Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-892/2023 06.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 11302.37 AZN, faiz borcuna görə 1399.00 AZN,cərimə borcuna görə 0.00 AZN,cəmi 12701.37 (on iki min yeddi yüz bir manat, otuz yeddi qəpik) AZN məbləğində borcun və 128.11 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən məhkəmə aidiyyət qaydaları pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.1 və 152.1.3-cü maddələrinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iş materialından görünür ki, hazırki iş üzrə həm İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs kimi (VÖEN: **********), həm də “AZEMİS” elektron məhkəmə informasiya sitemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh1 (VÖEN: **********) xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışlar. Eyni zamanda iş materialında olan xx.xx.2021-ci il tarixli **********3187 saylı “Kredit müqaviləsindən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 tərəfindən Cavabdeh1 biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi üçün illik 23 % dərəcəsi olmaqla 24 ay müddətinə 15000 manat kredit verilmişdir. Müqavilənin məzmunundan görünür ki, kredit sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; - 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; - 26.1-ci maddəsin əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; - 31.1- ci maddəsin əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir; - 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsanı aradan qaldırdıqdan sonra məhkəmə adiyyatı üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.2-ci maddəsində əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 tərəfindən Hökümət ödəniş portalı vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 128.11 (bir yüz iyirmi səkkiz manat on bir qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 tərəfindən Hökümət ödəniş portalı vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 128.11 (bir yüz iyirmi səkkiz manat on bir qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya qərardadda qeyd edilən nöqsanı aradan qaldırdıqdan sonra məhkəmə adiyyatı üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah izah edilsin. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-892/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-892/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver