Məhkəmə qərarları › İş №e-2(110)-969/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-969/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-969/2024 01.11.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun alınması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Azər-Türk Bank”ASC-nin xeyrinə 10162.55 (on min yüz altmış iki manat əlli beş qəpik) manat əsas, 0.88 (səksən səkkiz qəpik) manat faiz, cəmi 10163.43 (on min yüz altmış üç manat qırx üç qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 120.89 (yüz iyirmi manat səksən doqquz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi xx.xx.2024-cü tarixdə "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə Şərur Rayon Məhkəməsinə ərizə ünvanlayaraq ərizəsində İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə bütün məhkəmə iclaslarını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməklə və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanmaqla məhkəmə iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışı iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materialında olan sənədləri nəzəedən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materialından görünür ki, “Azər-Türk Bank”ASC ilə X1 arasında xx.xx.2022-ci tarixli, ******* nömrəli “Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsinə əsasən Bank Müştəriyə 15500 manat məbləğində kredit vermiş, həmçinin kredit müqaviləsinin təminatı olaraq Bank Cavabdeh ilə Zaminlik müqaviləsi bağlamışdır. Müştəri öldüyündən onun kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməmişdir. Haliyədə isə Bank həmin kredit müqaviləsinin təminatı olaraq Bankla Zaminlik müqaviləsi bağlamış Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq kredit müqaviləsi üzrə tam icra edilməmiş borcun ondan tutularaq Bankın xeyrinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Zaminə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməmişdən əvvəl ölmüş əsas borclunun vərəsələrinin dairəsini müəyyən edərək ilk öncə kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunu borclunun vərəsələrindən tələb etməli, vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, bundan sonra iddiaçı pozulmuş mənafeyinin təmin edilməsi üçün zaminə qarşı məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı bu qaydaya əməl etməmiş, bu qaydanı tətbiq etmək imkanını itirilməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin: - 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılır; - 260.1-ci maddəsinə əsasən, İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; - 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir; - 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 4 iyun 2018-ci il tarixli Qərarında borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq ”hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun alınması” tələbinə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanıldığından iddiaçı “Azər-Türk Bank” ASC tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə Hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 120.49 (bir yüz iyirmi manat qırx qodduz qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Həmçinin iddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun alınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə baxılmamış saxlanıldığından iddiaçı “Azər-Türk Bank” ASC tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə Hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 120.49 (bir yüz iyirmi manat qırx qodduz qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar