Məhkəmə qərarları › İş №e-2(110)-902/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-902/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-902/2022 26.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1051.70 AZN əsas məbləğ üzrə, 156.41 AZN faiz və 41.06 AZN cərimə olmaqla, cəmi 1249.17 AZN borcun, dövlət rüsumu olaraq ödənilmiş 32.50 AZN məbləğində vəsaitin və dövlət rüsumunun köçürülməsi üçün ödənilmiş 0.40 AZN xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 3859nkNFT/20 kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 24% ödəmək şərtilə 2746 AZN məbləğində kredit verildiyini, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verdiyini və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin kredit alanın müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozduğunu, tərəflər arasında yaranan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini, və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək hüququndan istifadə etmək qərarına gəldiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 3859nkNFT/20 nömrəli Kredit və X1 aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı "xxxx" KB ASC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 24 (iyirmi dörd) ay müddətinə illik 24 (iyirmi dörd) % ödəmək şərtilə 2746 (iki min yeddi yüz qırx altı) manat məbləğində krediti “Borcalanın” mülkiyyətinə verir və ona bank hesabı açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu “Bank”a qaytarmağı öhdəsinə götürür... Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı xx.xx.2019-cu il tarixli 2297nkBKX/19 nömrəli müqaviləsi üzrə 2745.06 manat məbləğində borcun bağlanmasıdır. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit Borclarının xx.xx.2019cu il tarixli 2297nkBKX/19 nömrəli müqavilə üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən askeptsiz qaydada silinir. Kreditin Bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nəğd qaydada hesabdan məxaric edilməsini istisna edir. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə üzrə kredit vəsaitinin borclunun cari hesabına köçürülməsi, borcun aktsepsiz silinməsi əməliyyatları bank hesablarında çıxarışla öz əksini tapır və bunun üçün ayrıca sərəncam tələb olunmur. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən “Borcalan” kreditin kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq “Bank” “Borcalan”a qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 % miqdarında cərimə tətbiq edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 3859nkNFT/20 nömrəli Kredit Müqaviləsinə 1 saylı əlavədən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 24 (iyirmi dörd) % ödəmək şərtilə 2746 (iki min yeddi yüz qırx altı) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 - xx.xx.2022 tarixləri ərzində ayda 146 manat, xx.xx.2022-ci il tarixdə isə 126.30 manat olmaqla, cəmi 3484.3 manat pulu "xxxx" KB ASCyə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, müqavilənin 1.3 və 1.4-cü bəndlərində qeyd olunduğu kimi Borcalanın 2297nkBKX/19 nömrəli kredit müqaviləsi üzrə borcunun silinməsi müqabilində onun bank hesabına 2746 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh Banka 1051.70 (bir min əlli bir manat yetmiş) manat əsas, 156.41 (bir yüz əlli altı manat qırx bir qəpik) manat faiz və 41.06 (qırx bir manat altı qəpik) manat cərimə olmaqla, cəmi 1249.17 (bir min iki yüz qırx doqquz manat on yeddi qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, ********* nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar X2 vasitəsi ilə Dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabına 32.50 manat rüsum, 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh 3 iş günü müddətində banka olan bütün borclarını ödənilməsi, əks təqdirdə vaxtından əvvəl bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2020ci il tarixli, 3859nkNFT/20 nömrəli Kredit Müqaviləsinə əsasən “Borcalan”ın xx.xx.2019-cu il tarixli 2297nkBKX/19 nömrəli müqavilə üzrə qalıq borcunun tam ödənilməsi üçün “Bank” 24 (iyirmi dörd) ay müddətinə illik 24 (iyirmi dörd) % ödəmək şərtilə 2746 (iki min yeddi yüz qırx altı) manat məbləğində krediti “Borcalanın” mülkiyyətinə verir və ona bank hesabı açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinə 1 saylı əlavədən görünür ki, “Borcalan” aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 - xx.xx.2022 tarixləri ərzində ayda 146 manat, xx.xx.2022-ci il tarixdə isə 126.30 manat olmaqla, cəmi 3484.3 manat pulu "xxxx" KB ASC-yə ödəməyi öhdəsinə götürsə də, lakin müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtında və lazımi qaydada icra etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Bank” belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" KB ASC-yə olan borcunu ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; -465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh əsas borc üzrə 1051.70 (bir min əlli bir manat yetmiş) manat, faiz borcu üzrə 156.41 (bir yüz əlli altı manat qırx bir qəpik) manat və cərimə olaraq 41.06 (qırx bir manat altı qəpik) manat olmaqla, cəmi 1249.17 (bir min iki yüz qırx doqquz manat on yeddi qəpik) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 32.5 (otuz iki manat əlli qəpik) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 3859nkNFT/20 nömrəli Kredit Müqaviləsinə əsasən əsas borc üzrə 1051.70 (bir min əlli bir manat yetmiş) manat, faiz borcu üzrə 156.41 (bir yüz əlli altı manat qırx bir qəpik) manat və cərimə olaraq 41.06 (qırx bir manat altı qəpik) manat olmaqla, cəmi 1249.17 (bir min iki yüz qırx doqquz manat on yeddi qəpik) manat borc və 32.5 (otuz iki manat əlli qəpik) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 1282.07 (bir min iki yüz səksən iki manat yeddi qəpik) manat məbləğində pul alınaraq "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar