Məhkəmə qərarları › İş №e-2(110)-851/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-851/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-851/2025 28.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi X2 iddiaçı “Bank VTB (Azərbaycan )” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı “Bank VTB (Azərbaycan )” ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı “Bank VTB (Azərbaycan )” ASC-nin xeyrinə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 340904-OVR-20693 №-li kredit xəttinin əsas şərtlərinə əsasən xx.xx.2025-ci il tarixinə banka borclu olduğu 431,16 manat əsas, 46,86 faiz borc, 17,10 manat cərimə borcu olmaqla, ümumilikdə 495,12 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli "Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2022-ci il tarixli, 340904-OVR-20693 Ne-li Kredit xəttinin əsas şərtlərinə dair Müştəri Ərizəsi ilə "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və ona istehlak məqsədilə illik 25 faiz hesablanması şərti ilə 36 ay müddətinə 720 AZN məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə təklifi qəbul etmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka xx.xx.2025-ci il tarixə 431,16 manat əsas, 46,86 faiz borc, 17,10 manat cərimə borcu olmaqla, ümumilikdə 495,12 manat borc məbləğində borcu qalmışdır. Yazılı sübutlar: "Bank VTB (Azərbaycan)" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 340904-OVR-20693 №-li Kredit xəttinin əsas şərtlərinə dair Müştəri Ərizəsindən görünür ki, Cavabdeh Bank tərəfindən 36 ay müddətinə, illik 25% ödəmək şərtilə 720 manat məbləğində kredit xətti açılmışdır. İş materallarında olan xx.xx.2025-ci il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit kartı müqaviləsi üzrə “Bank VTB (Azərbaycan )” Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixə 431,16 manat əsas, 46,86 faiz borc, 17,10 manat cərimə borcu olmaqla, ümumilikdə 495,12 manat borcu mövcuddur. İş materaillarında olan xx.xx.2025-ci il tarixli sonuncu pretenziya məktubundan görünür ki, Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə xəbərdarlıq göndərilmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Rəsmi qaydada təqdim olunmuş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 (iş) günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Məhkəmənin əsaslandırması Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı borcun (kreditin) geri qaytarılması ilə bağlı tələb hüququ vardır. Belə ki, iş materiallarından belə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə tərəflər arasında etibarlı kredit müqaviləsi bağlanılmış, beləliklə də tərəflər arasında bu müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflər arasındakı etibarlı kredit müqaviləsinin tələblərinə əsasən Bank (iddiaçı) öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, borcalan (cavabdeh) Cavabdeh 36 ay müddətinə illik 25% ödəmək şərtilə 720 manat məbləğində kredit xətti açılmışdır. Borcalan (cavabdeh) pul vəsaitini qəbul etmiş və iddiaçıya kreditin bütün məbləğini, əsas borcu, kreditdən istifadəyə görə bu müqaviləyə əsasən hesablanmış faizləri, dəbbə pulunu, borcların yığılması ilə əlaqədar digər xərcləri ödənilməsini öhdəsinə götürmüş, lakin sonradan borcalan - Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra etməmiş, Bank tərəfindən rəsmi bildiriş göndərilməsinə baxmayaraq borcun qaytarılması borcalan - Cavabdeh tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd etmək lazımdır ki, müqavilədən yaranan öhdəliklərin növlərindən biri kredit müqaviləsindən əmələ gələn öhdəliklərdir. Məhkəmə hesab edir ki, tərəflər arasında borc (kredit) münasibətləri xx.xx.2022-ci il tarixdə yarandığından, bu münasibətlərə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 742.1-ci maddələrinin əvvəlki redaksiyası tətbiq edilməlidir. Belə ki, həmin maddələr 31 mart 2023-cü il tarixdən etibarən yeni redaksiyada verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinin əvvəlki redaksiyasına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından, müvafiq müqavilə imzalandığı andan və müqavilə üzrə müvafiq kredit məbləği borcverən tərəfindən borcalana verildiyi və borcalanın həmin məbləğə dair sərəncam hüququnun yarandığı andan, borcalan- Cavabdeh kredit müqaviləsinin predmeti olan pul vəsaitini müqavilədə qeyd olunan şərtlərlə borcverən- “Bank VTB (Azərbaycan )”” ASC-yə ödəmək öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Kredit Müqaviləsinin 8.3-cü bəndinə əsasən Müştəri kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin qalığına illik 40%-dək miqdarında cərimə tətbiq edilir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Beləliklə də, məhəkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -xx.xx.2022-ci il tarixli, 340904-OVR-20693 №-li kredit kartı müqaviləsi üzrə 431,16 manat əsas, 46,86 faiz borc, 17,10 manat cərimə borcu olmaqla, ümumilikdə 495,12 manat məbləğində pul ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli; - tələb əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, 340904-OVR-20693 №-li kredit kartı müqaviləsi üzrə 431,16 manat (dörd yüz otuz bir manat on altı qəpik) əsas, 46,86 manat (qırx altı manat səksən altı qəpik) faiz borc, 17,10 manat (on yeddi manat on qəpik) cərimə borcu olmaqla, ümumilikdə 495,12 manat (dörd yüz doxsan beş manat on iki qəpik) məbləğində pul ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar