Məhkəmə qərarları › İş №e-2(110)-93/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-93/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-93/2025 09.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə 4852,78 manat məbləğində kredit borcu, 620,19 manat məbləğində faiz borcu və 165,27 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5638,24 manat borcun, xx.xx.2022-ci il tarixli 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə 500 manat məbləğində kredit borcu, 145,76 manat faiz borcu olmaqla, cəmi 763,8 manat ümumilikdə cəmi 6402,04 manat məbləğində borcun və iş üzrə ödənilmiş 84,02 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı arala 009A********** saylı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri” tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etdiyini, həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,6667% olmaqla 36 ay müddətinə kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olnumuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7400 manat məbləğində kredit götürdüyünü, kredit borcundan 2547,22 manat ödəniş etdiyini, onun iddiaçıya 4852,78 manat kredit borcu qaldığını, xx.xx.2024-cü il tarixə 285 gün hesablanmış faiz borcunun 620,9 manat, cərimə borcunun 165,27 manat təşkil etdiyini, bundan başqa Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 009KK**********01 saylı kart kredit müqaviləsi əsasında cavabdehə kart hesabı və 500 mnat məbləğində kredit hesabı açıldığını, cavabdehin əsas borc üzrə 500 manat məbləğində kredit borcu, müqavilənin 7.6-cı maddəsinə əsasən isə xx.xx.2024-cü il tarixə 638 gün üçün hesablanmış faiz borcu 145,76, manat cərimə borcu isə 118,04 manat təşkil etdiyini, cavabdehə həmin yaranmış borcun ödənilməsinə dair rəsmi xəbərdarlıq edilsə də borcu ödəməkdən yayındığını bildirmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə 4852,78 manat məbləğində kredit borcu, 620,19 manat məbləğində faiz borcu və 165,27 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 5638,24 manat borcun, xx.xx.2022-ci il tarixli 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə 500 manat məbləğində kredit borcu, 145,76 manat faiz borcu, 118,04 manat cərimə olmaqla, cəmi 763,8 manat ümumilikdə cəmi 6402,04 manat məbləğində borcun və iş üzrə ödənilmiş 84,02 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmiş və işə dəqiqləşdirilmiş iddia tələbi hüdudlarında baxılmışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclasının iştirakı olmadan keçirilib qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh istehlak yönümlü ilik faiz dərəcəsi 20% olmaqla 36 ay müddətinə 7400 manat kredit verilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına 7400 manat kredit köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 009KK**********01 saylı kart kredit müqavilədən görünür ki, Cavabdeh aylıq faiz dərəcəsi 2% olmaqla 36 ay müddətinə 500 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh 1 ədəd plastik kart təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 4852,78 manat əsas borc, 620,19 manat faiz borcu, 165,27 manat cərimə borcu olmaqla cəmi 5638,24 manat, xx.xx.2022-ci il tarixli 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə isə 500 manat məbləğində kredit borcu, 145,76 manat faiz borcu, 118,04 manat cərimə olmaqla, cəmi 763,8 manat borcu var. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, qəbz, maliyyə arayışı və.s) sübuta yetirmişdir. Cavabdeh iddia tələbində irəli sürülən borcun iddiaçıya ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında kredit münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin müqavilənin 7.20-ci bəndində göstərilir ki, müştəri kredit və kredit faizini vaxtında banka qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəyir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddasənə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Stansiya Daşarx kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh kredit müqaviləsi üzrə 4852,78 manat məbləğində kredit borcu, 620,19 manat məbləğində faiz borcu və 165,27 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 5638,24 manat borc, xx.xx.2022-ci il tarixli 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə 500 manat məbləğində kredit borcu, 145,76 manat faiz borcu, 118,04 manat cərimə olmaqla, cəmi 763,8 manat, ümumilikdə cəmi 6402,04 (altı min dörd yüz iki manat dörd qəpik) manat borc və 84,02 (səksən dörd manat iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar