Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-891/2024 16.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, Cavabdeh birgə qaydada İddiaçı ASC-nin xeyrinə 8522.15 manat məbləğində əsas borcun, 979.44 manat məbləğində faiz borcunun, 269.94 manat məbləğində cərimə borcunun, cəmi 9771.53 manat borcun və 120 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən bankın borcluya 48 ay müddətinə, illik 26% olmaqla 10000 manat məbləğində kredit verdiyini, cavabdehin Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayındığını və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini bildirmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxışına gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində məhkəmənin icraatında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki iş olduğunu, məhkəmə proseslərinin çox olması ilə əlaqədar prosesdə iştirak edə bilməmələrini nəzərə alaraq məhkəmə iclaslasının onların iştirakları olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında iddialarının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о məhkəmə iclaslarına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarına əlavə olunmuş Kredit Sazişindən aydın olur ki, İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli CP/01983/90/10 nömrəli Kredit Sazişi bağlanmışdır. Həmin Sazişin 1-ci bəndinə əsasən əsasən Bank Müştəriyə illik 26 % dərəcəsilə 48 ay müddətinə 150 manat komisyon haqqı tutulmaqla 10000 manat məbləğində nağd pul krediti verməyi və Müştəriyə cari hesab və ssuda hesabı açmağı öhdəsinə götürmüşdür. Həmin Sazişin Kredit şərtlərində tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında Müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri” ilə müəyyən olunur və şərtlərin bu sazişin ayrılmaz tərkib hissəsi sayıldığı və ona əlavə olunduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, AU9087410A89-7 nömrəli Ödəniş tapşırığının surətindən görünür ki, Bank of Baku ASC Nəsimi filialı tərəfindən Cavabdeh 150 manat komisyon haqqı tutulmaqla 9850 manat məbləğində pulun verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC- yə 8522.15 manat məbləğində əsas borc, 979.44 manat məbləğində faiz borcu və 269.94 manat məbləğində cərimə borcu vardır. İş materiallarından görünür ki, məhkəmədə iddia qaldırılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə İddiaçı ASC tərəfindən dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına ********** nömrəli qəbzlə 120 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli CP/01983/90/10 saylı Kredit Sazişi bağlanmış və həmin Sazişə əsasən “Bank” “Müştəri”yə illik 26 % dərəcəsilə 48 ay müddətinə 10000 manat məbləğində nağd pul krediti verməyi və, “Müştər”iyə cari hesab və ssuda hesabı açmağı öhdəsinə götürmüş. Bank tərəfindən Müştəriyə müqavilədə nəzərdə tutulmuş kreditin verilməsi təmin edilsə də, lakin Müştəri Kredit Sazişi üzrə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Beləliklə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumuda Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” Kredit sazişinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Müştəri”yə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli CP/01983/90/10 nömrəli Kredit Sazişi üzrə Cavabdeh 8522.15 (səkkiz min beş yüz iyirmi iki manat on beş qəpik) manat məbləğində əsas borc, 979.44 (doqquz yüz yetmiş doqquz manat qırx dörd qəpik) manat məbləğində faiz borcu və 269.94 (iki yüz altmış doqquz manat doxsan dörd qəpik) manat məbləğində cərimə, cəmi 9771.53 (doqquz min yeddi yüz yetmiş bir manat əlli üç qəpik) manat borc və 120 (bir yüz iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 9891,53 (doqquz min səkkiz yüz doxsan bir manat əlli üç qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli CP/01983/90/10 nömrəli Kredit Sazişi üzrə Cavabdeh 8522.15 (səkkiz min beş yüz iyirmi iki manat on beş qəpik) manat məbləğində əsas borc, 979.44 (doqquz yüz yetmiş doqquz manat qırx dörd qəpik) manat məbləğində faiz borcu və 269.94 (iki yüz altmış doqquz manat doxsan dörd qəpik) manat məbləğində cərimə, cəmi 9771.53 (doqquz min yeddi yüz yetmiş bir manat əlli üç qəpik) manat borc və 120 (bir yüz iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 989153 (doqquz min səkkiz yüz doxsan bir manat əlli üç qəpik) manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-891/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-891/2024
16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver