Məhkəmə qərarları › İş №e-2(110)-809/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-809/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-809/2024 21.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı xxxxnın Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixli DKM/002N05A02725523 №-li Kredit müqaviləsi üzrə borc məbləğinin Borc alandan tutulması haqqında” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC “Xalq” Bankın nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023cü il tarixli DKM/002N05A02725523 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 15000,0 (on beş min) manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 1 380,0 (bir min üç yüz səksən) manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 326,65 (üç yüz iyirmi altı manat 65 qəpik) manat məbləğində penya, cəmi 16706,65 (on altı min yeddi yüz altı manat 65 qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan penya Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 140,12 (bir yüz qırx manat 12 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində bildirmişdir ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/002N05A02725523 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixinə Cavabdeh Kreditor qarşısında gecikdirilmiş borcu 16380,0 (on altı min üç yüz səksən) manat təşkil edir ki, bunun da 15000,0 (on beş min) manat vaxtı keçmiş əsas borcdan, 1380,0 (bir min üç yüz səksən) manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 5 % (beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2024-cü il tarixinə bu məbləğ 326,65 (üç yüziyirmi altı manat 65 qəpik) manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh (Borc alan) tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2024-cü il tarixli SQ-XO-20.2.2024-002 nömrəli xəbərdarlıq göndərilməsinə baxmayaraq, həmin şəxs tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək ərizəsində iddia ərizəsinin məhkəməyə verilməsindən iki ay müddətin keçdiyini, borcun artdığını, qeyd edilən müddət ərzində cavabdeh tərəfindən kredit üzrə heç bir ödənişin həyata keçirilmədiyini, AR MPM-nin 53-cü maddəsinin tələblərini rəhbər tutaraq iddia ərizəsində göstərilmiş tələblərimizin 1-ci və 2-ci bəndlərindəmüvafiq dəyişiklik edərək xx.xx.2023-cü il tarixli DKM/002N05A02725523 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 15000 (on beş min) manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 1 675,0 (bir min altı yüz yetmiş beş) manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 449,57 (dörd yüz qırx doqquz manat 57 qəpik) manat məbləğində penya, cəmi 17124,57 (on yeddi min yüz iyirmi dörd manat 57 qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan penya Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasını, iddia ərizəsinin verilməsinə görə 141.37 manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün çəkilmiş cərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə mülki işə artırılmış iddia təlbi çərçivəsində baxılmasını qərara almışdır. Eyni zamanda iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə göndərərək ərizəsində ASC “Xalq Bankı” tərəfindən xx.xx.2024-cü il tarixli “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Həmin ərizənin “xx.xx.2023-cü il tarixli DKM/002N05A02725523 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 15 000,0 (on beş min) manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 1 675,0 (bir min altı yüz yetmiş beş) manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 449,57 (dörd yüz qırx doqquz manat 57 qəpik) manat məbləğində penya, cəmi 17124,57 (on yeddi min yüz iyirmi dörd manat 57 qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan penya Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulsun.” hissəsində texniki səhv olmuş və “xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə“ sözləri əvəzinə “xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə“ sözləri qeyd edilmişdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü («İddianın dəyişdirilməsi») maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən “xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə“sözləri “xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə“sözləri ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə dəqiqləşdirilmiş iddia təlbi çərçivəsində baxılmasını qərara almışdır. İddiaçı təşkilat ASC “Xalq” Banka məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə "xxxx" informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək ərizəsində, xxxxnın Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş sizin icraatınıadadır. Mülki iş üzrə məhkəmənin baxış iclası xx.xx.2024-cü il tarixə, saat 14:30-a təyin edilmişdir. Əlavə olaraq bildiririk ki, mülki iş üzrə əhəmiyyət kəsb edən bütün sübutlar tərəfimizdən məhkəməyə təqdim edilmiş, mövqeyimiz müvafiq hüquq normalarına istinad edilməklə məhkəmənin diqqətinə çatdırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə iclasını bizim iştirakımız olmadan keçirib, iddianın tam şəkildə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli DKM/002N05A02725523 saylı “Kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı ASC “Xalq” Bank arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndrində qeyd olunmuşdur ki, bu müqaviləyə əsasən bank borcalana 36 ay müddətinə 15000 manat məbləğində, kreditdən istifadəyə görə illik 12 % ödənilməsi şərti ilə kredit verməyi, borcalan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür . Həmin Müqavilənin 1.2-ci bəndində qeyd olunmuşdur ki, kredit aşağıdakı məqsədlər üçün verilir: Nəqliyyat vasitəsinin alınması üçün istehlak krediti. Həmin Müqavilənin 1.3-cü bəndində qeyd olunmuşdur ki, həcmi və ödəniş müddəti bu müqavilənin bağlanması anına bəlli olan “Banklarda kredit risklərinin idarə edilməsi qaydaları”na (o cümlədən həmin qaydaların 2 №li əlavəsinə) (qeyd edilən qaydalar ilə internet şəbəkəsinə keçid etməklə tanış olmaq mümkündür) uyğun olaraq hesablanmış kredit üzrə faktiki illik faiz dərəcəs (FİFD) 12.81% (on iki tam yüzdə səksən bir faiz) təşkil edir. FİFD-in hesablanması zamanı aşağıda göstərilən ödəniş və xərclər nəzərə alınmışdır. 1) Kreditin rəsmiləşdirməsinə görə komissiya: 30.0 (otuz) manat 2) Hesablaşma xidmətlərinin göstərilməsinə görə komissiya: 75.0 (yetmiş beş) manat. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli DKM/002N05A02725523 saylı Kredit müqaviləsində nəzərdə tutulmuş ödəniş cədvəlindən görünür ki, Kredit alan illik 12.0 % dərəcəsi olmaqla 36 ay müddətinə 15000 (on beş min) manat krediti xx.xx.2023 – xx.xx.2026 tarixləri ərzində ayda 498.21 manat, xx.xx.2026 tarixində isə 498.40 manat olmaqla, cəmi 17935.75 manat pulu Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş cədvəldən görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh xx.xx.2023cü il tarixli DKM/002N05A02725523 saylı kredit müqaviləsinə əsasən 15000 manat vaxtı keçmiş borcu, 1380 manat hesablanmış adi faiz borcu, 326.65 manat cərimə faizləri üzrə borcu olmaqla cəmi 16706.65 manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, ASC “Xalq” Bank tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 140.12 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş cədvəldən görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh xx.xx.2023cü il tarixli DKM/002N05A02725523 saylı kredit müqaviləsinə əsasən 15000 manat vaxtı keçmiş borcu, 1675.0 manat hesablanmış adi faiz borcu, 449.57 manat cərimə faizləri üzrə borcu olmaqla cəmi 17124.57 manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, ASC “Xalq“Bank tərəfindən məhkəmədə iddia tələbinin həcminin artırılması ilə əlaqədar əlavə olaraq dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 1.25 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, ASC “Xalq” Bank Cavabdeh Nəqliyyat vasitəsinin alınması üçün illik 12.0 faiz dərəcəsi ilə hesablanmaqla 36 ay müddətinə 15000 (on beş min) manat kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən “Bank” yuxarıda qeyd olunan məbləğdə krediti “Borcalan”nın mülkiyyətinə vermiş, “Borcalan” isə aldığı krediti xx.xx.2023 – xx.xx.2026 tarixləri ərzində ayda 498.21 manat, xx.xx.2026 tarixində isə 498.40 manat olmaqla, cəmi 17935.75 manat olmaqla “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Bank”ın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. Həmçinin “Borcalan” öhdəliyini vaxtında icra etmədiyi üçün “Bank” “Borcalan”a qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış kredit razılaşmalarının şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçının məhkəməyə müraciəti tamamilə əsaslıdır. Hımçinin məhkəmə iddia tələbi üzrə iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 5 % (beş faiz) dərəcəsi ilə penya tələbi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qeyri-müəyyən olduğundan iddia həmin hissədə təmin edilməməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 141.37 (bir yüz qırx bir manat otuz yeddi qəpik) manat dövlət rüsumunun əvəzi də Cavabdeh alınaraq iddiaçı ASC “Xalq” Banka ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” borcun alınması ilə bağlı “Borcalan”a qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli DKM/002N05A02725523 saylı Kredit müqaviləsi üzrə Cavabdeh 15000 (on beş min) manat əsas borc, xx.xx.2024-cü il tarixədək kreditdən istifadəyə görə hesablanmış 1675.0 (bir min altı yüz yetmiş beş) manat faiz borcu, 449.57 (dörd yüz qırx doqquz manat əlli yeddi qəpik) cərimə, cəmi 17124.57 (on yeddi min bir yüz iyirmi dörd manat əlli yeddi qəpik) manat borc və ödənilmiş 141.37 (bir yüz qırx bir manat otuz yeddi qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 17265.94 (on yeddi min iki yüz altmış beş manat doxsan dörd qəpik) manat məbləğində pul alınaraq ASC “Xalq” Banka ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli DKM/002N05A02725523 saylı Kredit müqaviləsi üzrə Cavabdeh 15000 (on beş min) manat əsas borc, xx.xx.2024-cü il tarixədək kreditdən istifadəyə görə hesablanmış 1675.0 (bir min altı yüz yetmiş beş) manat faiz borcu, 449.57 (dörd yüz qırx doqquz manat əlli yeddi qəpik) cərimə, cəmi 17124.57 (on yeddi min bir yüz iyirmi dörd manat əlli yeddi qəpik) manat borc və ödənilmiş 141.37 (bir yüz qırx bir manat otuz yeddi qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 17265.94 (on yeddi min iki yüz altmış beş manat doxsan dörd qəpik) manat məbləğində pul alınaraq ASC “Xalq” Banka ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar