Məhkəmə qərarları › İş №e-2(110)-810/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-810/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-810/2023 02.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı X4 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 28 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 10210.24 manat əsas borc, 388.6 manat faiz borcu və 10.54 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10609.38 manat borcun və 121.83 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh1 28 dekabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl“ İKB ASC-dən illik 17 faizlə 36 ay müddətinə 11000 (on bir min) manat kredit götürdüyünü, borcun təminatı olaraq Cavabdeh2 ilə 28 dekabr 2022-ci il tarixli zaminlik müqviləsinin bağlandığını, lakin borclunun müqavilənin şərtlərini pozduğunu, borc öhdəliyini icra etmədən boyun qaçırdığını, 21 iyul 2023-dək Cavabdeh1 banka 28 dekabr 2022ci il tarixli kredit müqaviləsi üzrə 10210.24 manat əsas borc, 388.6 manat faiz borcu və 42.16 manat cərimə olmaqla ümumilikdə cəmi 10641 manat borcu olduğunu, Cavabdeh1 28 dekabr 2022-ci il tarixli kredit müqviləsi üzrə banka olan cərimə borcu 42.16 manat təşkil edilməsinə baxmayaraq, cərimə məbləği kredit müqviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 10.54 məbləğində tələb olunduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırdığını qeyd etmişdir. İddiaçı təşkilat Bank İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində İddiaçı X4 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə məhkəmə baxışı iclasının 02 oktyabr 2023-cü il tarixə saat 14:00-a təyin edildiyini, iş həçminin çoxluğunu nəzərə alaraq məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, cavabdehlər məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 28 dekabr 2022-ci il tarixli 11-Z-1-0-4131-22 nömrəli razılaşmadan görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərilərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin razışalmanın 1-ci bəndində qeyd olunmuşdur ki, mən Cavabdeh1 bu razılaşmanı imzalamaqla təsdiq edirəm ki, İddiaçı ASC-nin İdarə Heyətinin qərarı təsdiqlənmiş və X2 (https://www. Yelo.az/) yerləşdirilmiş Bank xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtləri oxudum, sənədin bütün müddəaları və tələbləri ilə razıyam və bu Razılaşmanın imzalanması nəticəsində həmin Standart Şərtlər gələcəkdə mənimlə Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmirəm. Həmin razılaşmanın 2-ci bəndinə əsasən mən gələcəkdə Bankın hər-hansı bir xidmətindən istifadə etməzdən öncə yuxarıda 1-ci bənddə qeyd edilmiş URL internet keçidində mövcud olan Standart Şərtlərlə təxirəsalınmadan, lakin istənilən halda Bankda açılmış hesablardan və ya bank məhsulları və xidmətlərdə istifadə etməzdən öncə, tanış olaraq öz mülahizəmə uyğun olaraq, Bankın yerli struktur bölməsinə fiziki olaraq yaxınlaşmaqla və müstəqil peşəkar hüquqi yardım almaqla xidmətlərdən istifadə edcəyəm. Həmin razılaşmanın 3-cü bəndinə əsasən mən təsdiq edirəm və bəyan edirəm ki, Bankda açılmış hesablardan və ya Bankın təklif etdiyi məhsulları və xidmətlərdən istifadə etdiyim halda , bu, mənim tərəfimdən Standart Şərtlərin (ona edilmiş əlavə və dəyişikliklərlə birlikdə) tələb və müd Həmin razılaşmanın 12.1-ci bəndinə əsasən Bank Müştəriyə istehkak məqsədilə illik 17 faizlə 36 ay müddətinə 11000 manat məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. Həmçinin kredit hər ayın 28-i günü, aylıq 392.18 manat olmaqla ödənilməlidir. Həmin müqavilənin 12.1.7-ci bəndinə əsasən ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə llik 180 % cərimə hesablanması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş 28 dekabr 2022-ci il tarixli 11-Z-1-0-4131-22 saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti xx.xx.2022-ci il tarixli, 11-Z-1-0-4131-22 saylı kredit müqaviləsinə (bundan sonra – Kredit Müqaviləsi) bankdan kredit götürmüş borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin təmamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsidir. Həmin müqavilənin 4.1-ci bəndlərinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə olunmuş Məxaric Qəbzinin təsdiqlənmiş surətindən görünür ki, 28 dekabr 2022-ci il tarixdə Cavabdeh1 imza etdirilməklə 11000 manat kredit verilməsi təmin edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 Banka 10210.24 manat əsas borc, 388.6 manat faiz borcu və 42.16 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10641 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, “Yelo Bank“ ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 121.83 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, də məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Kreditor "xxxx" ASC ilə Borcalan Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2022-ci il tarixli 11-Z-1-0-4131-22 saylı saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə illik 17 faizlə 36 ay müddətinə 11000 manat məbləğində kredit verilmişdir. Həmçinin Cavabdeh2 "xxxx" ASC ilə Zaminlik müqaviləsi bağlayaraq “Borcalan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Borcalan” ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Bank qarşısında məsuliyyət daşıyararaq nəticədə iddiaçıya borcu yaranmışdır. Ona görə də "xxxx" ASC belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" ASC-yə olan borcunu ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;“ - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmçinin Kredit müqaviləsinin təminatı kimi zamin Cavabdeh2 “Borcalan” Cavabdeh1 Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh2 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kreditor” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kreditor” “Borcalan” və Zaminə qarşı qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməlivə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28 dekabr 2022-ci il tarixli 11-Z-1-0- 4131-22 saylı kredit müqaviləsi üzrə 10210.24 (on min iki yüz on manat iyirmi dörd qəpik) əsas borc, 388.6 (üç yüz səksən səkkiz manat altmış qəpik) manat faiz borcu, 10.54 (on manat əlli dörd qəpik) manat cərimə olmaqla, cəmi 10609.38 (on min altı yüz doqquz manat otuz səkkiz qəpik) manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 121.83 (yüz iyirmi bir manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 28 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10210.24 (on min iki yüz on manat iyirmi dörd qəpik) əsas borc, 388.6 (üç yüz səksən səkkiz manat altmış qəpik) manat faiz borcu, 10.54 (on manat əlli dörd qəpik) manat cərimə olmaqla, cəmi 10609.38 (on min altı yüz doqquz manat otuz səkkiz qəpik) manat borc və 121.83 (yüz iyirmi bir manat səksən üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 10731.21 (on min yeddi yüz otuz bir manat iyirmi bir qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar