Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-824/2025 31.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X4 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6663 (altı min altı yüz altmış üç) manat 89 (səksən doqquz) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 37 (otuz yeddi) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunduğunu, xx.xx.2024-cü il tarixdə administrator vəzifəsinə işə qəbul olunduğunu və “X6” haqqında müqavilə imzalandığını, xx.xx.2024-cü il tarixdə işdən azad edildiyini, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol verdiyini, belə ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin “OBA “Köhnə Günəşli 17” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə 6785 (altı min yeddi yüz səksən beş) manat 10 (on) qəpik zərər vurması müəyyən edildiyini, inventarizasiya yoxlaması zamanı Cavabdeh iştirakının təmin edildiyini, ondan iltizamnamə alındığını, maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 6663 (altı min altı yüz altmış üç) manat 89 (səksən doqquz) qəpik borc qaldığını, beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 6663 (altı min altı yüz altmış üç) manat 89 (səksən doqquz) qəpik borcu qaldığını, qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirmədiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin kassir vəzifəsinə qəbul edildiyini, təxminən 5 ay işlədiyini, 6663 manat kəsiri gəldiyini, yoxlama zamanı cavabdehin özünün də iştirak etdiyini bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 85/İQ saylı əmrdən çıxarışdan və əmək müqaviləsinin bağlanılması ilə bağlı xxxxxxx001100 №-li bildirişdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən İddiaçı MMC-nin Satış Departamentinin Satış şöbəsinə satıcıkassir vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 157 saylı əmrdən çıxarışdan və əmək müqaviləsinin bağlanılması ilə bağlı xxxxxxx001101 №-li bildirişdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində Administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “X6” haqqında xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmaq və s. barədə X6i öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1820 nömrəli nömrəli növbədənkənar invertarizasiyanın aparılması haqqında əmrin surətlərindən görünür ki, ünvan 1 ünvanında yerləşən “OBA-KÖHNEGÜNESHLİ 17” mağazasında adminstrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların həmin tarixlərinə olan vəziyyətinin yoxlanmasının aparılması məqsədi ilə işçi qrupu yaradılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktivlər üzrə invertarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, Cavabdeh İddiaçı MMC-nin “OBA-KÖHNEGÜNESHLİ 17” mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış xx.xx.2024-cü il tarixli inventarizasiya nəticəsində Cavabdeh 6785,1 manat kəsiri gəlmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1300 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “Təbii itki normaları” çıxdıqdan sonra yerdə qalan kənarlaşma hissəsinin maddi məsul şəxs Cavabdeh tələb olunması, “Təbii itki norması” satış dövriyyəsinin 0,15 %-i kimi müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 6663,89 AZN çatışmazlıq müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 115-x saylı əmək əmrdən çıxarışdan və xx.xx.2024-cü il tarixlin xxxxxxx0011X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞB/20/-2025-00420 nömrəli Mediasiya sessiyasıda iştirak edilməsi barədə arayışdan görünür ki, məhkəməyə müraciət etmək üçün İddiaçı MMC tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə və Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı mülki hüquq pozuntusu nəticəsində vurulmuş ziyana görə tələb hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X6 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Əmək Məcəlləsinin 200-cü maddəsinin 1-ci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X6 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Əmək Məcəlləsinin 200-cü maddəsinin 5-ci bəndinə əsasən X6 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 201-ci maddəsinin 1-ci bəndinə əsasən işçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət-sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşınmexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Əmək Məcəlləsinin 205-ci maddəsinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən X6 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, xx.xx.2024-cü il tarixli əmrdən çıxarışa əsasən Cavabdeh İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə, xx.xx.2024-cü il tarixli əmrdən çıxarışa əsasən isə administrator vəzifəsinə təyin edilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh müəssisənin ona etibar edilmiş maddi sərvətlərinə, pul vəsaitlərinə və əmlakına X6 daşımağı öhdəsinə götürmüşdür. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdeh administrator vəzifəsində işləyərkən ona etibar edilmiş maddi sərvətlərin qorunmasına cavabdeh olubdur. Ona görə də, o, mağazada aşkar edilmiş inventarizasiya çatışmazlığına görə tam həcmdə cavabdehlik daşıyır. İş materiallarında inventarizasiya nəticələri, aktlar, arayışlar və işçinin iştirakı ilə tərtib olunmuş sənədlər vardır ki, bu da Əmək Məcəlləsinin 203-cü maddəsində göstərilən araşdırma və sübutetmə tələblərinə uyğundur. Həmçinin qeyd etmək lazımdır ki, ziyanın məbləği faktiki çatışmazlıq əsasında, inventarizasiya aktları ilə təsdiqlənmiş və balans/bazar dəyərinə uyğun hesablanmışdır. Bütün bunlarla yanaşı məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 201-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki iş üzrə cavabdehin maddi məsuliyyətini istisna edən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi əsaslı olduğundan təmin edilməli; - Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olan 6663,89 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməli; -tələb əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 60 manat mediyasiya xərci və 37 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətеtdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olan 6663,89 manat (altı min altı yüz altmış üç manat, səksən doqquz qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 60 manat mediasiya xərci və 37 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №e-2(110)-824/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-824/2025
31.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver