Məhkəmə qərarları › İş №e-2(110)-85/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-85/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-85/2022 14.01.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMCnin xeyrinə 2497 (iki min dörd yüz doxsan yeddi) manat məbləğində əsas borc, 250 (iki yüz əlli) manat məbləğində cərimə, 47.47 (qırx yeddi manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu cəmi 2794.47 (iki min yeddi yüz doxsan dörd manat qırx yeddi qəpik) manat məbləğində pulun tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində tələbkar "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış R0006391 nömrəli 11.11.2020-ci il tarixli alqı satqı müqaviləsinə əsasən satıcı alıcıya 18 ay müddətinə 2807 manat dəyərində HP Envy markalı əşyanı satdığını, borclunun aldığı əşyaya görə 310 manat ilkin ödəniş etdiyini və borclu olduğu qalıq 2497 manat məbləğində müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədiyini və heç bir ödəniş etmədiyini, borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, 19.10.2021-ci il tarixində isə yazılı xəbərdarlıq edildiyini, lakin borclunun yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmadığını qeyd edərək, Cavabdeh iddiaçı "xxxx" MMCnin xeyrinə 2497 (iki min dörd yüz doxsan yeddi) manat məbləğində əsas borc, 250 (iki yüz əlli) manat məbləğində cərimə, 47.47 (qırx yeddi manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 2794.47 (iki min yeddi yüz doxsan dörd manat qırx yeddi qəpik) manat məbləğində pulun tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında 11.11.2020-ci il tarixli, R0006391 nömrəli Əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış 11.11.2020-ci il tarixli Müddətli (nisyə) alqı-satqı Müqaviləsinin 1.1-ci bəndinə əsasən, “Satıcı” Alıcıya bu müqavilənin şərtiərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 18 (on səkkiz) ay müddətinə 2497.00 (iki min dörd yüz doxsan yeddi) AZN məbləğində əmtəəni (əşyanı) HP 15.6A ENVY x 360 Convert 15-ee0002ur (1N7U2EA) nisyə alqı-satqı şərtləri əsasında vermişdir. “Alıcı” aldığı əmtəənin (əşyanın) qiymətini müqaviləyə əlavə edilən Ödəniş cədvəli əsasında hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən əmtəə (əşya) “Alıcıya” təhvil verdiyi gündən etibarən hər ay (30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələrin icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə “Satıcı” tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Həmin Müqaviləsinin 2.1-ci bəndinə əsasən əgər alıcının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bu halborcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, “Satıcı” razılaşma və ya xəbərdarlıqla, həmçinin məhkəmə qarşısında borcun dərhal qaytarılmasını və zərərin ödənilməsini tələb edə bilər. İş materiallarında olan 11.11.2020-ci il tarixli R0006391 saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh dəyəri 2807 (iki min səkkiz yüz yeddi) manat olan HP 15.6A ENVY x 360 Convert 15-ee0002ur (1N7U2EA) markalı əşya üçün ilkin ödəniş 310 manat ödəyərək 18 ay müddətinə aylıq 139 manat ödəmək şərtilə "xxxx" MMC-dən nisyə almışdır. İş materiallarında olan 21.09.2020-ci il tarixli, Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə əsas borc qalığı 2497 manat əsas borc, 617 manat cərimə borcu, "xxxx"MMC tərəfindən Cavabdeh güzəşt edilərək 250 manat cərimə borcu hesablanmışdır. İş materiallarında olan Ödəniş cədvəlinə əsasən “Alıcı”- Cavabdeh HP 15.6A ENVY x 360 Convert 15-ee0002ur (1N7U2EA) markalı əşya üçün ilkin ödəniş 310 manat ödəməklə, 11.12.2020-ci il – 11.04.2022-ci il tarixlərdə hər ay 139 manat, 11.05.2022-ci il tarixdə isə 134 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.11.2020 -ci il tarixli R0006391 saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən qiyməti 2497 manat olan HP 15.6A ENVY x 360 Convert 15-ee0002ur (1N7U2EA) markalı əşya üçün üçün ilkin 310 manat ödəməklə, 18 ay müddətinə ayda 139 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmişdir. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqavilənin 1.3-cü bəndinə əsasən əmtəə (əşya) “Alıcıya” təhvil verdiyi gündən etibarən hər ay (30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələrin icra olunduğu, ödəniş 30 gündən başlayaraq gecikdirildikdə “Satıcı” tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % həcmində cərimə (dəbbə pulu) ödənilməsi nəzərdə tutulmuşdur. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçı cavabdehdən 2497 (iki min dörd yüz doxsan yeddi) manat məbləğində əsas borc, 250 (iki yüz əlli) manat məbləğində cərimə, 47.47 (qırx yeddi manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 2794.47 (iki min yeddi yüz doxsan dörd manat qırx yeddi qəpik) manat borcun tutularaq ona ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Məhkəmə iddia tələbinin müqavilə üzrə hesablanmış 250 (iki yüz əlli) manat cərimənin tutulmasına dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəfindən ödənilməmiş əsas borcun miqdarı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, Əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə 250 (iki yüz əlli) məbləğində hesablanmış cərimənin məbləğinin əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, cərimənin 25 (iyirmi beş) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -284-1-ci madəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, Cavabdeh 11.11.2021-ci il tarixli Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə əsasən HP 15.6A ENVY x 360 Convert 15-ee0002ur (1N7U2EA) markalı əşya üçün 2497 (iki min dörd yüz doxsan yeddi) manat məbləğində əsas borc, 25 (iyirmi beş) manat məbləğində cərimə, cəmi 2522 (iki min beş yüz iyirmi iki) manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İddia qismən təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 47.47 (qırx yeddi manat qırx yeddi qəpik) manat dövlət rüsumunun, 3.88 (üç manat səksən səkkiz qəpik) manatı iddiaçıya aid edilməli, 43.59 (qırx üç manat əlli doqquz qəpik) manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh 11.11.2020-ci il tarixli, R0006391 nömrəli Əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə 2497 (iki min dörd yüz doxsan yeddi) manat məbləğində əsas borc, 25 (iyirmi beş) manat məbləğində cərimə, cəmi 2522 (iki min beş yüz iyirmi iki) manat və 43.59 (qırx üç manat əlli doqquz qəpik) manatı məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2565.59 (iki min beş yüz altmış beş manat əlli doqquz qəpik) manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar