Məhkəmə qərarları › İş №e-2(110)-983/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-983/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-983/2024 25.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 12.492,27 (on iki min dörd yüz doxsan iki manat 27 qəpik) manat borc olmaqla - 7.380,52 (yeddi min üç yüz səksən manat 52 qəpik) manat əsas, 4.596,75 (dörd min beş yüz doxsan altı manat 75 qəpik) manat faiz, AR MM-nin 445,7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 515 (beş yüz on beş) manat faiz borcu və iş üzrə ödənilmiş 127,48 (bir yüz iyirmi yeddi manat 48 qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 11/0771/DİK nömrəli kredit müqaviləsinə əsasən borclanan 36 (otuz altı) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 8.000 (səkkiz min) manat məbləğində kredit verildiyini, Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2019-cu il tarixli 11/0771/DİK nömrəli zaminlik müqaviləsi bağlandığını, bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıdığını, kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəmədiyini, kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrın ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə Bankın hüququ olduğunu, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahı müraciət olunmasına, habelə **********931 saylı, xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görmədiyini, bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəliklərı tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəliklərı yerinə yetirmədiyini, borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf etdiyini, halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində icratınızda olan 2(110)-983/2024 №li iş üzrə məhkəmə iclasının xx.xx.2024-cü il tarixə, saat 14:15 tarixinə təyin edilmişdir. Üzrlü səbəbdən məhkəmə iclasında nümayəndəmizin iştirakı olmadan məhkəmə baxışını keçirərək iddia tələbimizin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 20 dekabr 2019-cu il tarixli, 11/0771/DİK nömrəli Kredit Müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh2 ilə "xxxx" ASC-nin Nəsimi filialı arasında Kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “BANK” müqavilənin 2.1 və ya 4.2-ci bəndlərində göstərilən məbləğdə və faizlə krediti birdəfəlik və yaxud kredit xətti çərçivəsində hissə-hissə “KREDİTALAN”-ın mülkiyyətinə verir və “KREDİTALAN” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “BANK”-a qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 2.1 və 2.2-ci bəndlələriinə əsasən şəxsi istehlak məqsədilə verilmiş kreditin ümumi məbləği 8000 (səkkiz min) AZN təşkil edir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş məbləğdə kredit “Kreditalan”a “Bank”ın rəyinə əsasən və həmin kreditin məqsədli təyinatına uyğun istifadə olunma imkanları nəzərə alınmaqla kredit xətti çərçivəsində hissə-hissə verə bilər.Hissəhissə verilən kreditin hər bir hissəsinin məbləği tərəflərin yazılı surətdə tərtib etdikləri qarşılıqlı razılaşmalar ilə müəyyən olunur və həmin razılaşmalar bu müqavilənin ayrılmaz tərkib hisələridir. Həmin Müqavilənin 3.1.2-ci və 3.2.2-ci bəndlərinə əsasən Bank “Kreditalan”a az76nbcb2121011azn********** saylı ssuda hesabı açır və “Kreditalan” bu müqavlənin 2.1-ci bəndində nəzərdə tutulan məbləğdə (əgər kredit kredit xətti çərçivəsində verilsə, bu zaman bu müqavilənin 3-cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş razılaşmada göstərilmiş məbləğdə)kredit faizi ilə birlikdə “BANK”a qaytarmağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən kreditdən istifadəyə görə “Kreditalan” tərəfindən “Bank”a illik 25% olmaqla faiz ödənilir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən alınmış kredit və ona hesablanmış faizlər müqaviləyə əlavə olunmuş 1 saylı ödəniş qrafikində göstərilən tarixdə Plan üzrə bərabər hissələrlə ödənir. Həmin Müqavilənin 6.10-cu bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra 36 ay müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddəti qurtaranadək yol verilmiş pozuntusuna görə məsuliyyətdən azad etmir. Həmçinin Kreditorla Zamin arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli, 11/0771/DİK nömrəli Kredit Müqaviləsi üzrə həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Zamin” “Borclu”nun “BANK” qarşısında 11/0771/DİK saylı 20 dekabr 2019 tarixli kredit üzrə öhdəliklərinin (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “BANK”a dəyən digər zərərin ödənilməsi) yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürür. İş materiallarına əlavə olunmuş: - 11/0771/DİK saylı 20 dekabr 2019 tarixli kredit müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, Cavabdeh2 Bankdan 36 ay müddətinə illik 25 % olmaqla 8000 manat məbləğində götürdüyü krediti xx.xx.2020 – xx.xx.2022-ci il tarixləri ərzində aylıq 318.08 manat, xx.xx.2022-ci il tarixdə isə 318 mnat olmaqla ümumilikdə 11450 manat pulu geri qaytarmağı öhdəsinə götürmüşdür; - xx.xx.2019- xx.xx.2022-ci il dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 240 manat xidmət haqqı tutulmaqla Bank tərəfindən 8000 mant məbləğində kreditin verilməsi təmin edilmişdir; - 16 may 2024-cü il tarixli Maliyyə arayışından görünür ki, 20 dekabr 2019-cu il tarixli, 11/0771/DİK nömrəli kredit müqaviləsi üzrə 03 may 2024-cü il tarixə Cavabdeh2 Banka 7.380,52 (bir min iki yüz otuz manat beş qəpik) manat əsas, 4.596,75 (dörd min beş yüz doxsan altı manat 75 qəpik) manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 515 (beş yüz on beş) manat faiz borcu, ümumilikdə 12.492.27 (on iki min dörd yüz doxsan iki manat iyirmi yeddi qəpik) manat məbləğində kredit borcu mövcuddur; - ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, LPO ”NBCBANK” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 127.48 (bir yüz iyirmi yeddi manat qırx səkkiz qəpik) manat dövlət rüsumu ödənilmişdir; - Bakı Apelyasiya Məhkəməsinin 2-3(103)-131/2020 saylı 14 may 2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC-in Nəsimi filialı ilə Cavabdeh2 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli, 11/0771/DİK nömrəli Kredit müqaviləsinə əsasən “Bank” Cavabdeh2 36 ay müddətinə, illik 25% şərti ilə 8000 (səkkiz min manat) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq “Kreditalan” isə aldığı krediti xx.xx.2020 - xx.xx.2022-ci il tarixləri ərzində ayda 318.08 manat olmaqla, xx.xx.2022 tarixində 318 manat, ümumilikdə 11450.8 manat pulu “Bank”a ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 Kreditorla 11/0771/DİK nömrəli 20 dekabr 2019-cu il tarixdə Zaminlik müqaviləsi bağlayaraq Kreditalanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Kreditalan” ilə birlikdə “Bank” qarşısında birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşdür. Lakin “Kreditalan” müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə üçün “Bank” “Kreditalan” və “Zamin”ə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, müqavilə üzrə öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas borcun ödənilməmiş hissəsini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün hesablanan 515.0 manat məbləğində faiz borcunun tutulması hissəsində də əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün hesablanan 515.0 manat məbləğində faiz pulun tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaranmış borcun borclu Cavabdeh2 ilə yanaşı, zamin Cavabdeh1 da müştərək qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin faktiki hallarından və kredit müqaviləsinin müddəalarından görünür ki, kredit müqaviləsi xx.xx.2019-cu il tarixində 36 ay müddətinə bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti əsas öhəliyin icra olunma vaxtının çatdığı günlə müəyyələnləşdirilmişdir ki, belə olan halda məhkəmə belə qənaətə gələrək hesab edir ki, mülki qanunvericilikdə nəzərdə tutulan 1 illik tələb etmə müddəti kreditor tərəfindən ötürülmüşdür. Göründüyü kimi kredit müqaviləsində göstərilən zaminin üzərinə götürdüyü öhdəliyin müddəti keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bank zaminə qarşı müqavilə müddətinin başa çatdığı xx.xx.2022-ci il tarixdən ən geci bir il ərzində iddia qaldırmalı olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Belə olan təqdirdə qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən, zaminin öhdəliyinə xitam verilməlidir.”” İşin faktiki hallarını, kredit müqaviləsinin müddəalarını və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, zaminin üzərinə götürdüyü öhdəliyin icra edilməsi müddəti başa çatdığından iddia tələbinin zamin Cavabdeh1 qarşı hissədə əsassız hesab edilməli və rədd edilməlidir.. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 127.48 manat dövlət rüsumunun əvəzidə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, ”Kreditalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli, 11/0771/DİK nömrəli Kredit Müqaviləsinə əsasən Cavabdeh2 7380.52 manat əsas borc, 4596.75 manat faiz borcu, müqavilə bitdikdən sonra AR Konstitusiya məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan gecikdirilmiş faiz borcu üzrə 515 manat, cəmi 12492.27 manat borc və 127.48 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 12619.75 manat məbləğində məbləğində pul alınaraq “Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azerbaijan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 20 dekabr 2019-cu il tarixli, 11/0771/DİK nömrəli Kredit Müqaviləsinə əsasən Cavabdeh2 7380.52 (yeddi min üç yüz səksən manat əlli iki qəpik) manat əsas borc, 4596.75 (dörd min beş yüz doxsan altı manat 75 qəpik) manat faiz borcu, müqavilə bitdikdən sonra AR Konstitusiya məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan gecikdirilmiş faiz borcu üzrə 515 (beş yüz on beş) manat, cəmi 12492.27 (on iki min dörd yüz doxsan iki manat iyirmi yeddi qəpik) manat borc və 127.48 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 12619.75 (on iki min altı yüz on doqquz manat yetmiş beş qəpik) manat məbləğində pul alınaraq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar