Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-937/2024 28.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5355 AZN əsas, 688.82 AZN faiz, 41.43 AZN cərimə olmaqla, cəmi 6085.25 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 80.86 AZN məbləğində vəsaitin və dövlət rüsumunun köçürülməsi üçün ödənilmiş 0.40 AZN xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 44 ay müddətinə illik 25 % ödəmək şərtilə 5355 manat məbləğində kredit verildiyini, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verdiyini və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin kredit alanın müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozduğunu, tərəflər arasında yaranan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək hüququndan istifadə etmək qərarına gəldiyini qeyd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində "xxxx" KB ASC-nin Cavabdeh qarşı Şərur Rayon məhkəməində başlamış 2(110)-937/2024 №li iş üzrə məhkəmə iclasının xx.xx.2024-cü il, saat 14:30 tarixinə təyin olunduğunu, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığna görə məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazlarının olmadığını, iddianı müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 56nkXRD/24 nömrəli Kredit Müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı "xxxx" KB ASC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Bank” xx.xx.2027-ci il tarixinədək, illik 25 % ödəmək şərtilə 5355 manat məbləğində krediti “Borcalanın” mülkiyyətinə verir və ona bank hesabı açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu “Bank”a qaytarmağı öhdəsinə götürür... Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı xx.xx.2022-ci il tarixli 4965nXRD/22 nömrəli kredit müqaviləsi üzrə 570.36 manat, xx.xx.2023-cü il tarixli 10868nkXRDb/22 nömrəli kredit müqaviləsi üzrə 4779.04 manat məbləğində borcun bağlanmasıdır. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit Borclarının xx.xx.2022-ci il tarixli 4965nXRD/22 nömrəli və xx.xx.2023-cü il tarixli 10868nkXRDb/22 nömrəli müqavilə üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən askeptsiz qaydada silinir. Kreditin Bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nəğd qaydada hesabdan məxaric edilməsini istisna edir. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə üzrə kredit vəsaitinin borclunun cari hesabına köçürülməsi, borcun aktsepsiz silinməsi əməliyyatları bank hesablarında çıxarışla öz əksini tapır və bunun üçün ayrıca sərəncam tələb olunmur. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən “Borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Borcalan” maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə, yaxud “Borcalan” tərəfindən verilən məlumatların və tətbiq etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə, üçüncü şəxslər tərəfindən “Borcalan”ın bütün əmlakı, yaxud onun əhəmiyyətli bir hissəsi barəsində məhkəmə mübahisəsi bağlandıqda, kreditdən məqsədli təyinatına uyğun tam istifadə edilmədikdə Bankbu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutlmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “Borcalan”dan tələb edə bilər. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 56nkXRD/24 nömrəli Kredit Müqaviləsinə 1 saylı Əlavədən görünür ki, UnibankKB ASC tərəfindən Cavabdeh xx.xx.2027-ci il tarixinədək illik 25 % ödəmək şərtilə 5355 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2024 – xx.xx.2027 tarixləri ərzində ayda 188 manat, xx.xx.2025-ci il tarixdə isə 133.90 manat olmaqla, cəmi 8217.9 manat pulu "xxxx" KB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 56nkXRD/24 nömrəli Kredit Müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Kredit alan kredit ödənişini gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin əsas borc məbləğinin 0.5 faizindən 1 faizinədək miqdarda cərimə ödəyir. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, Borcalanın 4965nXRD/22 nömrəli və 10868nkXRDb/22 nömrəli kredit müqaviləsi üzrə borcunun silinməsi müqabilində onun bank hesabına 5355 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh Banka 5355 manat əsas məbləğ üzrə, 688.82 manat faiz və 41.43 manat cərimə olmaqla, cəmi 6085.25 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, Unibank KB ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar X1 vasitəsi ilə Dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 80.86 manat rüsum, 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 56nkXRD/24 nömrəli Kredit Müqaviləsinə əsasən “Borcalan”ın xx.xx.2022-ci il tarixli 4965nXRD/22 nömrəli və xx.xx.2023-cü il tarixli 10868nkXRDb/22 nömrəli kredit müqaviləsi üzrə 5355 manat məbləğində qalıq borcunun tam ödənilməsi üçün “Bank” 44 ay müddətinə illik 25 % ödəmək şərtilə 5355 manat məbləğində krediti “Borcalanın” mülkiyyətinə verir və ona bank hesabı açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtındavə lazımi qaydada icra etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Bank” belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" KB ASC-yə olan borcunu ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; İş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən 688.82 manat məbləğində faiz borcu tələb etsədə, hazırki tələblə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixli bildiriş göndərərək onun müqaviləyə əsasən Banka 5355 manat əsas borcu, 479.94 manat kreditdən istifadəyə görə faiz borcu və 18.26 manat cərimə borcu olmaqla, cəmi 5853.2 manat borcu olduğunu, Banka olan bütün borc məbləğinin tam olaraq 3 gün müddətində ödəməklə aramızda bağlanmış kreddit müqaviləsini 3 gün müddətində ləğv etməyi təklif etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarında kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Həmçinin həmin qərarda bildirmişdir ki, göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş mövqeyinə əsaslanaraq hesab edir ki, iddiaçı cavabdehdən yalnız kredit müqaviləsindən imtina etdiyi anadək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırkı işdən isə belə görünür ki, cavabdehin müqavilə ləğv edilinədək Banka olan faiz borcu 479.94 manat məbləğində olsa da, Bank müqavilədən imtina edildiyi andan sonrakı dövr üçün də əlavə faiz hesablayaraq, cavabdehdən 688.82 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Ona görə də iddia tələbi üzrə iddiaçının cavabdehdən tələb edə biləcəyi faiz borcunun məbləği kredit müqaviləsinin ləğv edildiyi anadək mövcud olan həddə, yəni 479.94 manat məbləğində təmin edilməlidir. Məhkəmə iddia tələbi üzrə cərimə borcu ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; -465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 80.86 manat dövlət rüsumunun 1.86 manatı iddiaaçıya aid edilməli, qalan 79 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh xx.xx.2024cü il tarixli, 56nkXRD/24 nömrəli Kredit Müqaviləsinə əsasən 5355 (beş min üç yüz əlli beş) manat əsas borc, 479.94 (dörd yüz yetmiş doqquz manat doxsan dörd qəpik) manat faiz borcu və 41.43 (qırx bir manat qırx üç qəpik) manat cərimə, cəmi 5876.37 (beş min səkkiz yüz yetmiş altı manat otuz yeddi qəpik) manat borc və 80.86 (səksən manat səksən altı qəpik) manat dövlət rüsumunun 79 (yetmiş doqquz) manatı və 0.40 manat xidmət haqqı olmaqla, ümumilikdə 5955.77 (beş min doqquz yüz əlli beş manat yetmiş yeddi qəpik) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 56nkXRD/24 nömrəli Kredit Müqaviləsinə əsasən 5355 (beş min üç yüz əlli beş) manat əsas borc, 479.94 (dörd yüz yetmiş doqquz manat doxsan dörd qəpik) manat faiz borcu və 41.43 (qırx bir manat qırx üç qəpik) manat cərimə, cəmi 5876.37 (beş min səkkiz yüz yetmiş altı manat otuz yeddi qəpik) manat borc və 80.86 (səksən manat səksən altı qəpik) manat dövlət rüsumunun 79 (yetmiş doqquz) manatı və 0.40 manat xidmət haqqı olmaqla, ümumilikdə 5955.77 (beş min doqquz yüz əlli beş manat yetmiş yeddi qəpik) manat məbləğində pul alınaraq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. İdia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-937/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-937/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver