Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-889/2023 25.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh(lər) Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 8894.00 (səkkiz min səkkiz yüz doxsan dörd manat 00 qəpik) manat məbləğində vəsaitin, 108.94 manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində "xxxx" ASC-yə məxsus, Cavabdeh2 tərəfindən idarə olunan ** JS *** dövlət qeydiyyat nişanlı SHAAN XİSX3314DR366 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** BP *** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində ziyan yol-nəqliyyat hadisəsi nəticəsində ziyan vurulduğunu, hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh2 təqsirli bilindiyini, sığortalı ** BP *** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirildiyini, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 8894.00 (səkkiz min səkkiz yüz doxsan dörd manat, 00 qəpik) müəyyən edildiyini, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Sığorta aktına”na əsasən sığortalının dəymiş zərər məbləğindən razı olmadığından nəqliyyat vasitəsinin təmirə yönəldildiyini, 8894.00 (səkkiz min səkkiz yüz doxsan dörd manat, 00 qəpik) məbləğində sığorta ödənişinin nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürüldüyünü, təqsirli tərəfin icbari sığortası olmadığından 8894.00 (səkkiz min səkkiz yüz doxsan dörd manat, 00 qəpik) manat cavabdeh(lər)dən tələb olunduğunu, xx.xx.2022-ci il tarixində 8894.00 (səkkiz min səkkiz yüz doxsan dörd manat, 00 qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərildiyini, lakin cavabdeh(lər) həmin məbləği ödəmədiyini bildirmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş, lakin xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya vasitəsilə məhkəməyə ərizə göndərərək iş üzrə məhkəmə iclaslarında məsafənin uzaq olması səbəbindən iştirak edə bilmədiklərini, məhkəmə iclaslarını bizim iştirakımız olmadan keçirib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən “Elektron məhkəmə” informasiya vasitəsilə məhkəməyə etiraz ərizəsi göndərərək etiraz ərizəsində qeyd edilmişdir ki, icraatınızda iddiaçı "xxxx" ASC-nin “cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 zərərçəkmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 8894 (səkkiz min səkkiz yüz doxsan dörd) manat məbləğində vəsaitin, 108,94 (bir yüz səkkiz manat, 94 qəpik) manat dövlət rüsumunun, 0,40 (0 manat, 40 qəpik) manat bank xidməti xərcinin "xxxx" ASC-nin xeyrinə tutulması” tələbinə dair e-2(110)-889/2023 saylı mülki iş vardır. Hazırki iddia ərizə ilə tanış olaraq bildiririk ki, sözügedən mülki iş üzrə mübahisə predmeti vaxtı ilə "xxxx" ASC ilə X10 arasında bağlanmış müqavilə (daxili lizinq) münasibətlərindən yaranan məsələ olduğu üçün həmin iddia tələbinin Əmanətlərin Sığortalanması Fonduna heç bir aidiyyatı yoxdur. Həmçinin Cavabdeh2 tərəfindən idarə olunan ** JS *** dövlət qeydiyyat nişanlı SHAAN XİSX3314DR366 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən sığortalanmış ** PB *** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə nə Əmanətlərin Sığortalanması Fondu, nə də ki, ləğv prosesində olan "xxxx" ASC heç bir maddi məsuliyyət daşımır. Belə ki, "xxxx" ASC ilə X10 arasında bağlanmış 14 mart 2012-ci il tarixli L-153/12 saylı daxili lizing müqaviləsinə əsasən ona illik 21 %-lə 24 ay müddətinə 45000 (qırx beş min) manat məbləğində ** JS *** dövlət qeydiyyat nişanlı SHAAN XİSX3314DR366 markalı özüboşaldan texnika lizinqə verilmişdir. X3 həmin müqavilə əsasında üzərinə düşən öhdəliyi lazımı qaydada icra etmədiyi üçün "xxxx" ASC tərəfindən lizinq müqaviləsinə xitam verilməsi, lizinq obyektinin qaytarılması və dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbi ilə aidiyyatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 29 may 2014-cü il tarixli 2(005)-1739/2014 saylı qətnaməsi ilə 14 mart 2012-ci il tarixdə bağlanmış L-153/12 saylı lizinq müqaviləsinə xitam verilməsi, X7 müvəqqəti sahiblik və istifadəsinə verilmiş ** JS *** dövlət qeydiyyat nişanlı SHAAN XİSX3314DR366 markalı özüboşaldan texnikanın "xxxx" ASC-yə qaytarılması qət edilmişdir. Bakı şəhər Nərimanov Rayon İcra şöbəsinin müvafiq qərarı ilə X7 müvəqqəti sahiblik və istifadəsinə verilmiş ** JS *** dövlət qeydiyyat nişanlı SHAAN XİSX3314DR366 markalı özüboşaldan texnika barəsində axtarış elan edilməsi, həmin texnikanın saxlanılaraq Nərimanov rayon icra şöbəsinə təhvil verilməsi qərara alınmış və həmin qərar icra olunması üçün AR DİN-nin Baş X17 İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinə və Nərimanov rayon Polis İdarəsinə göndərilmişdir. Sonradan həmin lizinq obyekti - ** JS *** dövlət qeydiyyat nişanlı SHAAN XİSX3314DR366 markalı özüboşaldan texnika X10 tərəfindən müvafiq qaydada banka təhvil verilmişdir. Bundan sonra "xxxx" ASC ilə X8 arasında 26 may 2016-cı il tarixdə 12/16 №-li alqı-satqı müqaviləsi bağlanaraq ** JS *** dövlət qeydiyyat nişanlı SHAAN XİSX3314DR366 markalı özüboşaldan texnika eyni tarixli təhvil-təslim aktı ilə alıcı X5 təhvil verilmişdir. Həmçinin bank tərəfindən 27 may 2016-cı il tarixli 3-13393-16 №-li məktubla AR DİN-nin Baş X17 İdarəsinə müraciət olunaraq lizinq predmeti olan ** JS *** dövlət qeydiyyat nişanlı SHAAN XİSX3314DR366 markalı özüboşaldan texnikanın dəyərinin ödənildiyi bildirilmiş və həmin texnikanın X4 adına qeydə alınması xahiş edilmişdir. Beləliklə, yuxarıda göstərilən xüsusatlardan müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı subroqasiya hüququ yaranmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq Məhkəmədən xahiş edirik, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair e-2(110)-889/2023 saylı mülki iş üzrə Əmanətlərin Sığortalanması Fonduna münasibətdə icraata xitam verəsiniz. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli C-MİC-3010/21 nömrəli avtonəqliyyat vasitələrinin tam sığorta şəhadətnaməsinin surətindən görünür ki “Toyota Hilux” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də sığortalanmışdır; - 133245 nömrəli, xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, Cavabdeh2 idarə etdiyi “SHAAN XİSX3314DR366” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomobillə “KALYON RSY İNŞAAT ADİ ORTAKLİĞİ TİCARİ İŞLETMESİ” şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus “Toyota Hilux” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonunun Horadiz qəsəbəsində toqquşmuş, sonuncuya 8894.00 manat maddi ziyan dəymiş və həmin ziyan "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürmə yolu ilə ödənilmişdir; - Cəbrayıl rayonu null DYPX-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, TP4593470 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək 40 manat inzibati cərimə edilmişdir; - xx.xx.2021-ci il tarixli Elektron qaimədən görünür ki, “Toyota Hilux” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün cəmi 8894 manat xərc çəkilmişdir; - xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Toyota Hilux” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ehtiyyat hissərə görə və xidmət haqqına görə cəmi 8894 manat xərc çəkilmişdir; - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən VQMA MMC-nin bank hesabına 8894 manat köçürülmüşdür. - 14 mart 2012-ci il tarixli L-153/12 saylı daxili lizinq müqaviləsindən görünür ki, DəmirBank” ASC-nin “Əməliyyat İdarəsi” filialı ilə X11 arasında lizinq müqaviləsi bağlnmışdır; - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1739/2014 saylı 29 may 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilməklə "xxxx" ASC ilə lizinq alan X10 arasında 14 mart 2012-ci il tarixdə bağlanmış L-153/12 saylı lizinq müqaviləsinə xitam verilmiş, cavabdeh X6 11337.87 manat əsas, 1774.4 manat faiz, 1072.03 manat gecikdirməyə görə cəmi 14184.30 manat və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, X7 müvəqqəti sahiblik və istifadəsinə verilmiş ** JS *** qeydiyyat nişanlı “SHAANXİSX3314DR366” markalı özüboşaldan texnika "xxxx" ASC-yə qaytarılması qət edilmişdir; - 26 may 2016-cı il tarixli 12/16 saylı alqı-satqı müqaviləsindən görünür ki, DəmirBank” ASC ilə X8 arasında bağlanmış alqı- satqı müqaviləsi bağlanmış, "xxxx" ASC “SHAANXİSX3314DR366” markalı, ** JS *** qeydiyyat nişanlı avtomobili 4000 manata X2; - 26 may 2016-cı il tarixli təhvil-təslim aktından görünür ki, “SHAANXİSX3314DR366” markalı, ** JS *** qeydiyyat nişanlı avtomobil 4000 manat məbləğində X5 təhvil verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə ünvanladığı məktubunda qeyd etmişdir ki, lizin müqaviləsinin predmeti olan **-JS-*** dövlət nömrə nişanlı sarı rəngli (ban LZGCR2R677X032662, rəng sarı) SHAANXİSX3314DR366 markalı avtomobilin dəyəri ödənilib. Yuxarıda göstərilən **-JS-*** dövlət nömrə nişanlı sarı rəngli (ban LZGCR2R677X032662, rəng sarı) SHAANXİSX3314DR366 markalı avtomobilin X4 adına qeydə almağınızı sizdən xahiş edirəm. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 108.94 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, “Toyota Hilux” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. 133245 nömrəli sığorta aktından görünür ki, Cavabdeh2 idarə etdiyi “SHAAN XİSX3314DR366” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomobillə “KALYON RSY İNŞAAT ADİ ORTAKLİĞİ TİCARİ İŞLETMESİ” şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus “Toyota Hilux” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonunun Horadiz qəsəbəsində toqquşmuş və Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində İnzibati tənbeh vermə haqqında qərara əsasən 40 manat inzibati cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı “Toyota Hilux” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın təmiri üçün çəkilmiş xərclər 8894.00 manat müəyyən edilmişdir. "xxxx" ASC həmin məbləğin ödəməsi təmin edilmişdir. Beləliklə də, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC-nin iddia tələbi vurulmuş ziyanın əvəzi kimi sığortalıya etdiyi sığorta ödənişi həcmində pulun subroqasiya qaydasında Cavabdeh2 tutulması hissəsində əsaslıdır. Eyni zamanda məhkəmə iddia tələbi üzrə vurulmuş ziyanın əvəzi kimi sığortalıya etdiyi sığorta ödənişi həcmində pulun digər cavabdeh qismində cəlb etdiyi Əmanətlərin Sığortalanması Fondundan tutulması ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə tədqiqqatı zamanı Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, Cavabdeh2 idarə etdiyi “SHAAN XİSX3314DR366” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomobil 26 may 2016-cı il tarixli 12/16 saylı alqı-satqı müqaviləsi əsasında "xxxx" ASC tərəfindən 4000 manata X1, sığorta hadisəsi baş verən zaman artıq həmin avtomobil ləğv edilmiş “DəmirBank ASC-nin mülkiyyətində olmadığından ləğv edilmiş "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hazırki iddia tələbinə cavab verəcək şəxs deyildir. Ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari Sığortaların əsas prinsiplərindən biri də Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır; - 23.1.6-cı maddəsinə əsasən Sığortaçının Sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməs ni tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyanşəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; - 936.4-cü maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinindəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; - 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlədən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 108.94 (bir yüz səkkiz manat, doxsan dörd qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, ümumilikdə 109.34 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, Cavabdeh2 subroqasiya qaydasında iddia tələbi üzrə 8894 (səkkiz min səkkiz yüz doxsan dörd) manat sığorta ödənişi, 108.94 (bir yüz səkkiz manat, doxsan dörd qəpik) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi olmaqla, cəmi 9003.34 (doqquz min üç manat, otuz dörd qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 8894 (səkkiz min səkkiz yüz doxsan dörd) manat sığorta ödənişi, 108.94 (bir yüz səkkiz manat, doxsan dörd qəpik) manat dövlət rüsumu və 040 manat xidmət haqqı olmaqla, cəmi 9003.34 (doqquz min üç manat, otuz dörd qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-889/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-889/2023
25.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver