Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-839/2023 19.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun və vurulmuş maddi zərərin ödənilməsi tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə ödənilməmiş 500 manat icarə haqqı, 330 manat inzibati cərimə ödənişi və vurmuş olduğu 2180 manat maddi zərər, habelə 47 manat dövlət rüsumunun, 361 manat depozit məbləği çıxılmaqla, ümumilikdə 2696 manat pulun cavabdehdən tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsinin icarə müqaviləsi imzalandığını, həmin müqaviləyə görə icarəyə verən-İddiaçı MMC-nin mülkiyyətində olan “Toyota Prius (hibrid)” minik markalı 77PH375 dövlət qeydiyyat nişanlı avtomobili təhvil-təslim aktı əsasında depozit almaqla və gündəlik icarə haqqı ödənilməklə icarəçi Cavabdeh təhvil verildiyini, həmin tarixdə avtomobilə baxış keçirildiyini, müqavilə qüvvədə olduğu müddət ərzində cavabdeh tərəfindən dəfələrlə icarə haqqı gecikmələri və avtomobildə nasazlıqlar aşkar olunduğunu, davamlı olaraq yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar cərimələr tətbiq olunduğunu, ona dəfələrlə şifahi xəbərdarlıqlar edildiyini, buna baxmayaraq analogi hərəkətlərin davam etdiyini, buna görə də xx.xx.2022-ci il tarixdə müqaviləyə xitam verildiyini, avtomobil İddiaçı MMC-yə təhvil verildikdən sonra cavabdehin 500 manat icarə haqqı, 330 manat inzibati cərimə borcu və avtomobilə vurduğu maddi zərərin ödənilməmiş qaldığını, ona dəfələrlə xəbərdarlıq edilsə də ödənişləri icra etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən bağlanılmış xx.xx.2022-ci il tarixli, 3M-1189 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən icarəyə verən-İddiaçı MMC “Toyota Prius (hibrid)” minik markalı 77PH375 dövlət qeydiyyat nişanlı avtomobili təhvil-təslim aktı əsasında depozit almaqla və gündəlik icarə haqqı ödənilməklə icarəçi Cavabdeh təhvil vermişdir. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən icarəçi ona etibar edilmiş avtomobilin qorunub saxlanılması və təhlükəsizliyinin təmin etməlidir; Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən icarəçi avtomobilin istifadə və istismar qaydalarına riayət etməlidir; Həmin müqavilənin 2.1.9-cu bəndinə əsasən avtomobil istənilən hər hansı səbədən icarəçi tərəfindən icarəyə verənə qaytarılarsa və ya icarəyə verən tərəfindən icarəçidən alınarsa avtomobilə dəymiş istənilən ziyan və müvafiq cərimələr icarəçinin saxladığı depozitdən çıxılır, geri qalan hissə qaytarılır. Əgər avtomobilə dəymiş ziyan və müvafiq cərimələr depozit məbləğindən çox olarsa icarəçi həmin məbləği yetmiş iki saat ərzində icarəyə verənə və ya müvafiq qruma bu məbləği ödəməli və buna dair qəbzi təqdim etməlidir; Həmin müqavilənin 2.1.12-ci bəndinə əsasən avtomobilin sırdan çıxmış ehtiyyat hissələrini (istismar zamanı dəyişdirilməli olan ehtiyyat hissələrini çıxmaq şərtilə) öz hesabına yenisi ilə əvəz etməlidir; Həmin müqavilənin 2.1.15-ci bəndinə əsasən avtomobili hər hansı səbəbdən icarəyə verənə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməlidir; Həmin müqavilənin 2.1.17-ci bəndinə əsasən DYP, DNA və digər dövlət orqanları tərəfindən tərtib olunmuş protokol və ya tətbiq olunmuş MMX-lar və digər cərimələri ödəməlidir; Həmin müqavilənin 2.1.19-cu bəndinə əsasəni carəyə verilmiş avtomobillə bağlı avtomobil icarədə olduğu müddətdə həmin avtomobilin hərəkət və hərəkətsizliyi ilə istənilən formada o avtomobillə bağlı qanun pozuntusunun məsuliyyəti icarəyə götürənin üzərinə düşür; Həmin müqavilənin 3.1-ci bəndinə əsasən avtomobili təhvil almaq üçün icarəçi icarəyə verənə 500 manat dəyərində depozit ödəyir; Həmin müqavilənin 4.2-ci bəndinə əsasən avtomobilin icarə haqqı ödənilmə müddəti 41 ay təşkil edir; Həmin müqavilənin 4.2-ci bəndinə əsasən gündəlik 25 AZN icarə haqqı hər təqvim günü üçün tələb olunur; İş materialında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Toyota Prius (hibrid)” minik markalı 77PH375 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilib. İş materialında olan “X1” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Qüsur aktından görünür ki, Toyota Prius (hibrid)” minik markalı 77PH375 dövlət qeydiyyat nişanlı avtomobilə 2180 manat maddi zərər dəymişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli XZ-018 nömrəli Pretenziyadan görünür ki, Cavabdeh İddiaçı MMC-yə avtomobilə vurulmuş ziyana görə 2180 manat, ödənilməmiş 500 manat icarə haqqı, 330 manat inzibati cərimələr olmaqla, cəmi 3010 manat ödənilməli olduğu, həmin məbləğdən müqavilə üzrə 361 manat depozit məbləği çıxıldıqdan sonra, ümumilikdə 2649 manat 5 iş günü ərzində ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş materialında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli Mədaxil Qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-nin adına 46.89 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə tələbinə uyğundur. Məhkəmə tədqiqatı zamanı iş materialında olan sənədlərlə müəyyən edilmişdir ki, icarəyə verən İddiaçı MMC Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən bağlanılmış xx.xx.2022-ci il tarixli, 3M-1189 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsinə müvafiq olaraq “Toyota Prius (hibrid)” minik markalı 77PH375 dövlət qeydiyyat nişanlı avtomobili 41 ay müddətinə 500 manat depozit və gündəlik 25 manat icarə haqqı ödəmək şərti ilə icarəçi Cavabdeh təhvil verməsi barədə razılaşmışlar. İş materialında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı əsasında Toyota Prius (hibrid)” minik markalı 77PH375 dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Lakin Cavabdeh icarə müqaviləsinin tələblərinə əməl etmədiyindən sözügedən nəqliyyat vasitəsi icarəyə verən tərəfindən geri alınmışdır. Avtomobil icarəçidən geri alındıqdan sonra “X1” tərəfindən müayinə olunmuş və tərtib olunmuş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən cavcabdeh tərəfindən Toyota Prius (hibrid)” minik markalı 77PH375 dövlət qeydiyyat nişanlı avtomobilə 2180 manat məbləğində maddi zərər vurulduğu müəyyən edildiyindən iddia tələbi həmin hissədə əsaslı hesab edilərək təmin edilməlidir. Çünki İcarə müqaviləsinin 2.1.15-ci bəndinə əsasən avtomobil hər hansı səbəbdən icarəyə verənə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını icarəçi ödəməlidir. Bundan əlavə qeyd olunmalıdır ki, iş materialında olan Elektron qərar və protokollarla müəyyən edilir ki, Cavabdeh Toyota Prius (hibrid)” minik markalı 77PH375 dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi müddətdə müxtəlif vaxtlarda yol hərəkəti qaydalarını pozması nəticəsində ödənilməmiş 373.80 manat məbləğində cərimə və dəbbə pulu borcu yaranmışdır. Lakin məhkəmə qeyd edir ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən iddia tələbindən kənara çıxmayaraq işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığına görə, iddia tələbi cavabdehdən cərimə və dəbbə pulu borcu üzrə 330 (üç yüz otuz) manat məbləğində pulun tululması tələbi çərçivəsində baxılmalı, iddia tələbi həmin hissədə əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, İcarə müqaviləsinin 2.1.17-ci bəndinə əsasən DYP, DNA və digər dövlət orqanları tərəfindən tərtib olunmuş protokol və ya tətbiq olunmuş MMX-lar və digər cərimələri icarəçi ödəməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı MMC tərəfindən idddia tələbində Cavabdeh 500 manat icarə haqqı tələb etsə də cavabdehin həqiqətəndə ona 500 manat icarə haqqı borcunun qalmasına dair məhkməyə hər hansı sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə əsassız hesab edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində və pretenziya məktubunda cavabdehin onda 361 manat depozit məbləğinin qaldığını qeyd etmişdir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir... - 700.2- ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; - 700.3-cü ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 685.1-ci ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər; - 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; - 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; - 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlədən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; Beləliklə də, işin faktiki hallarından və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, İcarəçi” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “İcarəverən” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “İcarəverən” “İcarəçi”yə qarşı vurulmuş ziyanın geri ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli avtomobilə vurmuş ziyana görə 2180 (iki min yüz səksən) manat maddi zərər və 330 (üç yüz otuz) manat inzibati cərimə və dəbbə pulu ödənişi olmaqla, ümumilikdə 2510 (iki min beş yüz on) manat puldan cavabdehin iddiaçıda qalan 361 manat depozit məbləği çıxıldıqdan sonra, 2149 (iki min bir yüz qırx doqquz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi vurulmuş ziyan tələbinə dair digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 46.49 manat dövlət rüsumunun 8.49 manatı iddiaçıya aid edilməli, 38 (otuz səkkiz) manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Avtomobilə vurmuş ziyana görə 2180 (iki min yüz səksən) manat maddi zərər və 330 (üç yüz otuz) manat inzibati cərimə və dəbbə pulu ödənişi olmaqla, ümumilikdə 2510 (iki min beş yüz on) manat puldan cavabdehin iddiaçıda qalan 361 manat depozit məbləği çıxıldıqdan sonra, 2149 (iki min bir yüz qırx doqquz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş 46.49 manat dövlət rüsumunun da 8.49 manatı iddiaçıya aid edilsin, 38 (otuz səkkiz) manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-839/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-839/2023
19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver