Məhkəmə qərarları › İş №e-2(110)-825/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-825/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-825/2024 27.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı “X1 Azərbaycan” QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə borc: 242.37 AZN (iki yüz qırx iki manat otuz yeddi qəpik), hesablanmış və ödənilməmiş faiz borcu : 31.12 AZN ( otuz bir manat on iki qəpik), cərimə borcu : 78.32 AZN (yetmiş səkkiz manat otuz iki qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc : 2.00 AZN (iki manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri : 5.00 AZN (beş manat), cəmi borc : 358.81 AZN (üç yüz əlli səkkiz manat səksən bir qəpik) məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 AZN məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində xx.xx.2015-ci il tarixdə "xxxx" QSC və Cavabdeh arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinin bağlandığını, kredit müqaviləsinin şərtlərinə görə, bankları tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 700 (yeddi yüz) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açıldığını, “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürdüyünü, müqavilənin 4.21.2-ci bəndinə əsasən “Bank”kın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ olduğunu, müqavilənin 4.22.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borclarıın geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıdığını, «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirdiyini, borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etmədiyini və bu günədək bоrcu ödəmədiyini qeyd etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 15 may 2015-ci il tarixli kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı “X1 Azərbaycan” QSC arasında qeyd olunan Bank hesabı, debet katı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra hüquq və öhdəliklər götürmüşlər. Müqavilənin 4.27-ci bəndinə əsasən, “Bank” 5 il müddətinə 700 (yeddi yüz) manat məbləğində “kart sahibinə” kredit kartı limitini (kredit xətti) açır. “Kart sahibi” isə həmin kredit kartı limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesanblanmış faizləri, komissiyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Banka” qaytarmağı (ödəməyi) öhdəsinə götürür; Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditor borcluya cari hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair “Müştərinin” sərəncamlarını yerinə yetirməyi, “Müştəri” isə “Bank” tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqq(ları) ödəməyi öhdəsinə götürmüşdür...; Həmin Müqavilənin 4.15.1-ci bəndinə əsasən kart hesabından nağd vəsait alındığı / çıxarıldığı və ya nağd pul vəsaitlərinin istifadəsi üzrə əməliyyatların həyata keçirildiyi etibarən pul balansın (borcun) tam ödənildiyi günə qədərbu maddədə göstərilən faiz dərəcəsinə müvafiq gündəlik olaraq tətbiq edilir. Nağd pul vəsaitinin alınaması / çıxarılması faizi illik 22 % təşkil edir; Həmin Müqavilənin 4.15-ci bəndinin 6-ci abzasına əsasən Bankın ATM-ləri və filialları üçün nağd alınan /çıxarılan pul vəsaitinin 2%+1 AZN kimi olaraq, ölkədaxili və xarici digər banklar (ATM-lər) üçün nağd alınan / çıxarılan pul vəsaitinin 2.5%+2.5 AZN kimi nağd pul vəsaitinin alınaması / çıxarılması komissiyası tətbiq olunur; Həmin Müqavilənin 4.15-ci bəndinin 10-cu abzasına əsasən ... Gecikmə / cərimə faizi illik 60% təşkil edir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Borcalanın Banka 242.37 (iki yüz qırx iki manat otuz yeddi qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu 31.12 (otuz bir manat on iki qəpik) manat, cərimə borcu 78.32 (yetmiş səkkiz manat otux iki qəpik) manat cərimə borcu, 2 (iki) manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu, 5 (beş) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 358.81 (üç yüz əlli səkkiz manat səksən bir qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş məhkəmədə iddia qaldırılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə “X1 Azərbaycan” QSC tərəfindən ********** nömrəli qəbzlə dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş banka olan borcun ödənilməsi ilə bağlı bildirişin (pretenziyanın) göndərilməsi ilə əlaqədar 434484 nömrəli Qaimənin surətindən görünür ki, müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üçün iddiaçı tərəfindən poçt xərci olaraq 5 (beş) manat ödənilmişdir. İş materiallarına əlavə olunmuş bildirişin surətindən görünür ki, Cavabdeh banka olan borcunun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli bildirişdə (pretenziya) Qarışıq müqavilə üzrə öhdəliklərinin kobud şəkildə pozulması ilə əlaqədar “X1 Azərbaycan” QSC həmin müqavilə üzrə olan borc məbləğinin məhkəmədən kənar qaydada 5 iş günü ərzində qaytarılmasını və ödənilməsini tələb etmiş, əks halda “X1 Azərbaycan” QSC yaranmış tam borcun ödənilməsi üçün məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edəcəyi barədə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında 15 may 2015-ci il tarixli Bank hesabı, debet katı, kredit kartı və zaminlik haqqında qarışıq Müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən, “Bank” “Müştəriyə” cari hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair 700 manat məbləğində pul vəsaitini 5 il müddətinə “Müştərinin” sərəncamına verməyi, “Müştəri” isə “Bank” tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqq(ları) ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Bank” kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, “Müştəri” isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də hesab edirəm ki, “X1 Azərbaycan” QSC belə bir tələb irəli sürməkdə haqlı olmuş və Müştəri Cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq “X1 Azərbaycan” QSC -yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin müqavilə üzrə hesablanmış 78.32 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Müqavilə üzrə əsas borcun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesablanmış 78.32 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 16.97 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Həmçinin, məhkəmə iddia tələbinin müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc məbləğinin tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, müştəri qismində çıxış edən cavabdeh tərəflər arasında bağlanılmış müvafiq kredit müqaviləsi üzrə komisyon xərclərinin və ödənişlərinin də ödənilməsinə dair iddiaçı bank qarşısında öhdəlik götürmüşdür. Bu halda, məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun tutulmasının tərəflərin qarşılıqlı razılığı əsasında bağlanılmış kredit müqaviləsi ilə şərtləndirildiyindən, iddia tələbi bu hissədə də əsaslı olmaqla təmin edilməlidir. Eyni zamanada iş üzrə ödənilmiş müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üçün iddiaçı tərəfindən poçt xərci olaraq ödənilmiş 5 (beş) manatın əvəzi də Cavabdeh tutularaq iddiaçı “X1 Azərbaycan” Qaplı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 5.12 manatı iddiaçıya aid edilməli, qalan 24.88 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Müştəri”yə qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, Cavabdeh 15 may 2015-ci il tarixli “Bank hesabı, debet katı, kredit kartı və zaminlik haqqında qarışıq Müqavilə üzrə 242.37 (iki yüz qırx iki manat otuz yeddi qəpik) manat əsas borc, 31.12 (otuz bir manat on iki qəpik) manat hesablanmış və ödənilməmiş faiz borcu, 16.97 (on altı manat doxsan yeddi qəpik) manat cərimə borcu, 2 (iki) manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 5 (beş) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci, cəmi 297.46 (iki yüz doxsan yeddi manat qırx altı qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun 24.88 manatı olmaqla, ümumilikdə 322.34 (üç yüz iyirmi iki manat otuz dörd qəpik) manat pul alınaraq “X1 Azərbaycan” Qaplı Səhmdar Cəmiyyətinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15 may 2015-ci -ci il tarixli “Bank hesabı, debet katı, kredit kartı və zaminlik haqqında qarışıq Müqavilə üzrə 242.37 (iki yüz qırx iki manat otuz yeddi qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu 31.12 (otuz bir manat on iki qəpik) manat, cərimə borcu 78.32 (yetmiş səkkiz manat otux iki qəpik) manat cərimə, 2 (iki) manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 5 (beş) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 358.81 (üç yüz əlli səkkiz manat səksən bir qəpik) manat məbləğində pul alınaraq “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar