Məhkəmə qərarları › İş №e-2(110)-81/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-81/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-81/2023 01.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən 4549.04 AZN əsas, 587.55 AZN faiz, cəmi 5136.59 AZN pul vəsaitinin və 71.36 AZN dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik faiz dərəcəsi 26 və məbləği 4710 AZN olan kredit vəsaitinin mədaxil edildiyini, daha dəqiq desək kreditin nağd şəkildə deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verildiyini, kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, cavabdehin xx.xx.2022-ci il tarixə ”Kapital Bank” ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 4549.04 AZN əsas borc, 587.55 məbləğində faiz borcu olmaqla cəmi 5136.59 AZN borcu yarandığını, bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərlməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilmədiyini qeyd etmişdir. İddiaçı təşkilat İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayənəsi məhkəmə baxışı iclasına gəlməmiş, lakin xx.xx.2022-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ünvanladığı ərizənin məzmunundan görünür ki, iddiaçı tərəf kimi məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim etdiklərini, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə trəflərin iştirakı olmadan baxılmasının mümkün olduğunu, iddia ərizələrinin tam əsaslı və qanuni olduğunu, yuxarıda göstərdiklərini və iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli GTKR4652320A299 saylı Kredit müqaviləsindən aydın olur ki, "xxxx" ASC-nin Pərakəndə satış Departamenti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış Kredit müqaviləsinə əsasən tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş elektron poçt ünvanından çıxarışdan görünür ki, kreditin verilməsi üçün zəruri sənədlər Cavabdeh elektron poçt ünvanına göndərilmiş, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən həmin sənədlər elektron imza ilə imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci maddəsinə əsasən Bank Müştəriyə istehlak məqsədi ilə kredit verir, kreditin istifadəsilə bağlı müvafiq hesab açır, Müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas, faiz borcu, xidmət haqqı,dəbbə pulu və.s) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir; Həmin Müqavilənin 1.1.1, 1.1.2, 1.1.3 və 1.1.4-cü maddələrinə əsasən “Bank” “Müştəriyə” gündəlik tələbat məqsədilə 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə hesablanan 4710 manat məbləğində kredit vermişdir; Həmin Müqavilənin 1.1.5-ci bəndinə əsasən kreditdən qaytarılması bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödənilir; Həmin Müqavilənin 1.1.5-ci bəndinə əsasən kreditdən qaytarılması bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödənilir; Həmin Müqavilənin 1.1.6.1-ci bəndinə əsasən 47.1 manat nağdılaşdırma komissiyası tutulmuşdur; Həmin Müqavilənin 1.1.6.2-ci bəndinə əsasən 94.2 manat Bank zəmanəti komissiyası tutulmuşdur; Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Bank kreditdən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına 410100D**********299 saylı cari hesab və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açır; Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən kredit Müştərinin cari hesabına köşürmə yolu ilə verilir... Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin verildiyi (cari hesaba köçürüldüyü) gündən qaytarıldığı günədək, istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablannır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. Həmin Müqavilənin 2.10-cü bəndinə əsasən bu müqavilə imzalandığı andan Müştəri ilə Bank arasında bağlanmış aşağıdakı müqavilə(lər) üzrə ödənilməmiş ümumi qalıq borc (əsas borc, faiz borcu və cərimə borcu daxil olmaqla) bu Müqavilə üzrə Müştəriyə verilmiş kredit vəsaiti hesabına və Bank tərəfindən Müştərinin əlavə razılığı olmadan akseptsiz qaydada silinərək ödənilir, bununla da Tərəflərin qarşılıqlı razılığı ilə həmin müqavilə(lər)yə xitam verilir. Həmin Müqavilənin 2.10.1-ci bəndinə əsasən qalıq borcları xx.xx.2021-ci il tarixli, GTKR3737245A299 saylı Kredit müqaviləsi üzrə 3511.18 manat, xx.xx.2021-ci il tarixli, BBLK3737246A299 saylı Kredit müqaviləsi üzrə 50.39 manat təşkil edir. Həmin Müqavilənin 4..5 bəndinə əsasən müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə ATM, ödəniş terminalı vəya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrlə (bundan sonra sonra texnoloji vasitələr) müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Həmin Müqavilənin 4.6-cı bəndinə əsasən Tərəflər razılaşır ki, Bankın 11 noyabr 2016-cı il tarixli “Pərakəndə Bankçılıq üzrə standart Şərtlər” (bundan sonra “şərtlər”) bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Müştəri bu müqaviləni imzalamaqla razılığını bildirir və təsdiq edir ki, şərtlərlə tanış olmuşdur və şərtlərdə o cümlədən bu müqavilədə qeyd edilən məsələlərlə bağlı Bank tərəfindən ona izahat da verilmişdir. Habelə şərtlərdə və bu bu müqavilədə qeyd edilənlərə dair etirzı yoxdur. Şərtlər bankın rəsmi internet ünvanında və filiallarında çap versiyasında mövcuddur. Bankın rəsmi internet ünvanında yerləşdirilmiş Şərtlərin 2-ci - əsas anlayışlar, bölməsinde qeyd edilmişdir ki, Müqavilə dedikdə Bank və Müştərinin yazılı və ya elektron imzası vasitəsilə və yaxud ATM (bankomat) vasitəsilə və yaxud da Tərəflərdən birinin digər Tərəfə SMS-lə (telefon nömrəsinə göndərilən məktub-mesaj) göndərdiyi şərtlərə müvafiq Tərəfin razılığının SMS-lə bildirilməsi vasitəsi ilə təsdiqlənən, yəni imzalanan, Bank və Müştəri arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən, dəyişdirən və ya xitam edən razılaşma başa düşülür. Müqavilə dedikdə onun ayrılmaz tərkib hissələri olan Əlavələr də nəzərdə tutulur, Müqaviləyə istinad eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan Əlavələrə də istinaddır. Hazırkı Standart şərtlər və Müştərinin imzaladığı Xüsusi şərtlər də birlikdə Müqavilə hesab olunur. Həmçinin Şərtlərin 2-ci - əsas anlayışlar, bölməsinde qeyd edilmişdir ki, X1 digər və ya yeni, dəyişilən şərtlərini müəyyən edən və yaxud Müqaviləyə və ya onun bir hissəsinə xitam verən razılaşmadır. Əlavə Müqavilənin ayrılmaz tərkib hissəsidir. Əlavə Bank və Müştərinin yazılı və ya elektron imzası vasitəsilə və yaxud ATM (bankomat) vasitəsilə və yaxud da Tərəflərdən birinin digər Tərəfə SMS-lə göndərdiyi şərtlərə müvafiq Tərəfin razılığının SMS-lə bildirilməsi vasitəsi ilə təsdiqlənir, yəni imzalanir. Bankın internet səhifəsində və Bankın filiallarında (o cümlədən şöbə və nümayəndəliklərində) yerləşdirilərək Müqavilənin ayrılmaz tərkib hissəsinə çevrilən hazırkı Standart şərtlər də Əlavədir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli GTKR4652320A299 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh illik 26 faiz dərəcəsi ilə 24 ay müddətinə 4710 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2023 tarixləri ərzində ayda 253.75 manat, xx.xx.2024 tarixində isə 256.01 manat olmaqla, cəmi 6092,26 manat pulu “Kapital Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli GTKR4652320A299 saylı kredit müqaviləsinə əsasən 4710 manatdan cavabdehin Banka xx.xx.2021-ci il tarixli, GTKR3737245A299 saylı Kredit müqaviləsi üzrə 3511.18 manat və xx.xx.2021-ci il tarixli, BBLK3737246A299 saylı Kredit müqaviləsi üzrə 50.39 manat qalıq borcları ödənildikdən, 47.1 manat nağdılaşdırma komissiyası və 94.2 manat Bank zəmanəti komissiyası tutulduqdan sonra 1007.13 manat onun kartına köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 4549.04 manat əsas borc, 587.55 manat məbləğində faiz borcu olmaqla cəmi 5136.59 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinə 71.36 manat rüsum ödənilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olur ki, öhdəliklərinin dərhal yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə "xxxx" ASC borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "xxxx" ASCnin Pərakəndə satış Departamenti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli GTKR4652320A299 saylı Kredit müqaviləsinə əsasən Bank tərəfindən Müştəri Cavabdeh 24 ay müddətinə illik 26 faiz ödəmək şərtilə 4710 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli GTKR4652320A299 saylı Kredit müqaviləsinə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2023 tarixləri ərzində ayda 253.75 manat, xx.xx.2024 tarixində isə 256.01 manat olmaqla, cəmi 6092,26 manat pulu “Kapital Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Müştəri” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Bank”ın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir.“Müştəri” öhdəliyini vaxtında icra etmədiyi üçün “Bank” ona qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; -741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, xx.xx.2022-ci il tarixli GTKR4652320A299 saylı kredit müqaviləsinə əsasən 4549.04 (dörd min beş yüz qırx doqquz manat dörd qəpik) manat əsas borc, 587.55 (beş yüz səksən yeddi manat əlli beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 5136.59 (beş min bir yüz otuz altı manat əlli doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 71.36 (yetmiş bir manat otuz altı qəpik) manat dövlət rüsumunun əvəzi də, cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli GTKR4652320A299 saylı kredit müqaviləsinə əsasən 4549.04 (dörd min beş yüz qırx doqquz manat dörd qəpik) manat əsas borc, 587.55 (beş yüz səksən yeddi manat əlli beş qəpik) manat məbləğində faiz borcu, cəmi 5136.59 (beş min bir yüz otuz altı manat əlli doqquz qəpik) manat məbləğində borc və 71.36 (yetmiş bir manat otuz altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 5207.95 (beş min iki yüz yeddi manat qoxsan beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar