Məhkəmə qərarları › İş №e-2(110)-814/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-814/2024

30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-814/2024 30.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçındə sürücü vəzifəsində işləyərkən yükdaşımalarını həyata keçirən zaman vurduğu (qaytarmadığı) ziyan olan 6290 (altı min iki yüz doxsan) AZN pulun, həmçinin dövlət rüsumu olan 82.90 (səksən iki manat doxsan qəpik) AZN pulun, ümumilikdə 6372.90 (altı min üç yüz yetmiş iki manat doxsan qəpik) AZN pulun Cavabdeh alınaraq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin direktoru iddia ərizəsində bildirmişdir ki, nümayəndəsi olduğum İddiaçı (VÖEN: **********) xx.xx.2020-ci il tarixindən müvafiq vergi qurumunda qeydiyyatdan keçməklə aktiv sahibkarlıq fəaliyyətinə başlamışdır. Fəaliyyət göstərdiyi qısa zaman olsa da, MMC ölkədə daşımaçılıq sahəsində öz sözünü deməyə başlamış və sahibkarlar arasında artıq kifayət qədər yüksək nüfuza sahibdir. Şirkət daima öz tərəfdaşlarına sadiqlik nümayiş etdirmiş, ona etibar edilmiş (müqavilə əsasında) malları, xammal və materalları məsuliyyətlə lazımi ünvana vaxtında və lazımi qaydada çatdırmışdır. Hazırki iş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixindən etibarən qeyd edilən şirkətdə “sürücü“vəzifəsində işə başlamış və yük daşımalarının həyata keçirilməsində sürücü olaraq iştirak etmişdir. Həmin sürücü X2 Rusiya Federasiyasına yük aparmaq üçün İran islam Respublikasına getmiş, yükü təhvil alaraq Rusiya Federasiyasının Moskva şəhərinə (bazara) aparmışdır. İranda yük yüklənən zaman xidmət haqqı (logistika xidmət haqqısı) əvvəlcədən yox, yük aparılıb satıldıqdan sonra pul nağd şəkildə sürücüyə ödənilir (ümumi qayda belədir). Həmin yük daşımanaın xidmət haqqısı 3700 (üç min yeddi yüz) dollar, yəni 6290 (altı min iki yüz doxsan) AZN təşkil etmişdir. Hazırki iş üzrə cavabdeh həmin məbləği götürmüş və şirkətə geri qaytarmamışdır. Bir neçə müddət həmin sürücüdən xəbər alına bilməmiş və daha sonra Rusiya Federasiyasında olan başqa bir sürücümüz Moskva şəhərində bu məsələ ilə bağlı polis qurumuna müraciət etmiş, lakin sonradan onun telefonlarına zəng çatmamış və nəticədə qeyd edilən məbləğin ondan geri alınması mümkün olmamışdır. Son nəticədə isə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Nəticədə hazırki iş üzrə cavabdeh İddiaçı MMC-yə 6290 (altı min iki yüz doxsan) AZN maddi ziyan vurmuşdur. Həmin məbləğin (dəymiş ziyanın) məhkəmə qaydasında cavadehdən alınıb şirkətə ödənilməsini istəyirik. Eyni zamanda bu iddianın qaldırılması üçün 82.9 (səksən iki manat doxsan qəpik) AZN pulun da cavabdehdən alınıb şirkətə ödənilməsini istəyirik. Əlavə olaraq onuq eyd etmək istəyirəm ki, həmin məbləğ şirkətə aid olan məbləğdir və bu da şirkəti ciddi şəkildə maliyyə itkilərinə məruz qoyur, son nəticədə isə şirkətin davamlı olara qaktiv fəaliyyət göstərməsinə ciddi maeələr yaradır. Həmçinin onu da qeyd etmək lazımdır ki, həmin şəxsin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ ç” bəndi ilə xitam verilmiş və o işdən azad olunmuşdur. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində qeyd edilən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materillarına əlavə olunmuş: - xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən (konrtakdan) görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər; - xx.xx.2023-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, “Həsənoğulları Logistika” MMC ilə Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqaviləsi bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər; - Əmək müqaviləsinin 4.5-ci bəndinə əsasən tərəflər əmək müqaviləsinin şərtlərini, Əmək Məcəlləsi ilə müəyyən edilmiş öhdəlikləri, habelə bir-birinin qanuni mənafelərini və hüquqlarını pozduqda, onlar aidiyyatı dövlət orqanlarından və mülkiyyətçidən təqsirkar tərəfin məhkəməyə gətirilməsini tələb etmək hüququna malikdirlər; - xx.xx.2023-cü il tarixli 01 nömrəli müqavilədən görünür ki, “Həsənoğulları Logistika” MMC ilə X6 arasında bağlanmış müqaviləyə əsasən X6 mülkiyyətində olan DAF FTXF 105460 YÜK markalı, ** TK *** dövlət qeydiyyat nişanlı yük avtomobilini şirkətin sərəncamına vermişdir; - xx.xx.2023-cü il tarixli 01 nömrəli müqavilədən görünür ki, “Həsənoğulları Logistika” MMC ilə X6 arasında bağlanmış müqaviləyə əsasən X4 mülkiyyətində olan SCHMİTZ SKO 24 markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqunu şirkətin sərəncamına vermişdir; - xx.xx.2023-cü il tarixli 01 nömrəli müqavilədən görünür ki, “Həsənoğulları Logistika” MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh şirkətin qəbul etdiyi sifarşlər üzrə yükləri müqavilə üzrə beynəlxalq daşımaları təşkil etməklə müəyyən olunmuş məntəqələrə çatdırması və yük avtomobilini Şirkətin sərəncamına verməyi öhdəsinə götürmüşdür; - xx.xx.2023-cü il tarixli hesab-faktura və qablaşdırılma siyahısından görünür ki, Cavabdeh sərəncamına verilmiş DAF FTXF 105460 markalı, ** TK *** dövlət qeydiyyat nişanlı və SCHMİTZ SKO 24 markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobili ilə X1 məxsus 16000 kq təzə heyvanı Rusiya Federasiyasında yerləşən Alıcı "xxxx" MMC-nə çatdırılması sifarişi qəbul olunmuşdur; - Malların Bətannaməsindən görünür ki, X1 məxsus 16000 kq təzə heyvanı Rusiya Federasiyasında yerləşən Alıcı "xxxx" MMC-nə çatdırılması müqabilində 3700 dollar yük daşıması xidmət haqqı nəzərdə tutulmuşdur. - 12709 nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırması üçün "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə dövlət büdcəsinə 82.90 (səksən iki manat doxsan qəpik) manat rüsum ödəmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC (Şirkət) ilə Cavabdeh (sürücü) arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-yə sürücü qəbul olunmuşdur. Eyni zamanda “Şirkət” ayrı - ayrı şəxslərdən icarəyə götürdüyü DAF FTXF 105460 markalı, ** TK *** dövlət qeydiyyat nişanlı yük avtomobilini və SCHMİTZ SKO 24 markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqunu şirkətin qəbul etdiyi sifarşlər üzrə yükləri müqavilə üzrə beynəlxalq daşımaları təşkil etməklə müəyyən olunmuş məntəqələrə çatdırması və daşımanın sonunda ödənilən yük daşıması xidmət haqqını və yük avtomobilini “Şirkətin” sərəncamına verməsi şərtilə “Sürücü“ilə aralarında xx.xx.2023-cü il tarixli müqavilə bağlamışdır. İç materialında olan Malların Bətannaməsindən görünür ki, X1 məxsus 16000 kq təzə heyvanı Rusiya Federasiyasında yerləşən Alıcı "xxxx" MMC-nə çatdırılması müqabilində “Şirkət”ə 3700 dollar yük daşıması xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Lakin “Sürücü“ Əmək müqaviləsinin 4.5-ci bəndinə əsasən “Şirkət”in qanuni mənafelərini qorumağı öz öhdəsinə götürsədə, bu öhdəliyə əməl etməyərək “Şirkət”in qəbul etdiyi sifariş üzrə yükü aidiyyatı ünvana çatdırsada, yükün daşınmasına görə ona ödənilmiş 3700 ABŞ dolları, yəni 6290 manat yük daşıma xidmət haqqını “Şirkət”ə ödəməyərək sonuncuya 6290 manat maddi ziyan vurmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehə dəfələrlə məhkəmə iclaslarının yeri vaxtı barədə məlumat verilsədə, o məhkəmə iclaslarına gəlmiş, iddiaçının iddia tələbini təkzib edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 10-cu maddəsinin “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir; - 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; - 194.1-ci maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludu;. - 194-cü maddəsinin 2-ci hissəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir; - 199-cu maddəsinin “a” bəndinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; - 200-cü maddəsinin 1-ci hissəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.. Həmçinin məhkəmə iddiaçının dövlət rüsumu olaraq ödənilmiş 82.90 (səksən iki manat doxsan qəpik) manat pulun cavabdehdən alınıb ona ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumuna dair hissədə də təmin edilməlidir. Beləliklə də, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh İddiaçınə vurduğu 6290 (altı min iki yüz doxsan) manat maddi ziyan və ödənilmiş 82.90 (səksən iki manat doxsan qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 6372.90 (altı min üç yüz yetmiş iki manat doxsan qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçınə vurduğu 6290 (altı min iki yüz doxsan) manat maddi ziyan və ödənilmiş 82.90 (səksən iki manat doxsan qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 6372.90 (altı min üç yüz yetmiş iki manat doxsan qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininə ödənilsin.“ “ Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar