Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-937/2023 12.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit üzrə borcun qaytarılması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, Cavabdeh 10 iyun 2022-ci il tarixli, KT1006/05 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 1712.37 (bir min yeddi yüz on iki manat 37 qəpik) manat əsas borc, 39.31 (otuz doqquz manat 31 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1751.68 (bir min yeddi yüz əlli bir manat 68 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 37.51 (otuz yeddi manat 51 qəpik) manat dövlət rüsumunun cavabdehdən alınaraq, "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh tərəflər arasında bağlanmış 10 iyun 2022-ci il tarixli, KT1006/05 saylı kredit müqaviləsinə əsasən illik 13 % dərəcəsi ilə 24 ay müddətinə 3000 (üç min) manat məbləğində istehlak krediti verildiyini, borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə - müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1 bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozduğunu, dəfələrlə telefon əlaqəsi saxlanıldığını və borcalana xəbərdarlıq məktubunun ünvanlandığını, borc məbləği dəqiq göstərilməklə borcun icrasının tələb olunduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin ünvanına göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış irazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarına əlavə olunmuş 10 iyun 2022-ci il tarixli, KT1006/05 saylı saylı Kredit müaviləsinin təsdiqlənmiş surətindən aydın olur ki, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında müqavilə bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bank Borcalana istehlak məqsədilə illik 13 % dərəcəsi ilə 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Öhdəliyin icrasının Borcalanın aylıq gəliri hesabına həyata keçiriləcəkdir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən müqavilə üzrə verilmiş kredit və ona hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq Borcalan tərəfindən Banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Məxaric Orderindən görünür ki, müvafiq xidmət haqqı tutulduqdan sonra Cavabdeh 2944 manat kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Maliyyə arayışdan məlum olur ki, 10 iyun 2022-ci il tarixli, KT1006/05 saylı kredit müqaviləsi üzrə Cavabdeh həmin tarixə Banka 1712.37 (bir min yeddi yüz on iki manat 37 qəpik) manat əsas borc, 39.31 (otuz doqquz manat 31 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1751.68 (bir min yeddi yüz əlli bir manat 68 qəpik) manat kredit borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 37.51 (otuz yeddi manat 51 qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında bağlanmış 10 iyun 2022-ci il tarixli, KT1006/05 saylı nömrəli Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a istehlak məqsədilə illik 13 % dərəcəsi ilə 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə "xxxx" ASCyə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kreditor” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kreditor” “Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, 10 iyun 2022-ci il tarixli, KT1006/05 saylı Kredit müqaviləsi üzrə Cavabdeh 1712.37 (bir min yeddi yüz on iki manat 37 qəpik) manat əsas borc, 39.31 (otuz doqquz manat 31 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1751.68 (bir min yeddi yüz əlli bir manat 68 qəpik) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün ərizə üzrə ödənilmiş 37.51 (otuz yeddi manat 51 qəpik) manat dövlət rüsumunun əvəzidə də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 10 iyun 2022-ci il tarixli, KT1006/05 saylı Kredit müqaviləsi üzrə Cavabdeh 1712.37 (bir min yeddi yüz on iki manat otuz yeddi qəpik) manat əsas borc, 39.31 (otuz doqquz manat otuz bir qəpik) manat faiz borcu, cəmi 1751.68 (bir min yeddi yüz əlli bir manat altmış səkkiz qəpik) manat borc və 37.51 (otuz yeddi manat əlli bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1789.19 (bir min yeddi yüz səksən doqquz manat on doqquz qəpik) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-937/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-937/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver