdarlıq məktublarının ünvanlandığını, borc məbləği dəqiq göstərilməklə borcun icrasının tələb olunduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlarına göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarına əlavə olunmuş 29 sentyabr 2021-ci il tarixli, KT2909/04 saylı saylı Kredit müaviləsinin təsdiqlənmiş surətindən aydın olur ki, "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında müqavilə bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bank Borcalana heyvandarlıq məqsədilə illik 15 % dərəcəsi ilə 24 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən öhdəliyin icrasının Borcalanın aylıq gəliri və təsərrüfatdan əldə edilən qazanc hesabına həyata keçiriləcəkdir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən müqavilə üzrə verilmiş kredit və ona hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq Borcalan tərəfindən Banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır. İş materiallarına əlavə olunmuş 29 sentyabr 2021-ci il tarixli, KT2909/04 saylı nömrəli Kredit Müqaviləsinə Əlavədən görünür ki, "xxxx" ASC Borcalan Cavabdeh2 illik 15 % dərəcəsi ilə 24 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 - xx.xx.2023 tarixləri ərzində 96.97 manat, xx.xx.2023-cü il tarixdə isə 97.07 manat olmaqla, cəmi 2327.38 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Məxaric Orderindən görünür ki, müvafiq xidmət haqqılar tutulduqdan sonra Cavabdeh2 1962 manat kreditin verilməsi təmin edilmişdir İş materiallarına əlavə olunmuş 29 sentyabr 2021-ci il tarixli, ZM2909/04 nömrəli Zaminlik müqaviləsinin surətindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Naxçıvanbank” ASC ilə Cavabdeh2 arasında 29 sentyabr 2021-ci il tarixli, KT2909/04 saylı Kredit müaviləsi üzrə “Borcalan”ın Bank qarşısında götürdüyü öhdəliləri yerinə yetirmədiyi halda kredit məbləğinin ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Maliyyə arayışdan məlum olur ki, 29 sentyabr 2021-ci il tarixli, KT2909/04 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 həmin tarixə Banka 982.61 (doqquz yüz səksən iki manat 61 qəpik) manat əsas borcu, 125.63 (bir yüz iyirmi beş manat 63 qəpik) manat faiz borc olmaqla, ümumilikdə 1108.24 (bir min bir yüz səkkiz manat 24 qəpik) manat kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2021 -xx.xx.2023-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 banka olan kredit borcu ilə əlaqədar onun adına aşılmış hesab vasitəsi ilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar həyata keçirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 31.08 (otuz bir manat 08 qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və 214/001 nömrəli, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3 gün müddətində Banka olan əsas və ona hesablanmış faiz borcunun ödənilməsi ödəmədiyi təqdirdə məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışlar. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli, KT2909/04 saylı nömrəli Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a dövriyyə vəsaitinin artırılması məqsədilə illik 15 % dərəcəsi ilə 24 ay müddətinə 2000 (iki min) manat məbləğində krediti “Borcalanın” mülkiyyətinə verir, “Borcalan” isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 - xx.xx.2023 tarixləri ərzində 96.97 manat, xx.xx.2023-cü il tarixdə isə 97.07 manat olmaqla, cəmi 2327.38 manat pulu "xxxx" ASCyə ödəməyi öhdəsinə götürmüşdür. X1 "xxxx" ASC ilə Zaminlik müqaviləsi bağlayaraq “Borcalan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Borcalan” ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. “Borcalan” öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" ASC “Borcalan” və Zaminə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin Kredit müqaviləsinin təminatı kimi Zamin Cavabdeh1 “Borcalan” Cavabdeh2 Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh2 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh1da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kreditor” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kreditor” “Borcalan” və “Zamin”ə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, 29 sentyabr 2021-ci il tarixli, KT2909/04 saylı Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 982.61 (doqquz yüz səksən iki manat 61 qəpik) manat əsas borcu, 125.63 (bir yüz iyirmi beş manat 63 qəpik) manat faiz borc olmaqla, ümumilikdə 1108.24 (bir min bir yüz səkkiz manat 24 qəpik) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün ərizə üzrə ödənilmiş 31.08 (otuz bir manat 08 qəpik) manat dövlət rüsumunun əvəzidə də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. 29 sentyabr 2021-ci il tarixli, KT2909/04 saylı Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 982.61 (doqquz yüz səksən iki manat altmış bir qəpik) manat əsas borc, 125.63 (bir yüz iyirmi beş manat altmış üç qəpik) manat faiz borcu, cəmi 1108.24 (bir min bir yüz səkkiz manat iyirmi dörd qəpik) manat borc və 31.08 (otuz bir manat səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1139.32 (bir min bir yüz otuz doqquz manat otuz iki qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar