Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-908/2024 25.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1357.38 (bir min üç yüz əlli yeddi manat otuz səkkiz qəpik) manat borcun-bundan 1230.05 (bir min iki yüz otuz manat beş qəpik) manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 127.33 (yüz iyirmi yeddi manat otuz üç qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış 17 dekabr 2019-cu il tarixli, LM121900707 saylı Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh2 1426.39 (bir min dörd yüz iyirmi altı manat otuz doqquz qəpik) manat məbləğində kredit borcu 30 (otuz) ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir. Borclu Cavabdeh2 ilə Restrukturizasiya müqaviləsi bağlanılan zamanı Cavabdeh1ilə Bank arasında 17 dekabr 2019-cu il tarixli, LM121900707 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxs restrukturizasiya müqaviləsinə əsasən borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Restrukturizasiya müqaviləsinin 4.4.1-ci bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh2 kredit üzrə cəmi borcu 1357.38 (bir min üç yüz əlli yeddi manat otuz səkkiz qəpik) manat təşkil edir. Bundan 1230.05 (bir min iki yüz otuz manat beş qəpik) manat əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 127.33 (yüz iyirmi yeddi manat otuz üç qəpik) manat faiz borcu təşkil edir. Restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********171 saylı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini qeyd etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 17 dekabr 2019-cu il tarixli, LM121900707 saylı Restrukturizasiya Müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh2 ilə LPO "xxxx" ASC arasında Restrukturizasiya müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1426.39 (bir min dörd yüz iyirmi altı manat otuz doqquz qəpik) manat məbləği restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən restrukturizasiya olunmuş kredit və ona hesablanmış faizlər ödəniş cədvəlinə və bu müqaviləyə əsasən banka nağd qaydada və ya köçürmə yolu ilə qaytarılır. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən faizlər restrukturizasiya olunan tarixən güzəştli kredit banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərində illik 1% olmaqla hesablanır. Həmin Müqavilənin 3.8-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi 30 ay müdətinə başlanılır. Borcun ödənilməli olduğu son tarix 17 iyun 2022-ci ildir. İş materiallarına əlavə olunmuş Borcalanın kredit borcunun restruktrizasiya olunması üçün Kreditorla Borcalan arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli, LM121900707 saylı kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, “Kreditor” “Borcalan”a 30 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 1426 (bir min dörd yüz iyirmi altı) manat məbləğində kredit vermiş Borcalan isə aldığı krediti xx.xx.2020 - xx.xx.2022-ci il tarixləri ərzində ayda 48.16 manat olmaqla, ümumilikdə 1444.89 manat pulu Kreditora ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Kreditorla Zamin arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli, LM121900707 saylı Restrukturizasiya Müqaviləsi üzrə həmin müqavilənin 1.1 bəndinə əsasən ləğv prosesində olan bankla borclu arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli, LM121900707 saylı Restrukturizasiya müqaviləsinə əsasən 30 ay müdətinə verilmiş 1426.39 (bir min dörd yüz iyirmi altı manat otuz doqquz) qəpik manat borc məbləğinin və ona hesablanmış faizlərin və Restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə ləğv prosesində olan bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən borclu Restrukturizasiya müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə o, cümlədən lazımınca icra etmədikdə zamin borclu ilə birlikdə ləğv prosesində olan bank qarşısında Restrukturizasiya müqaviləsinə əsasən borc məbləğinin, hesablanacaq faizlərin dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə olunmuş 18 iyul 2024-cü il tarixli Maliyyə arayışından görünür ki, 17 dekabr 2019-cu il tarixli, LM121900707 saylı kredit müqaviləsi üzrə 05 iyul 2024-cü il tarixə Cavabdeh2 Banka 1230.05 (bir min iki yüz otuz manat beş qəpik) manat əsas, gecikdirilmiş vaxt üçün 127.33 (yüz iyirmi yeddi manat otuz üç qəpik) manat faiz, ümumilikdə 1357.38 (bir min üç yüz əlli yeddi manat otuz səkkiz qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan poçt qəbzləri və xx.xx.2024-cü il tarixli bildirişdən aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlərə vaxtı keçmiş borc məbləğinin 5 (beş) iş günü ərzində ödənilməsinin tələb olunduğunu, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliklərinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarında olan 64581121 nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, LPO AtraBankASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar PAYSİS MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 34 (otuz dörd) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli, LM121900707 saylı Restrukturizasiya müqaviləsinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsinə əsasən Borclunun qalıq borcu restrukturizasiya olunaraq borclu Cavabdeh2 30 ay müddətinə, illik 1% şərti ilə 1426.39 (bir min dörd yüz iyirmi altı manat otuz doqquz qəpik) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Borcalan isə aldığı krediti xx.xx.2020 - xx.xx.2022-ci il tarixləri ərzində ayda 48.16 manat olmaqla, ümumilikdə 1444.89 manat pulu Kreditora ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 Kreditorla 17 dekabr 2019-cu il tarixdə Zaminlik müqaviləsi bağlayaraq Kredit alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Borcalan ilə birlikdə Kreditor qarşısında birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşdür. Lakin “Borcalan müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə üçün iddiaçı Borcalan və zaminə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün hesablanan 127.33 (bir yüz iyirmi yeddi manat otuz üç qəpik) manat məbləğində faiz borcunun tutulması hissəsində də əsaslıdır. Belə ki, 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün hesablanan 127.33 (bir yüz iyirmi yeddi manat otuz üç qəpik) manat məbləğində faiz pulun tutulması hissəsində də təmin edilməlidir. Eyni zamanda verilmiş kreditin təminatı kimi zaminlər Zamin Məmmədov X1 götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşıması yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh2 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, zamin Cavabdeh1 da onunla birlikdə Kreditor qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 32.41 (otuz iki manat qırx bir qəpik) manat dövlət rüsumunun əvəzidə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Borclu” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Norclu” və “Zamin”ə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış Restrukturizasiya və Zaminlik Müqavilələri üzrə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1230.05 (bir min iki yüz otuz manat beş qəpik) manat əsas borc, gecikdirilmiş vaxt üçün 127.33 (yüz iyirmi yeddi manat otuz üç qəpik) manat faiz borcu, cəmi 1357.38 (bir min üç yüz əlli yeddi manat otuz səkkiz qəpik) manat borc və 34 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1391.38 (bir min üç yüz doxsan bir manat otuz səkkiz qəpik) manat məbləğində pul alınaraq “Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azerbaijan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1230.05 (bir min iki yüz otuz manat beş qəpik) manat əsas borc, gecikdirilmiş vaxt üçün 127.33 (yüz iyirmi yeddi manat otuz üç qəpik) manat faiz borcu, cəmi 1357.38 (bir min üç yüz əlli yeddi manat otuz səkkiz qəpik) manat borc və 34 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1391.38 (bir min üç yüz doxsan bir manat otuz səkkiz qəpik) manat məbləğində pul alınaraq “Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-908/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-908/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver