Məhkəmə qərarları › İş №e-2(110)-943/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-943/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-943/2023 17.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 07 dekabr 2021ci il tarixli NSNPU-07456 saylı kredit müqaviləsi üzrə ayrılmış 30000 manat məbləğində limitdən onun müraciəti ilə ona 14% dərəcəsi olmaqla 24 ay müddətinə 1500 manat məbləği üzrə əsas borcuna görə 1218.65 (bir min iki yüz on səkkiz manat 65 qəpik) manat, faiz borcuna görə 35.25 (otuz beş manat 25 qəpik) manat, dəbbə borcuna görə 61.58 (altmış bir manat 58 qəpik ) manat, cəmi 1315.48 (bir min üç yüz on beş manat 48 qəpik) manat məbləğində pulun və 33.16 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2021-ci il tarixli NSNPU-07456 saylı kredit müqaviləsinə əsasən ayrılmış 30000 manat məbləğində limitdən onun müraciəti ilə ona illik 14 faiz olmaqla 24 ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində cavabdehə kredit verildiyini, 07 dekabr 2021-ci il tarixli NSNPU-07456 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbədar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 07 dekabr 2021-ci il tarixli NSNPU-07456 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC-nin Nəsimi filialı arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən kreditor ən çoxu 60 (altmış) ay müddətinə, illik faiz dərəcəsi 29 (iyirmi doqquz) faizdən, qaytarılması gecikdirildiyi halda ödəniləcək faiz dərəcəsi 58(əlli səkkiz) faizdən çox olmamaq şərtilə, maksimum 30000 (otuz min) manat məbləğədək (bu müqavilədə qeyd olunmuş müddət ərzində bağlanaraq bərpa olunmaqla təkrar) krediti/kreditləri (bundan sonra “Kredit” adlandırılacaq), Kreditin verildiyi tarixə Kreditorun qüvvədə olan daxili tariflərinə əsasən komisyon haqqı tutmaqla Borcalana verə bilər. Bu müqavilə üzrə Kreditorun qüvvədə olan faktiki illik faiz dərəcəsi (bundan sonra “FİFD”) minimum 17.8 (on yeddi tam onda səkkiz)% maksimum 31.34 (otuz bir tam onda üç) faiz təşkil edir; Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə imzalandıqdan sonra Borcalana bu Müqavilənin məqsədləri üçün cari hesab (bundan sonra “Cari Hesab”) açılır və həmin Cari Hesaba bağlı olan plastik kart (bundan sonra “Plastik Kart”) təqdim edilir. X2 pul vəsaiti olmur. Həmin Müqavilənin 2.1.1-ci maddəsinin 1-ci bəndinə əsasən Borcalan Kreditorda qeydiyyatda olan və bu Müqavilənin 10-cu bəndində göstərilən mobil telefon nömrəsindən (bundan sonra “Borcalanın Nömrəsi”) ona təqdim edilmiş 16 rəqəmli Plastik Kartın son 6 rəqəmini qısa mesaj (bundan sonra “SMS”) vasitəsilə Kreditorun 4133 qısa telefon nömrəsinə (bundan sonra “Kreditorun Nömrəsi”) yazıb göndərir; Həmin Müqavilənin 2.1.1-ci maddəsinin 2-ci bəndinə əsasən Bundan sonra Borcalanın Nömrəsinə Kreditor tərəfindən təklif edilən Kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, ödənişlər gecikdiriləcəyi halda ödəniləcək illik faiz dərəcəsi, müddəti və aylıq annuitet ödəniş məbləği (bundan sonra “Aylıq Ödəniş”), tətbiq olunacaq komisyon haqlar, FİFD göstərilməklə təklif SMS-i (bundan sonra “Təklif SMS-i“) göndərilir; Həmin Müqavilənin 2.1.1-ci maddəsinin 3-cü bəndinə əsasən Borcalan həmin SMS-ə cavab olaraq, Borcalanın Nömrəsindən Kreditorun Nömrəsinə onun razılığını bildirən məzmunda yalnız bu Müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş qaydada SMS yazıb göndərir və həmin SMS əsasında Kredit məbləği Kreditor tərəfindən X1 köçürülür. Kredit məbləği Borcalanın həmin məbləğdən tam və ya qismən istifadə edib-etməməsindən asılı olmayaraq, Cari Hesabına köçürüldüyü andan verilmiş sayılır və həmin andan etibarən Kreditin tam məbləğinə bu Müqavilə ilə müəyyən edilmiş qaydada faizlər hesablanmağa başlayır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli sərəncam orderinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh Bankdan tərəfindən 1500 (bir min beş yüz) manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, 14 iyun 2023-cü il tarixə Cavabdeh Banka 1218.65 (bir min iki yüz on səkkiz manat 65 qəpik) manat əsas borc, 35.25 (otuz beş manat 25 qəpik) manat məbləğində faiz borcu, 61.58 (iki yüz iyirmi iki manat 58 qəpik) dəbbə borcu olmaqla, cəmi 1315.48 (bir min üç yüz on beş manat 48 qəpik) manat kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü “Rabitəbank” ASC Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2021-ci il tarixli NSNPU-07456 saylı Kredit müqaviləsinə əsasən Borc verən tərəfindən Borc alana 24 ay müddətinə illik 14 faiz ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Lakin Borc alana kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Borc verənin bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, Borc verənin Borc alandan ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edirəm ki, cavabdeh Borc alan Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə Borc verən qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbinin müqavilə üzrə hesablanmış 61.58 (iki yüz iyirmi iki manat 58 qəpik) dəbbə pulunun tutulması hissəsinə gəldikdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər... ; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Müqavilə üzrə ödənilməmiş pulun miqdarını, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, məhkəmə Müqavilə üzrə hesablanmış 61.58 manat dəbbə pulu məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan dəbbə pulunun 7 (yeddi) manat həcmində müəyyənləşdirilməsini kreditorun əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlirəm ki, iddia qismən təmin edilərək, Cavabdeh əsas borc üzrə 1218.65 (bir min iki yüz on səkkiz manat altmış beş qəpik) manat, faiz borc üzrə 35.25 (otuz beş manat iyirmi beş qəpik) manat, dəbbə pulu 7 (yeddi) manat olmaqla, cəmi 1260.9 (bir min iki yüz altmış manat doxsan qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi borca dair digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 33.16 manat dövlət rüsumunun 1.16 manatı iddiaçıya aid edilməli, 32 manatı isə Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 07 dekabr 2021-ci il tarixli NSNPU-07456 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 1218.65 (bir min iki yüz on səkkiz manat altmış beş qəpik) manat, faiz borc üzrə 35.25 (otuz beş manat iyirmi beş qəpik) manat, dəbbə pulu olaraq 7 (yeddi) manat, cəmi 1260.9 (bir min iki yüz altmış manat doxsan qəpik) manat borc və 33.16 manat məbləğində ödənilmiş dövlət rüsumunun 32 manatı olmaqla, ümumilikdə 1292.9 (bir min iki yüz doxsan iki manat doxsan qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar