Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-922/2024 25.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8288.93 manat məbləğində əsas borcun, 813.22 manat məbləğində faiz borcunun, cəmi 9102.15 manat borcun və 113 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən bankın borcluya 48 ay müddətinə, illik 16.5% olmaqla 9800 manat məbləğində kredit verdiyini, cavabdehin Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayındığını və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini bildirmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasınna gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində icraatınızda İddiaçı ASC-nin X2 qarşı “kredit, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki iş üzrə məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə saat 14.00-a təyin olunmuşdur. Məhkəmə proseslərinin çox olması ilə əlaqədar prosesdə iştrak edə bilməyəcəyimizi nəzərə alaraq məhkəmə iclasının iştirakımız olmadan keçirilməsini və təqdim etdiyimiz sübutlar əsasında iddia ərizəmizin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о məhkəmə iclaslarına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarına əlavə olunmuş Kredit Sazişindən aydın olur ki, İddiaçı ASC-nin “Səməd Vurğun” filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli CC/60255/89/28 nömrəli Kredit Sazişi bağlanmışdır. Həmin Sazişin 1-ci bəndinə əsasən əsasən Bank Müştəriyə illik 16.5 % dərəcəsilə 48 ay müddətinə 98 manat komisyon haqqı tutulmaqla 9800 manat məbləğində nağd pul krediti verməyi mə Müştəriyə cari hesab və ssuda hesabı açmağı öhdəsinə götürmüşdür. Həmin Sazişin Kredit şərtlərində tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında Müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli “Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri” ilə müəyyən olunur və şərtlərin bu sazişin ayrılmaz tərkib hissəsi sayıldığı və ona əlavə olunduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Bank of Baku ASC Səməd Vurğun filialı tərəfindən Cavabdeh 9800 manat məbləğində pulun verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC- yə 8288.93 manat məbləğində əsas borc, 813.22 manat məbləğində faiz borcu vardır. İş materiallarından görünür ki, məhkəmədə iddia qaldırılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə İddiaçı ASC tərəfindən dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına ********** nömrəli qəbzlə 113 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Səməd Vurğun filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli CC/60255/89/28 saylı Kredit Sazişi bağlanmış və həmin Sazişə əsasən “Bank” “Müştəri”yə illik 16.5 % dərəcəsilə 48 ay müddətinə 9800 manat məbləğində nağd pul krediti verməyi və, “Müştər”iyə cari hesab və ssuda hesabı açmağı öhdəsinə götürmüş. “Bank” tərəfindən Kredit Sazişi üzrə müəyyən edilmiş məbləğdə kreditin “Müştəri”yə verilməsi təmin edilsədə, lakin “Müştəri” Kredit Sazişi üzrə götürdüyü öhdəliyi icra etməmiş, “Banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozduğuna görə “Bank “Müştəri”yə qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 113 (bir yüz on üç) manat məbləğində dövlət rüsumuda cavabdeh İsa Kamal oğlundan alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” Kredit sazişinin şərtlərinə əməl etməməklə “Bank” qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Müştəri”yə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli CC/60255/89/28 nömrəli Kredit Sazişi üzrə Cavabdeh 8288.93 (səkkiz min iki yüz səksən səkkiz manat doxsan üç qəpik) manat məbləğində əsas borc, 813.22 (səkkiz yüz on üç manat iyirmi iki qəpik) manat məbləğində faiz borcu, cəmi 9102.15 (doqquz min bir yüz iki manat on beş qəpik) manat borc və 113 (bir yüz on üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 9215.15 (doqquz min iki yüz on beş manat on beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli CC/60255/89/28 nömrəli Kredit Sazişi üzrə Cavabdeh 8288.93 (səkkiz min iki yüz səksən səkkiz manat doxsan üç qəpik) manat məbləğində əsas borc, 813.22 (səkkiz yüz on üç manat iyirmi iki qəpik) manat məbləğində faiz borcu, cəmi 9102.15 (doqquz min bir yüz iki manat on beş qəpik) manat borc və 113 (bir yüz on üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 9215.15 (doqquz min iki yüz on beş manat on beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-922/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-922/2024
25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver