Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-898/2022 23.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 68.77 (altmış səkkiz manat yetmiş yeddi qəpik) manat əsas borc, 10.76 (on manat yetmiş altı qəpik) manat faiz borcu, 10.32 (on manat otuz iki qəpik) manat cərimə borcu, həmçinin ərizəyə görə ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi ümumilikdə 120.25 (bir yüz iyirmi manat iyirmi beş qəpik) manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərtilə 825 (səkkiz yüz iyirmi beş) manat məbləğində kredit verildiyini və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 418-TGS-1110-20 saylı kredit müqaviləsi bağlandığını, kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən Borcalan müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tələb edə biləcəyini, kredit müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödəilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməli olduğunu, hal-hazırda kredit müqavilsinin şərtlərinə əsasən Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixə 68.77 manat (altmış səkkiz manat yetmiş yeddi qəpik) əsas borc, 10.76 manat (on manat yetmiş altı qəpik) faiz borcu, 10.32 manat (on manat otuz iki qəpik) cərimə borcu ümumi borcunun 89.85 manat (səksən doqquz manat səksən beş qəpik) təşkil etdiyini, bu borcunda cavabdeh tərəfindən ödənilməsinin təmin edilmədiyini, borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmədiyini, cavabdehə xx.xx.2022-ci il tarixli, 0955/22 saylı pretenziya (xəbərdarlıq) məktubunun da göndərildiyini, göründüyü kimi cavabdehin müqavilənin şərtlərini pozduğunu və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid edənlərdən haqı çatanlardan məhrum etdiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 418-TGS-1110-20 saylı müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı BOKT "xxxx" QSC arasında qeyd olunan müqavilə imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Borcverən” “Borcalan”a X1 istehlak mallarını almaq məqsədilə 825 (səkkiz yüz iyirmi beş) manat məbləğində istehlak kredit verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən alınmış məişət texnikası 1 ədəd Tergomas kombi 25 dəsti “Borcverən”in xeyrinə girov qoyulur. Girov predmeti “Borcalan”da qalır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən kredit “Borcalan”a kreditdən istifadə haqqı illik 32% hesablanmaqla 12 ay müddətinə verilir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Borcalan bu müqaviləyə və onun əlavəsinə müvafiq olaraq vaxtı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə “Borcverən”ə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 418-TGS-1110-20 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən BOKT "xxxx" QSC tərəfindən Cavabdeh illik 32 faiz dərəcəsi ilə 12 ay müddətinə 825 (səkkiz yüz iyirmi beş) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti xx.xx.2020 – xx.xx.2021 tarixləri ərzində ayda 81 manat, xx.xx.2021 tarixində isə 84.42 manat olmaqla, cəmi 975.42 manat pulu BOKT "xxxx" QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh Banka 68.77 (altmış səkkiz manat yetmiş yeddi qəpik) manat əsas borc, 10.76 (on manat yetmiş altı qəpik) manat faiz borcu, 10.32 (on manat otuz iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 89.85 (səksən doqquz manat səksən beş qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan ********* nömrəli, xx.xx.2022-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, BOKT "xxxx" QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ**********0000005944 xəzinə hesabına 30.40 (otuz manat qırx qəpik) manat ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh borcunu 5 gün ərzində ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 418-TGS- 1110-20 saylı Müqaviləyə əsasən cəmiyyət tərəfindən cavabdehə illik faiz dərəcəsi 32% olmaqla 12 ay müddətinə Müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə məişət texnikası olan 1 ədəd Tergomas kombi 25 dəsti almaq üçün 825 (səkkiz yüz iyirmi beş) manat məbləğində kredit verilmişdir. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış 3.1-ci bəndinə əsasən Borcalan bu müqaviləyə və onun əlavəsinə müvafiq olaraq vaxtı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə “Borcverən”ə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəməlidir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınmışdır. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də öhdəlik yerinə yetirilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Borcalan onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq BOKT "xxxx" QSC olan borcunu ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, "Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Borcverən” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Borcverən” “Borcalan”a qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 68.77 (altmış səkkiz manat yetmiş yeddi qəpik) manat əsas borc, 10.76 (on manat yetmiş altı qəpik) manat faiz borcu, 10.32 manat (on manat otuz iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 89.85 (səksən doqquz manat səksən beş qəpik) manat pul alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30.4 manat (otuz manat qırx qəpik) pulun əvəzi də Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 284-1-284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 68.77 (altmış səkkiz manat yetmiş yeddi qəpik) manat, faiz borcu üzrə 10.76 (on manat yetmiş altı qəpik) manat, cərimə olaraq 10.32 (on manat otuz iki qəpik) manat, cəmi 89.85 (səksən doqquz manat səksən beş qəpik) manat və 30.4 (otuz manat qırx qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 120.25 (bir yüz iyirmi manat iyirmi beş qəpik) manat pul tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-898/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-898/2022
23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver