Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-985/2023 31.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" X1 Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 2404.26 AZN əsas, 341.35 AZN faiz, 1.36 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 2746.97 AZN borcun dövlət rüsumu olaraq ödənilmiş 47.47 AZN məbləğində vəsaitin və dövlət rüsumunun köçürülməsi üçün ödənilmiş 0.40 AZN xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28% ödəmək şərtilə 3200 manat məbləğində kredit verildiyini, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verdiyini və borcalanın isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin kredit alanın müqavilənin şərtlərinə əmal etməyərək öhdəliklərini pozduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. İş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 10482nkNFTb/21 saylı Kredit Müqaviləsindən aydın olur ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 120 ay müddətinə illik faiz dərəcəsi 35%-dək olmaqla 20000 (iyirmi min) AZN məbləğədək krediti kredit presudurlarına görə 5% (minumum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 5 AZN komissiyon haqqı tutulmaqla ”Borcalan”a verə bilər. Bu müqavilə üzrə kreditin faktiki faiz dərəcəsi 28 % -dir. Həmin Müqavilənin 1.1-ci bəndinin 3-cü abzasına əsasən... Bu müqavilə imzalandıqdan sonra ”Borcalan”a cari hesab açılır və həmin cari hesaba bağlı olan ödəniş kartı təqdim edilir. Lakin cari hesabda pul vəsaiti olmur. “Borcalan” aşağıdakı şərtlərdən biri vasitəsi ilə kredit əldə edə bilər. Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 1-ci abzasına əsasən ”Borcalan”ın bankda qeydiyyatda olan mobil nömrəsindən ona təqdim olunmuş plastik kartın son 6 rəqəmini sms vasitəsilə ”Borcverənin” 8117 qısa nömrəsinə yazıb göndərir. Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 2-ci abzasına əsasən “Borcverən” “Borcalan”ın mobil nömrəsinə təklif edilən kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti, aylıq ödənişin məbləği və kredit xəttinin açılması ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, həmçinin “Borcalan”ın razılığını ifadə etməsi üçün hansı sözdən istifadə etməsi göstərilməklə təklif sms-i göndərir. Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 3-cü abzasına əsasən “Borcalan”ın həmin sms-ə cavab olaraq öz mobil telefon nömrəsindən , “Borcverən”in qısa telefon nömrəsinə onun razılığını bildirən məzmunda sms yazıb göndərməsi (“Borcalan” razılığını ifadə etmək üçün məhz təklif sms-də bu məqsəd üçün müəyyən edilmiş sözü yazıb göndərməlidir) kredit məbləğinin ”Borcalan”ın cari hesabına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur və “Borcverən” həmin sms-i qəbul etdiyi andan 1 (bir) iş günü ərzində kredit məbləğini borcalanın cari hesabına köçürür. Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 4-cü abzasına əsasən kredit məbləği “Borcalan”ın həmin məbləğdən tam və ya qismən istifadə edib-etməməsindən asılı olmayaraq cari hesabına köçürüldüyü andan verilmiş sayılır və həmin andan etibarən kreditin tam məbləğinə bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanmağa başlayır. Həmin Müqavilənin 2.9-cu maddəsinə əsasən “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə tətbiq edilir. İş materiallarına əlavə olunmuş kredit sms-dən görünür ki, Cavabdeh bankda qeydiyyatda olan ********* moibil nömrəsinə xx.xx.2021-ci il tarixdə Bank tərəfindən xx.xx.2024-cü il tarixədək, illik 28%-lə 3200 AZN kredit təklif edilmişdir. Kreditə görə ondan 0 AZN komissiyon haqqı tutulacağı və aylıq ödənişinin 133 manat olacağı, bu şərtləri qəbul etdiyi təqdirdə 8117 nömrəsinə SMS göndərilməsi bildirilmişdir. xx.xx.2021-ci il tarixdə təkrar olaraq nömrəsinə həmin kreditin onun kartına köçürüldüyü barədə SMS vasitəsilə məlumat verilmiş, Cavabdeh tərəfindən təklif təsdiq edildiyindən həmin kreditin onun hesabına köçürülməsi təmin edilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh Banka 2404.26 (iki min dörd yüz dörd manat iyirmi altı qəpik) manat əsas, 341.35 (üç yüz qırx bir manat otuz beş qəpik) manat faiz, 1.36 (bir manat otuz altı qəpik) manat cərimə olmaqla, cəmi 2746.97 (iki min yeddi yüz qırx altı manat doxsan yeddi qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2021 – xx.xx.2023-cü il dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına 3200 (üç min iki yüz) pulun köçürülməsi təmin edilmiş və o ayrı-ayrı vaxtlarda kartdan istifadə edərək müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, Unibank” KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 47.47 (qırx yeddi manat qırx yeddi qəpik) manat rüsum, 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında xx.xx.2021-ci il tarixli 10482nkNFTb/21 saylı Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 120 ay müddətinə illik 35%-dək olmaqla 20000 (iyirmi min) AZN məbləğində kredit xətti limiti ayırır, ilkin olaraq 36 ay müddətinə, illik 28% faiz dərəcəsilə 3200 manat məbləğində kreditin verilməsi təmin edilmişdir. Lakin “Borcalan” müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun “Bank”a 2404.26 (iki min dörd yüz dörd manat iyirmi altı qəpik) manat əsas, 341.35 (üç yüz qırx bir manat otuz beş qəpik) manat faiz, 1.36 (bir manat otuz altı qəpik) manat cərimə olmaqla, cəmi 2746.97 (iki min yeddi yüz qırx altı manat doxsan yeddi qəpik) manat borcu yaranmışdır.“Borcalan” Cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" KB ASC-yə olan borcunu ödəmədiyindən, "xxxx" KB ASC belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə Unibank” KB ASC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" KB ASC Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli Cavabdeh xx.xx.2021-ci il tarixli 10482nkNFTb/21 saylı Kredit Müqaviləsinə əsasən əsas 2404.26 (iki min dörd yüz dörd manat iyirmi altı qəpik) manat, faiz borcu üzrə 341.35 (üç yüz qırx bir manat otuz beş qəpik) manat, cərimə üzrə 1.36 (bir manat otuz altı qəpik) manat komisyon haqqı borcu olaraq 0 (sıfır) manat olmaqla, cəmi 2746.97 (iki min yeddi yüz qırx altı manat doxsan yeddi qəpik) manat məbləğində pul tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 47.47 (qırx yeddi manat qırx yeddi qəpik) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli 10482nkNFTb/21 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 2404.26 (iki min dörd yüz dörd manat iyirmi altı qəpik) manat, faiz borcu üzrə 341.35 (üç yüz qırx bir manat otuz beş qəpik) manat, cərimə üzrə 1.36 (bir manat otuz altı qəpik) manat, cəmi 2746.97 (iki min yeddi yüz qırx altı manat doxsan yeddi qəpik) manat və 47.47 (qırx yeddi manat qırx yeddi qəpik) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 2794.84 (iki min yeddi yüz doxsan dörd manat səksən dörd qəpik) manat pul alınaraq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-985/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-985/2023
31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver